ibtidai siniflərdə oxunun optimal sürəti
Savad təliminin ilk mərhələsində şagirdlərin hələ oxu texnikadsına yenicə yiyələndikləri dövrdə oxunun aşağı sürətdə, aramla aparılması vacibdir. Sonradan tədricən sürət artırılmalıdır. Oxunu normal sürəti ifadəliliyi və məzmunun şüurlu başa düşməsini təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin hiss olunmamaslna, məzmunun mexaniki şəkildə qavranmasına səbəb olur.
Normal sürətlə oxumaq oxu zamanı baş verən psixi proseslərin başa düşülməsi üçün əlverişli şərait yaradır. Sürətlə oxumağa və yazmağa alışan adam özünün ictimai fəaliyyətində yüksək müvəffəqiyyət əldə edir.
Bəs oxunu normal sürəti necə olmalıdır? Hər bir şagird üçün normal oxu sürəti olur. Tədricən bu sürət tələb olunan normaya cavab verir. Sürəti süni şəkildə artırmaq düzgün deyil. Bədii, xüsusilə klassik ədəbiyyatı yüksək sürətlə oxumaq təbiətin gözəl guşəsinin üstündən reaktiv təyyarə ilə uçub keçməyə bənzəyir. Bu zaman, doğrudur, şagird gördüyü mənzərə ilə əlaqədar ümumi təsəvvür əldə edə bilmir, lakin oranın füsunkar gözəlliyi, cazibədarlığı, qəlbləri ovsunlayan, əsrarəngizliyi diqqətdən yayınacaqdır. Həddən artıq sürətli oxu da məzmunun incəliklərini mənimsəməyə imkan vermir, uşaqları tələskənliyə alaışdırır. Oxu təmkin, dərkedilən olmalıdır.
Ayrı-ayrı siniflərdə belə normallaşdırılir: I sinifdə dərs ilinin axırında dəqiqədə 20-25 söz; II sinifdə dərs ilinin birinci yarısında dəqiqədə 25-35 söz; dərs ilinin ikinci yarısında dəqiqədə 40-45 söz; III sinifdə dərs ilinin birinci yarısinda dəqiqədə 50-60 söz, dərs ilinin ikinci yarısinda dəqiqədə 65-70 söz; IV sinifin birinci yarısında dəqiqədə 80-90 söz, ikinci yarısında dəqiqədə 95-105 söz. (Güclü şagirdlərin və sinfin göstərilən normadan artıq yazılmaları da istisna edilmir.)
Səssizoxu prosesinin hər bir mərhələsində dəqiqə ərzində oxunan sözlərin sayı müvafiq şəkildə artırılmalidir. Səssiz oxunun normal sürətinin təmon edilməsi sonrakı siniflərdə təlim tapşırıqlarının vaxtında, müvəffəqiyyətlə yerinə yetitilməsinə əlverişli şərait yaradır. Ibtidai siniflərdə oxunun sürəti oxunan mətndə tsözlərin heca-hərf tərkibindən, sözlərin mənalarının şagirdlərə nə dərəcədə tanış olmasından, materialın çətinlik dərəcəsindən asılı olur. Müəllim çalışmalıdır ki, təxminən III sinfin axırlarında IV sinfin əvvəllərində şagirdlərin oxusunun sürəti onların şıfahi nitqinin sürətinə yaxınlaşsın.
Təcrübə göstərir ki, bəzi uşaqların sürətlə danışma üzrə anadangəlmə imkanı onların oxularına da təsir göstərir. Çox vaxt belə sürətlə danışan və oxuyanların nə dediklərini başa düşmək olmur. Ləng danışan və oxuyanların sürətini artırmaq mümkün ikən onları ləmg danışmağa və oxumağa alışdırmaq çətindir.
Oxu prosesində diqqəti əvvəlcə ayrı-ayrı hərflərə, sonra sonra hecalara, daha sonra sözlərə yönəltmək qeyri-fəal oxuya səbəb olur. Belə halda şagird güman edir ki, elementlər öyrənilmədən oxunun nəticəsini gözləmək olmaz. Buna yol verməmək üçün uşaqlarda qabaqlayıcı məntiqi oxu vərdişləri yaratmaq lazımdır. Bu prinsipə görə şagird gözaltı baxmaqla indiki halda diqqəti üzərinə cəmlənmiş hərfdən (hecadan, sözdən) sonra gələn hərfin (hecadan, sözdən) nəzərdə tutulmuş obrazını yarada bilməlidir. I sinifdə dərs ilinin ikinci yarısından uşaqlar sözü oxumaqla gözləri ilə irəlidəkiləri oxumağa hazırlaşmalıdırlar. Oxunun normal sürətinə o vaxt nail olmaq mümkündür ki, şagirdin görmə dairəsi ayrı-ayrı sözləri deyil, birdən-birə bir neçə sözü, söz birləşməsini, cümləni görmək vərdişinə yiyələnsin. Belə psixoloji məqsəd yalnız mərkəzi görmə sahəsindən deyil, həm də gözün soldan sağa tərəf ardıcıl hərəkəti ilə ətraf görüş dairəsindən məlumat almağa imkan verir.
Oxunun sürəti yazının sürəti ilə bağlıdır. Sürətlə yazmaq müəyyən dərəcədə oxunun sürətini artırır, lakin yazının sürəti ozunun sürətinə nisbətən çox ləngdir. Belə kəskin fərqi qismən azltmaq məqsədilə üzündənköçürmə texnikasına, xüsusilə yazı makinasına, kompyuterə müraciət etmək olar. Əgər sürətlə yazan dəqiqədə 30 söz yaza bilirsə, elektirik yazı makinası dəqiqədə min, kompyuter isə daha çox zərbə vurmağa imkan verir. Bu isə 160-180 söz deməkdir. Belə yazan adamlar sürətlə, sərbəst oxuya bilirlər.
Müxtəlif terminlər nəticəsində fransız Rene Tramoni sürətlə oxumağı öyrənmişdir. O, dünyada ən sürətlə oxumaq və danışmaq üzrə iki rekorda görə “Qinnesin kitabı”nın diplomuna layiq görülmüşdür. Rene Tramoni dəqiqədə 400-dən çox söz oxuya bilir, danışanda isə dəqiqədə 563 söz tələffüz edirdi. Belə sürət, şübhəsiz, onun müəllifi üçün oxunun şüurlululuğunu da təmin edə bilməz. Oxunun yüksək sürəti tədris informasiyasının düzgün qavranması prosesinin səthi getməsinə səbəb olduğu kimi, həddən artıq ləng oxu isə şagirdlərin səs simvolikasını duymalarına mane olur. Odur ki, oxunun sürətliliyi üzrə iş apararkən onun anlamının sürətinə uyğun inkişaf etməsi təmin olunmalıdır.
Oxunun sürəti hər bir şagirdin tələffüz orqanlarının düzgün və sərbəst işindən də çox asılıdır. Ona görə də müəllim daim şagirdlərin nitq aparatının daim inkişaf etdirilməsi və onların tələffüz nöqsanlarının aradan qaldırılması qayğısına qalmalıdır.
Oxunun sürətliliyinə, əsasən, müntəzəm təmrinlərin köməyi ilə nail olmaq mümkündür.
Şagirdlərin oxu sürətini tənzim etmək üçün aşağıdakı priyomlardan istifadə etmək məsləhət görülür:
Mətnin oxunmasından əvvəl sualların qoyulması(Bu priyom tələskənliyin qarşısını alır. Şagirdlər başa düşürlür ki, cavab vermək üçün araşdırmaq, fikirləşmək lazımdır)
Dramlaşdırma (Dramlaşdırma prosesində şagird əsərdə iştirak edən şəxsin xarakterinə, onun danışığına uyğun sürət seçir. O, həm də öz oxusunun sürətini yoldaşlarının oxu sürətinə uyğunlaşdırmağa çalışır)
Dioloji mətnin oxunması. Dialoq şəklində mətn iki şagird tərəfindən oxunur: biri sualları, digəri cavabları oxuyur. Belə mətn oxunarkən sualları yaxşı oxuyan şagirdə tapşırmaq lazımdır ki, cavab verən öz oxu sürətini uyğunlaşdıracaq nümunə görsün.
Əzbərlənmiş şerin oxunması (Adətən, şeir orta sürətlə oxunur. Şeir əzbərdən oxuyan şagird istər-istəməz həmin sürəti nəsr əsərlərinə də keçirməyə çalışır);
Mətnin hissə-hissə oxunması (Belə terminlərdə yaxşı oxuyanın fəaliyyəti ilə başlanmalıdır. Sonra oxuyanlar hekayənin ümumi ahəngini pozmaqla təsir qüvvəsini azaltmamaq məqsədilə həmin sürəti gözləməyə çalışırlar. Bu prosesdə şagirdlərin oxu sürətini düzəltmək üçün həddən artıq ləng oxuyanı sürətlə oxuyandan sonra, həddən artıq sürətlə oxuyanı isə ləng oxuyandan sonra oxutmaq məqsədəuyğundur);
Seçmə oxu (Əsərin qəhrəmanının xarakteristikasını, fəslin əlamətlərini bildirən sözləri tapmaq kimi tapşırıqlar şagirdləri mətni aramla, müşahidə apara-apara oxumağa vadar edir);
Saniyəölçənlə sürətli və şüurlu oxumaq üzrə yarışın keçirilməsi;
İbtidai siniflərdə oxuya verilən tələblərdən biri də oxunun sürətidir. Oxunun sürəti şagirdlərin yaşından, fərdi xüsusiyyətindən, oxunan mətndə sözlərin hərf-heca tərkibi, leksik mənası, materialın çətinlik dərəcəsindən asılı olur. Ona görə də, həmin siniflərdə nə çox sürətli, nə də ləng oxuya yol verilməlidir. Oxunun normal sürəti ifadəliliyin və məzmunun şüurlu başa düşülməsini təmin edir. Müasir proqramın tələbinə görə ayrı-ayrı siniflərdə dərs ilinin sonunda oxunun sürəti belə olmalıdır:
I sinifdə dəqiqədə 25-30 söz
II sinifdə dəqiqədə 45-50 söz
III sinifdə dəqiqədə 75-80 söz
IV sinifdə dəqiqədə 95-100 söz
Dostları ilə paylaş: |