Internetdən istifadə edən oxucu
İnternetdə oxu şagirdlər qarşısında müəyyən öhdəliklər yaradır (Şchmar-Dobler, 2003). Öz axtarışlarını məhdudlaşdıra bilməyən şagirdlər çoxlu sayda məlumat əldə edəcəklər və sonradan müəyyən süzgəcdən keçirmək üçün onların kifayət qədər materialı olacaqdır. Əksər veb saytların axtarışda olan mövzularla bağlı əlaqələri var, bu əlaqələr diqqəti az olan şagirdlər üçün yayındırıcı ola bilər. Qrafiklər və digər səciyyəvi xüsusiyyətlər diqqətlərini cəmləşdirə bilməyən şagirdlər üçün də yayındırıcı ola bilər. Digər həlli vacib məsələ veb səhifənin daima dəyişməkdə olan xüsusiyyətidir. Çap olunmuş məlumat mənbələrindən fərqli olaraq, veb resursları tez-tez çıxarılır, yeniləşir və yaxud da dəyişdirilir.
Dostları ilə paylaş: |