1.Oxudan əvvəl-şagirdlərin hər ikisi mövzu üzrə oxudan əvvəl fəaliyyəti yerinə yetirirlər.Oxudan əvvəl mətnin başlığı ,verilmiş şəkil,qrafik və s. üzərində düşünür. Mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq mətindəki birinci və sonuncu cümləni və ya abzası oxuyur,mətni oxuyarkən cavab tapmaq istədiyi sualları tərtib edir.