Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Azərbaycan dilinin orfoqrafiyası və onun xüsusiyyətləri



Yüklə 302,66 Kb.
səhifə94/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   90   91   92   93   94   95   96   97   ...   111
2. Azərbaycan dilinin orfoqrafiyası və onun xüsusiyyətləri

Ədəbi dilləri inkişaf etmiş xalqların, o cümlədən də, mahiyytəinə görə zəngin, qrammatik quruluşuna görə tam sabitləşmiş, milli dili olan Azərbaycan xalqının da öz yazısı, orfoqrafiyası- orfoqrafiya qaydaları və təsdiq edilmiş orfoqrafiya lüğəti vardır.

Hər bir ədəbi dil özünün fəaliyyət və inkişafı prosesində danışıq dili və dialektlərlə, həmçinin də, başqa dillərlə daim qarşılıqlı əlaqədə olur. Bu prosesdə normaların sabitliyini təmin etmək üçün müəyyən qayda və qanunlar tərtib olunur. Belə qanunların məcmusu olan orfoqrafiya söz və onların qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.

Beləliklə, 1) «Orfoqrafiya – yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici qaydalar sistemidir»1.

2. «Orfoqrafiya yazılı ədəbi dildə hamı tərəfindən qəbul edilmiş söz və onun qrammatik formalarının (morfemlərin) vahid və sabit yazılış qaydalarının sistemidir»2

Düzgün yazı və qaydalarının tərkib hissələrinə daxil olan Azərbaycan dili orfoqrafiyasının ümumi tələblər baxımından bir neçə xarakter xüsusiyyəti vardır.

Orfoqrafiyanın birinci xüsusiyyəti ondan ibarətdir ki, onun qaydaları ümuminin razılığı ilə bəyənilib qəbul olunur. Yəni orfoqrafiyanın qaydaya salınma, təkmilləşdirilmə və ya dəyişdirilməsinə bütün ictimaiyyət cəlb olunur. Həlledici müzakirlərdə də dilçi alimlər- mütəxəssislərlə yanaşı, başqa nümayəndələr də iştirak edirlər. Məsələn, orfoqrafiyamızın islahatı məsələsi 1926-cı ildə Bakıda çağırılmış I Ümumittifaq Türkoloji Qurultayda müzakirə edilmişdir3. 1938-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları layihəsinin müzakirəsinə xalq kütlələri daha geniş cəlb olunmuşlar. Orfoqrafiyamızda sonrakı – 1951-1954- 1958-ci illərdə aparılmış dəyişikliklər də eyni demokratik prinsiplər əsasında müzakirə edilmiş və obyektiv nəticələr çıxarılmışdır.

Orfoqrafiyanın ikinci xüsusiyyəti onun qaydalarının vahid və hamı üçün vacib olması ilə müəyyənləşir. Orfoqrafiyanın bu xüsusiyyəti ilə əlaqədar tələblərə cavab verə bilməyən yazı düzgün hesab edilmir. Ayrı-ayrı yerlərdə müxtəlif cür səslənən danışıq dilini yazılı nitqə çevirmək olmaz. Bu, adamlar arasında anlaşmanı da çətinləşdirir.

Bu o deməkdir ki, yazıda orfoqrafiya qaydalarına riayət etmək hər kəsin borcudur və hamı üçün məcburidir.

Orfoqrafiyanın üçüncü xüsusiyyəti onun yazıda ikiliyə yol verməməsi ilə xarakterizə olunur. Yəni orfoqrafiya morfemlərin yazılışı üçün yalnız bir formanı əsas tutur.

Lakin bu da doğrudur ki, orfoqrafiya dil hadisəsidir. Dildə baş verən bir sıra obyektiv prinsiplər müəyyən dərəcədə yazıda öz əksini tapır, ikilik meydana çıxır. Məsələn, «ilə, idi, imiş» morfemlərinin, bir sıra mürəkkəb və alınma sözlərin iki cür yazılışı və s. yəqin ki, bu ikilik tədricən aradan qaldırılacaq və Azərbaycan dili orfoqrafiyası vahid şəklə salınacaqdır.

Orfoqrafiyanın dördüncü xüsusiyyəti onun kütləvi xarakter daşımasıdır. Bu baxımdan orfoqrafiya qaydaları sadə, aydın, ümumi tələffüzə uyğun sabit və stabil olmalı, həm yazı, həm də oxu prosesini asanlaşdırmağı təmin etməlidir.

Yazıya verilən tələb onunla ölçülür ki, o, «…ünsiyyət yaratmaqda bütün oxuculara anlaşıqlı olsun»4. Azərbaycan dilinin orfoqrafiyası bu baxımdan da əlverişli orfoqrafiyalar sırasında durur. Orfoqrafiya qaydalarına aid qəbul olunmuş hər yeni variant sözlərin yazılışının dəqiqləşdirilməsi və yazımızın daha asan oxunmasına müəyyən təsir göstərmişdir.

Orfoqrafiyanın bir xüsusiyyətidə onun şərtiliyindədir, yəni müxtəlif sözlərin mümkün olan yazılış variantlarından bu və ya digər şərti olaraq seçilir. Buna görə də bəzi sözlərin nə üçün məhz belə yazıldığını müzakirə etmək çətin olur. Belə vəziyyətdə «yazılışı bu cür düzgün hesab olunmuş və bu cür də qəbul edilmişdir» fikri ilə razılaşmaq lazım gəlir.




Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin