Oxunun şüurluluğuna verilən tələblər
Oxunun keyfiyyəti şagirdlərin oxu texnikasına yiyələnməsindən, onun inkişafından çox asılıdır. Şagirdlərin oxu texnikasının inkişafına müsbət təsir göstərən tələblərdən biri də şüurluluqdur. Bu xüsusiyyətin təmin edilməsi üçün şagirdlər aşağıdakıları başa düşməlidirlər:
1) hər bir sözün mənasını; 2) hər bir cümlənin mənasını; 3) məntiqi cəhətdən bitmiş hər bir abzasın mənasını; 4) mətndə əsas məzmunu müəyyənləşdirməyi, başlıca fikri ayırmağı, onu xüsusi fikirlərlə təsdiq etməyi; həmin fikirlər arasında məntiqi əlaqələri müəyyənləşdirməyi.
Oxunun şüurluluğunu təmin etmək üçün müxtəlif məşğələlərin təşkili tələb olunur. Qavrayışın dərinləşdirilməsinə yönəldilmiş başlıca məşğələlər aşağıdakılardır:
şagirdlərin mətni qavramağa hazırlaşmaları;
lüğət işi
əsərin oxunması
qavrama dərəcəsinin yoxlanması
mətnin təkrar oxunun nağıl edilməsi
planın tərtibi
məzmunun nağıl edilməsi
ümumiləşdirici müsahibə
şagirdlərin oxu ilə əlaqədar yaradıcı ictimai-faydalı fəaliyyəti
Dostları ilə paylaş: |