İfadəli oxuya verilən tələblər
Oxunun ifadəliliyi ana dili tədrisinə verilən ən mühüm tələblərdən biridir. Oxunun ifadəliliyi əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir, nəhayət, düzgünlük, şüurluluq və sürətlilik ifadəli oxu üçün əsas hesab olunur.
İfadəlilik üzrə iş məzmunun emosional qavranılmasını, yaxşı anlaşılmasını təmin edir, şagirdin özünün də nitqini gözəlləşdirir.
İfadəli oxu üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
Danışdığın kimi oxu
Sadə və təbii oxu
Durğu işarələrinin tələbini gözlə
Sözləri aydın və düzgün tələffüz et
Ayrı-ayrı adamların sözlərini oxuyarkən hər şəxsin xarakterinə görə səsini dəyiş.
Oxuduğun mətnin məzmununa uyğun olaraq səsini ölç, lazım olan yerdə onu qüvvətləndirib zəiflətməyi bacar.
Qrammatik məntiqi və emosional vurğunu gözlə
Oxu zamanı nəfəsini idarə etməyi bacar və s.
Dostları ilə paylaş: |