Buna necə nail olmalı? Müəllim bu barədə şagirdləri ilə söhbət aparır. “Oxu nədir?”, “Yaxşı oxucu nə etməlidir?” Təlim zamanı şagirdərə mətn, əsər, kitab haqqında danışmaq deyil, oxu strategiyasını necə istifadə etdiyini nümayiş etdirmək lazımdır.
Bu zaman müəllimin vəzifələri və fəaliyyəti köklü şəklidə dəyişir. Müəllim mətnin oxusunu tapşırıb, sonra da onun necə oxunduğunu qiymətləndirən bir ekspert vəzifəsindən oxu prosesini təşkil edən, modelləşdirən bir köməkçiyə, məsləhətçiyə, yol göstərənə, çevrilir. Eləcə də qiymətləndirmə zamanı mətnin əsas ideyasının aşkar edilməsi deyil, həmin ideyanın necə və hansı yollarla aşkar edildiyi qiymətləndirilir. Buna nail olmaq üçün müəllim “ucadan düşünməyi” bacarmalıdır. Bu zaman sanki müəllim şagirdləri qarşısında ”öz beyninə bir pəncərə açır” və onları həmin “pəncərəyə baxmağa” dəvət edir. Uşaqlar müəllimin əsas fikri müəyyənləşdirmək üçün düşünmə ardıcıllığını, baş verən prosesləri izləyirlər.Uşaqlardan “Mətndən nə başa düşdünüz?” sualı əvəzinə “Nəyə görə belə qərara gəldiniz ki, mətn bu mənanı verir?” sualını soruşmaq lazımdır. Bir nümunəyə nəzər salaq:
Dostları ilə paylaş: |