MÖVZU : 6
OXU DƏRSLƏRININ SƏMƏRƏLI TƏŞKILINI TƏMIN EDƏN AMILLƏR.OXU MƏTINININ TEMATIKASI,XARAKTERI VƏ MƏQSƏDI.
OXU VƏRDIŞLƏRININ INKIŞAFI. OXUNUN ŞÜURLULUĞU, OPTİMAL SÜRƏTI, İFADƏLİLİYİ
PLAN:
Oxu vərdişlərinin səmərəli təşkilini təmin edən amillər
Oxu materiallarının tematikası, xarakteri və məqsədi
Oxunun düzgünlüyü
Oxunun şüurluluğu
Oxunun optimal sürəti
Oxunun ifadəliliyi
ƏDƏBİYYAT SİYAHISI
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
3.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
4.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
5.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
6.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
Oxu dərslərinin səmərəliliyini təmin edən amillər müxtəlifdir. Bunlardan biri lüğət üzrə işdir. Məlumdur, sözün mənasının başa düşülməməsi mövzunun dərk olunmasını çətinləşdirir. Ona görə də mətnin şüurlu mənimsənilməsinə xidmət edən sözlər izah olunmalı, yeri gəldikcə sinonim, antonimlərdən istifadə edilməli, məcazi mənada işlənən sözlərin izahıda nəzərdən qaçırılmamalıdır.
Səmərəliliyi təmin edən amillərdən biridə, əsərin oxunması və təhlilin aparılmasıdır. Bura ya oxunun ifadəli oxunması, mətnin bitkin hissələrlə oxunub izah edilməsi, sözə həssas münasibət yaradılması daxildir.
Planın tərtibidə bu amillər sırasındadır. Mətnin xüsusiyyətlərindən asılı olaraq planın tutulması oxunun şüurlu qavranılmasına kömək göstərir. Dərslikdəki mövzuya uyğun şəkillərdən istifadə də planın tərtibinə kömək edir. III – IV siniflərdə adlıq cümlələrdən istifadə etməklə plan qurmaq daha məsləhətdir.
Səmərəliliyi təmin edən vasitələrdən biri də mətnin məzmununun nağıl edilməsidir.Elmi-kütləvi mətnlər təxminən kitabdakı kimin ağıl edilməlidir ki, şagirdlər sonrakı elmi fikirləri düzgün söyləməyi bacarsınlar.
Bu prosesdə ümumiləşdirici müsahibənin aparılması və şagird müstəqilliyinin təmin edilməsi dədiqqət mərkəzində olmalıdır.
2) Oxu materiallarının tematikası, xarakteri və məqsədi.
I sinifdə şagirdlər məktəblilərin həyatı, ailə, ailədə vəzifə bölgüsü, onun istirahəti, mikromühit, insanların yaxşı və pis hərəkətləri, ananın bayramı, vətənimiz, onun müdafiəsi, xalqın həyatı, sosial qayğıları və s. haqqında bədii parçalar oxumalıdırlar. II-IV siniflərdə bu mövzuların bir çoxu təkrarlanır və məzmun nisbətən mürəkkəbləşdirilir. İkinci qrup materiallar ilin fəsilləri hər bir fəsildə heyvanlar, quşlar və bitkilərin həyatı, insanların əməyi haqqında maraqlı parçalar və məqalələrdi. Üçüncü qrup materiallar isə tarixi xarakter daşıyır. Azərbaycanın tarixi keçmişi, oğuzlar, bizim türklüyümüz, ulu babalarımızın adət və ənənələri, zəhmətkeş xalqın azadlıq uğrunda mübarizəsi, Azərbaycanda demokratik hakimiyyət uğrunda mübarizə, vətənimizin düşmənlərdən qorunması, elmi texniki yeniliklər, müstəqil Azərbaycan dövləti, dövlət quruculuğu və firavan həyat uğrunda mübarizə, dünya zəhmətkeşlərinin həmrəyliyi və s. kimi materiallar bu qəbildəndir. Bəzən belə zənn edirlər ki, hisslərə, təxəyyülə yalnız bədii ədəbiyyatla, fikirə isə yalnız elmi səsrlər təsir göstərə bilər. Belə bir yalnış təsəvvür elmi və bədii yaradıcılığın mahiyyətini düzgün dərk etməməkdən irəli gəlir. Uşaq ədəbiyyatı bədii və elmi idraki sərlərdən ibarətdir. Elmi idrakı ədəbiyyata elmi kütləvi və bədii kütləvi əsərlər daxildir. Uşaq bədii ədəbiyyatının məqsədi kiçik yaşlı oxuculara müəyyən mənəvi təsəvvürlər vermək, onların qarşısında bədii obrazlar aləmini açmaq, onları kitabın müsbət nümunələrinə uyğun hərəkət etməyə yönəltməkdir. Uşaq elmi idrakı ədəbiyyatının başlıca məqsədi uşaqlarda əqli fəallığı tərbiyə etmək, onları böyük elmi aləm ilə ünsiyyətə yönəltməkdir. Onu da qeyd edək ki, hər hansı uşaq ədəbiyyatına elmi biliklərin elementləri daxil edilir. Yaxşı elmi idraki uşaq kitabları isə mənəvi istiqamətsiz ola bilməz. Yeni biliklərin mənimsənilməsi həmoşə oxucuda müəyyən nöqteyi nəzərin insani keyfiyyətlərin tərbiyəsi ilə əlaqədardır. Elmi kütləvi və elmi bədii uşaq kitablarında məzmun çox vaxt ümumi, lakin bu məzmunun açılma forması və verilən biliklərin həcmi müxtəlif olur. Elmi kütləvi mətnlərdə elmi xarakterli səbəb-nəticə əlaqələri olur. Bunsuz onlar öz əsas vəzifələrini, yənibalaca oxuculara elmi təfəkkürün elementləri haqqında məlumat vermək vəzifələrini yerinə yetirə bilməz. Bədii əsərlərdə isə uşaq öz təsəvverlərini şeylər arasındakı əlaqə kimi qəbul edir. Bu o demək deyildir ki, bədii əsərlərdə bilik elemenləri yoxdur. Belə əsərlərdə də elmi məlumatlar verilir. Məsələn: K.D. Uşiniskinin “Pişik və qara quş” hekayəsində nəql etmə prosesində qara quşun ildırım kimi şığıması, dimdiyinin əyri, caynaqlarının uzun və əyri olması haqqında məlumat verilir. Lakin hekəyənin tədris etməkdə başlıca məqsəd pişiyin öz balalarına dərin məhəbbəti, onların yolunda canından keçməyəhazır olmasını vermək olduğundan elmi bədii məlumat arxa plana keçir. Meşə həkimi mətnində isə uşaq qardaşından öyrənir ki, ağacdələnin sinəsi ağ, kəkili qırmızı, qalan yerləri qara olur. Onun dimdiyi uzun və möhkəm olur. O, qabığın altında gövdədə olan qurdları tapıb yeyir. Bu mətndə başlıca məqsəd ağacdələn, onun meşəyə xeyri haqqında bilik vermək olduğundan onun təsviri tamamiylə yerinə düşür.
Ibtidai siniflərin dərsliklərinə daxil edilmiş tarixi materiallar, əsasən tarixi günlərdə, bayramlarda oxunur, oxunu həyatla əlaqələndirməyə imkan verir. Xalqımızın milli azadlıq mübarizəsi haqqında mətinlərin oxunması şagirdlərə bilik verməklə yanaşı, onlarda vətənə, keçmiş nəaliyyətlərimizə maraq və məhəbbət, düşmənə nifrət hissi tərbiyə edir.İbtidai siniflər üzrə proqramda hər ğir təlim ili üzrə oxunun məzmunu və texnikası verilmişdir. Proqramın tələbinə görə I sinifdə şagirdlər məktəblilərin həyatı, ailə, ailədə vəzifə bölgüsü, onun istirahəti, insanların yaxşı və pis hərəkətləri, anaların bayramı, vətənimiz, xalqın sosial qayğıları və s. haqqında bədii parçalar oxumalıdırlar. II – III siniflrədə bu mövzuların bir çoxu təkrarlanır və məzmun niəbətən mürəkkəbləşdirilir.
Proqram üzrə II qrup materiallar ilin fəsilləri, hər fəsildə heyvanlar, quşlar və bitkilərin həyatı, insanların əməyi haqqında maraqlı parçalar və məqalələrdir.
III qrup materiallar isə tarixi xarakter daşıyır. Azərbaycanın tarixi keçmişi, oğuzlar, bizim türklülüyümüz, ulu babalarımızın adət və ənənələri, zəhmətkeş xalqın azadlıq uğrunda mübarizəsi, Azərbaycan da demokratik hakimiyyət uğrunda mübarizə, düşmənlərlə mübarizə, kosmosun fəthi, müstəqil Azərbaycan dövləti və s. kimi materiallar bu qəbildəndir.
İbtidai siniflərdə tədris olunan uşaq ədəbiyyatı bədii və elmi-idrakı əsərlərdən ibarətdir. Bədii əsərlər janr etibarilə müxtəlifdir: hekayə, nağıl, təmsil, şeir, tapmaca, atalar sözü və s.
Elmi-kütləvi mətnlərə təbiət, coğrafiya və tarixə aid materiallaraiddir.
Bədii əsərlərin janrından asılı olaraq oxucuya təsiri müxtəlifdir. Bu materiallar təlimin qarşısında duran tərbiyəvi vəzifələrin – müsbət keyfiyyətlərin aşılanmasına xidmət edir,elmi-kütləvi materialların tədrisində məqsəd şagirdlərin idrakını elmi-biliklərlə zənginləşdirməkdən ibarətdir.
Ümumiyyətlə, oxu materialının tematikası rəngarəng, xarakteri müxtəlif, maraqlı və dərkedilən olmalıdır
Uşaq bədii ədəbiyyatının məqsədi oxuculara müəyyən mənəvi təsəvvürlər vermək, onların qarşısında bədii obrazlar aləmini açmaq, kiçik yaşlı məktəbliləri kitabın müsbət nümunələrinə uyğun hərəkət etməyə yönəltməkdir.
Elmi-idrakı ədəbiyyata elmi- bədii – kütləvi və elmi-kütləvi əsərlər daxildir. Uşaq elmi – öz oxucularında əqli fəallığı tərbiyə etmək, onları böyük elm aləmi ilə tanış etmək, ünsiyyətə yönəltməkdir.
Təlim müəllimlə şagird arasında qarşılıqlı təsirə malik məqsədyönlü prosesdir.Bu prosesdə müəllim və şagirdlərin birgə fəaliyyətinin köməyi ilə bilik ,bacarıq və vərdişlər əldə edir.Şagirdlərin bilik ,bacarıq və vərdişləRə yiyələnmələrini təşkil edərkən müəllimin istifadə etdiyi iş qaydası metod adlanır.Şagirdlərin proqram materialını şüurlu mənimsəmələri üçün əsas vasitə elə şagirdin özüdür.Həm məktəb praktikasında ,həm də nəzəri ədəbiyyatda tez-tez metod və priyom anlayışını eyniləşdirirlər.Metod çox vaxt dərsin taleyini həll edir,priyom isə məqsəddən asılı olaraq müxtəlif metodların köməkçi vasitəsi ,metodun müəyyən hissəsi kimi çıxış edir.Metodun tərkibinə daxil olan priyomlar mexaniki şəkildə birləşməyib,düşündürülmüş system təşkil edir.Hər hansı metodun tətbiqi prosesində müxtəlif priyomlardan istifadə etmək mümkündür.Metodlar şagirdlərin zəruri biliklərə yiyələnməsini təmin edirsə ,priyomlar həmin bilikləri asanlıqla,cəld və qüsursuztətbiqetmə bacarığının yaranmasına köməklik göstərir.Metod və priyom arasında sərhəd mütəhərrikdir.Şəraitdən asılı olaraq metod priyoma,priyom da metoda keçə bilər.Oxu təlimi prosesində,əsasən, aşağıdakı priyomlardan istifadə olunur:müqayisə,tutuşdurma,ümumiləşdirmə,təsnifetmə,mətni hissələrə ayırma, əsas ideyanı göstərmə,qəhrəmanı xarakterizə edən söz və ifadələri seçmə söz zəncirini,kublaşdırma,əqli hücum,şaxələndirmə,Venn dioqramı,debat, BİBÖ və s.
Təlim metodları oxunun məqsəd və məzmunundanasılı olaraq seçilir və tətbiq edilir.İbtidai təlim didaktikasında tarixən,başlıca olaraq iki növ təlim metodu fərqləndirilmişdir:1)doqmatik metodlar 2)inkişafetdirici metodlar.Doqmatik metodlara əsasən tədris prosesində matreali müəllim özü izah edir. İnkişafetdirici metodlarla tədris prosesində isə sual-cavabdan,diskusiyadan istifadə olunur.Şagird müəyyən problemin həlli üçün düşünməli,araşdırmalı,öz mövqeyini bildirməli olurlar.Elmi-kütləvi matreallardakı düşünməyi tələb edən məzmunu şagirdlərə çatdırmaq üçün xüsusi metod və interaktiv priyomlardan –daha çox izahdan istifadə olunmalıdır.İzah müəllim tərəfindən,bəzən onun rəhbərliyi altında şagirdlərin fəal iştirakı ilə aparılır.Oxu dərslərində metod və priyomların seçilməsi əsərin janrından asılıdır.Nəsr parçası oxunarkən nəzm əsərlərindən fərqli olaraq planın tərtibi və məzmunun nəql edilməsi tələb olunur.Əgər nəsr əsərində təsvir üstünlük təşkil edirsə,müfəssəl nəql etməyə və sözlərlə “şəkil çəkməyə”üstünlük verilir.Əgər mətn mükəmməl süjetli və dialoqludursa,diskusiya,debat seçmə nəqletmə ,səhnələşdirmə kimi priyomlardan istifadə edilir.Oxu dərsləri zamanı slaydlardan, səs audioyazılardan, proyektorlardan istifadə edilməsi məsləhətdir.
Dostları ilə paylaş: |