Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 1,33 Mb.
səhifə7/12
tarix16.07.2020
ölçüsü1,33 Mb.
#102716
1   2   3   4   5   6   7   8   9   ...   12

Nağılların oxunması

Nağıllar öz quruluşu, hadisələrin təqdim olunma forması və dilinin sadəliyinə görə uşaqları cəlb edir. Nağıllar hekayəyə oxşasa da, onda reallıqdan uzaq, həyata uyğun gəlməyən, fantastik hadisələr, əşyalar vardır. Nağılda başlanğıc, sonluq təkrar olunur.

Nağılların sadə, aydın, zəngin dili şagirdlərin nitqini inkişaf etdirir, onları xalqın söz xəzinəsinə, mədəni sərvətimizə yiyələnməyə doğru aparır. Nağılların tərbiyəvi əhəmiyyəti böyükdür. Nağıl pedaqoji cəhətdən yetkindir. O, ciddi, təvazökar, ədalətli, mədəni, xeyirxah olmağa çağırır, şər qüvvələrə nifrət oyadır.

Nağıllar üzərində iş real hadisələrin təsvir olunduğu hekayələrlə iş kimi aparılmalıdır. Nağıllardakı hadisələrin əfsanə, uydurma olduğu şagirdlərə deyilməməlidir. Müəllim uşaqlara başa salmalıdır ki, insanların nağıllarda yaratdığı bir çox əfsanələr indi həqiqətə çevrilmişdir. Nağıllar asan nəql edilir. Nəql etmə bəzən müəllim tərəfindən dərsin əvvəlində gedir. Aktyorun ifasında söylənilən nağıl şagirdlərə güclü təsir edir. Seriya şəkillər üzrə, rollar üzrə nağıletmə şagirdləri daha çox maraqlandırır.

Ümumiyyətlə, nağılların tədrisinə daha çox diqqət yetirilməlidir

Təmsillərin oxunması

Təmsil uşaqları çox maraqlandıran janrlardan biridir. Təmsilin əsasında alleqoriya durur. Təmsil yazan quş, cücü, bitki və başqa əşyaların obrazlarında insanların tipik xasiyyətlərinə (yalançılıq, oğurluq, ədalətsizlık, lovğalıq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd-nəsihət verir. Bütün bunlar müəllimdən aktyorluq məharəti tələb edir.

Təmsil yığcamlıq, fabuanın dinamikiliyi, hadisənin dramatikliyi, əxlaqi nəticənin ironik şəkildə verilməsilə seçilir. Təmsilin dili sadə, zəngin və rəngarəng olur. Təmsilin oxunması prosesində bütün bu cəhətlər nəzərə alınır. Onun oxunması kiçik bir pyesi xatırladır.

Təmsilin dili üzərində mükəmməl bir iş aparmaq lazım gəlir. Personajın xasiyyətnaməsini verərkən onun dilində işlənən sözlərdən istifadə edilir: məsələn, M.Ə. Sabirin “Qarğa və tülkü” təmsilində tülkü qarğaya müraciətlə deyir:

...Əhsən sənə, a qarğa ağa!

Nə nəzakətlə qonmusan budağa.

Bəzədin sən bu gün bizim çəməni.

Şad qıldın bu gəlməyinlə məni.

Nə gözəlsən, nə xoşliqasan sən!

Yeri var söyləsəm hümasan sən!

Tüklərindən ipək kimi parlaq,

Bədnəzərdən olsun vücudun iraq!

Bu yəqindir ki, var sevimli səsin,

Oxu versin mənə səfa nəfəsin!

Bu sözlərə əsasən şagirdlər tülkünün nə qədər yaltaq olduğunu yəqin edirlər. Onlara məlumdur ki, qarğada nə tülkünün dediyi qədər görkəm, nə də səs var. Qarğa tülkünün əlinə keçsə, parçalayıb yeyər, lakin buna imkan olmadığından dilini işə salıb, qarğanı aldadır və onun ağzından düşən pendiri yeyir.

Təmsil üçün də elə səciyyəvi cəhət odur. Müəllifin özü də təmsilin axırında həmin nəticəni verir:

Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı yəqin ki, yaltaqlar.

Burada, həmçinin təmsillərin əksəriyyətində mənəviyyatın mənası təmsilin məzmununa uyğun gəlmir. Daha doğrusu, o, bilavasitə ifadə olunmur. “Qarğa və tülkü” təmsilində yaltaq deyil, yaltağa inanan mühakimə edilir. S.Ə. Şirvaninin “Qurd və quzu” təmsilində qurd quzunu axmaq olduğuna inandırır. Beləliklə, oxucuda gülünc vəziyyətə düşən qarğaya və avam quzuya təəssüf və tənə hissi yaranır.

NAĞILIN OXUNMASI

Kiçik yaşlı məktəblilərin mütaliəsində nağılllar mühüm yer tutur. “Oxu” dərsliklərində xalq nağılları ilə yanaşı, yazıçılar tərəfindən yazılmış nağıllara yer verilmişdir. Nağıllar quruluşuna görə hekayələrə yaxındır. Hekayədə olduğu kimi, nağılda da kompozisiya, personaj, fabula, ideya, üstəlik həyata uyğun gəlməyən fantastik hadisələr, əşyalar (bircə anda şəhərin salınması, adamın yox olması, uçan xalça, danışan quş və s.) vardır. Nağıllarda başlanğıc sonluq təkrar olunur.

Nağıllardakı fikirlərin əyləncəli şəkildə, çox incə kompozisiya, parlaq obrazlarla verilməsi uşaqların təxəyyülünü inkişaf etdirir. Nağılların sadə, aydın, obrazlı ifadələrlə zəngin dili şagirdlərin dilini inkişaf etdirir, onları xalqımızın ruhu, soykökü ilə ünsiyyətə girməyə tükənməz söz xəzinısinə, milli adət və ənənələrimizə, mədəni sərvətimizə yiyələnməyə doğru aparır.

Nağıllar həmişə pedoqoji cəhətdən yetkin olmaqla,onların tərbiyəvi əhəmiyyəti böyükdür. Nağıllar uşaqların ciddi, təmənnasız, təvazökar, ədalətli, mədəni, xeyirxay olmağa çağırır, onlara eybəcərliklərər gülüş, şər qüvvələrə nifrət oyadır, əsirlərin boyu toplanmış xalq müdrikliyini təbliğ edir. Ona görədə mativasiya şagirl\ərin nağılın çox vaxt örülü olan əxlaqi ideyasını başa düşməyə hazırlamalıdır.

Nağıllar oxunarkən aşağıdakıların nəzərə alınması məsləhət görülür:



  1. Nağıllar üzərində iş təxminən real hadisələrin təsvir olunduğu hekayələrlə iş kimi aparılmalıdır. Nağıllarda insanların arzu və istəklərinin öz əksini əfsanə, fantastika şəklində tapması müəllimi narahat etməməli, şagirdlərə heyvanların, quşların insanla danışa bilməməsi, divin, əjdahanın uydurma olması haqqında heç bir söz deyilməməlidir. Bu, uşaqların marağını azalda, nağılın təsir qüvvəsini aşağı sala bilər. Onsuzda uşaqların özləri divin olmasına, zümrüd quşunun danışmasına inanmır, lakin xarici aləmin obrazı görmə meyili uşaq təxəyyülünə xas olduğundan onlara sevinc gətirir, arzulamağı öyrədir.

Müəllim şagirdlərə başa salmalıdır ki, nağıllarda yaradılmış bir çox əfsanələr həqiqətə çevrilmişdir. Məgər televizor sehirli güzgü, təyyarə və raket uçan xalça deyilmi?

  1. Nağıllardan qəhrəmanların xarakteristikasını vermək, onun qiymətləndirmək məqsədilə istifadə olunmalıdır. ”Nə üçün ögəy ana Göyçək Fatmaya zülm edirdi?” sualına cavab verərkən şagirdlərögəy anadakı paxıllıq hissi, ayrı-seçkilik edərək doğma qızını xoşbəxtliyi üçün çalışmasını bildirirlər. Bununlada onlar qadının xarakterini açır, fəaliyyətini düzgün qiymətləndirirlər.

  2. Nağılların insan xarakteri və qarşılıqlı münasıbət sahəsindəki mənəvi təsirini açmağa ehtiyac yoxdur. Nağılların didaktik təsiri o qədər güclü və aydındır ki, şagirdlərin özləri nəticə çıxara bilirlər.

  3. Xalq nağıllarının həm kampazisiyası, həm də dillin nəql etmək üçün nəzərdə tutulduğundan bu proses mümkün qədər mətnə yaxın şəkildə baş verir. Müəllim tərəfindən ifadəli nəql etmə bəzən dərsin əvvəlində gedir. Aktyorun ifasında nəql edilmiş mətnin fonoxrestomatiyası şagirdlərə güclü təsir göstərir. Seria şəkillər üzrə nəql etmə, nağıla sözlərlə şəkil çəkmək, rollar üzrə nəql etmək məzmununun yaxşı mənimsənilməsini təmin etməklə yanaşı, şagirdlərin nitqini və yaradıcı qabiliyyətini də inkişaf etdirir.

  4. Planın tərtibi də nəql etmənin gedişindan asılı olur. Əgər şagirdlər mətnin şəkilli planını tuturlarsa, bu, o qdərdə çətinlik törətmir.

  5. Bəzən nağıllardakı personajlar (zümrüd quşu, div, əjdaha, uçan at və s.) haqqında şagirdlərin təsəvvürlərini canlandırmaq üçün müvafiq müqəvva, maska, model və s. göstərmək, gördükləri canlılarla müqayisə etdirmək lazım gəlir.

Məlumdur ki, təmsil bədii əsərlərin maraqlı janrlardan biridir. Lakin onların tədrisində bəzi çətinliklər qarşıya çıxır. Belə ki, təmsilin əsasında alleqoriya durur. Təmsil yazanlar quş, heyvan, bitki və s. əşyaların obrazlarında insanların tipik mənfi xüsusiyyətlərinə – yalançılıq, ədalətsizlik, lovğalıq, acgözlük, yaltaqlıq və s. gülür, öyüd-nəsihət verirlər. Bütün bunlar müəllimdən aktyorluq tələb edir.

Təmsil yığcamlıq, fabulanın dinamikliyi, əxlaqi nəticənin ironik şəkildə verilməsi ilə seçilir, onun dili sadə, zəngin və rəngarəngdir. Təmsilin oxusu kiçik bir pyesin oxusunu xatırladır. Təmsilin dili üzərində xüsusi iş aparmaq lazım gəlir. Personajı təsvir edərkən onun dilindəki sözlərdən istifadə olunur. Məs: M.Ə.Sabirin «Qarğa və tülkü» təmsilində tülkü qarğaya deyir:

«…Əhsən sənə, aqara qarğa!

Nə nəzakətlə qonmusan budağa»…

Bu sözlərdən şagirdlər tülkünün nə qədər yaltaq olduğunu yəqin edirlər. Onlar bilirlər ki, qarğada tülkünün dediyi görkəm, səsyoxdur. O acdır, qarğa əlinə keçsə, onu parçalayıb yeyər. Ancaq buna imkan olmadığından dilini işə salıb qarğanı aldadır və onun ağzından düşən pendiri yeyir. Təmsil üçün elə xarakterik cəhət odur. Müəllif təmsilin sonunda belə nəticə verir:

4.«Olmasaydı cahanda sarsaqlar

Ac qalardı yəqin ki, yaltaqlar»

Əslin də təmsildə yaltağa inananlar mühakimə edilir.



Elmi-kütləvi mətnlərin oxunması üzrə iş

Elmi-kütləvi mətnlərin oxunması üzrə iş, əsasən II sinifdən başlayır. Bu mövzuların köməyi ilə uşaqların elmi- nəzəri mücərrəd təfəkkürü inkişaf edir.

Şagirdlər III sinifdən etibarən elmi üslubda əsərlər oxuyurlar. Belə əsərlərin məzmununu şagirdlərə dərk etdirmək üçün mətnlər hissə-hissə oxunmalı, hər hissə təhlil edilib, izah edildikdən sonra bütöv nəticə çıxarılmalıdır.

Elmi-kütləvi mətnlərin bir qisminin məzmununun başa düşülməsi üçün əyani və praktik hazırlıq tələb olunur. Mətnin tədrisindən əvvəl lazımi əyani vəsaitinə idarə edilməsidə lazım gəlir.

Məsələn, «Meşə həkimi» mətninin tədrisində uşaq qardaşından öyrənir ki, ağacdələnin sinəsi ağ, kəkili qırmızı, qalan yerləri isə qara olur. Dimdiyi uzun və möhkəmdir. Müəllim əyanilik vasitəsilə uşaqlara onun ya müqəvvası və ya şəklində bunları aydınlaşdırır. Bununla yanaşı yırtıcı quşlar – çalağan, qırğı, qartal, şahin haqqında da uşaqlara əlavə məlumat verilir.

Bu iş də fənlərarası əlaqədən istifadə də səmərəlidir. Cəmiyyət hadisələri və tarixi məlumatlarla bağlı mətnlərin tədrisində ətraf aləmlə tanışlıq əyani vəsait, tarixi yerlərə ekskursiyalar, kinofilmlər, əmək və müharibə veteranları ilə görüşlərin təşkili faydalı sayılır.



Elmi -bədii və kütləvi əsərlərin oxunması üzrə iş

Uşaq ədəbiyyatı bədii və elmi kütləvi əsərlərdən ibarətdir. Hər hansı uşaq ədəbiyyatına elmi biliklərin elementləri daxildir. Bunlar uşağa dəqiq mənəvi istiqamət – bilik verir. Bu əsərlərə elmi-bədii-kütləvi və elmi-kütləvi əsərlər daxildir.

Elmi-kütləvi əsərlər də söhbət tədqiqatın son nəticəsindən gedir. Uşaq elmi-bədii əsərlərdə isə fərziyyə çox olur. Elmi-bədii ədəbiyyat hadisələri tutuşdurur, müstəqil nəticə çıxarmağı öyrədir, oxucunu həvəsləndirir.

Elmi-kütləvi mətnlərdə süjet xətti olmur. Elmi-bədii mətnlərdə isə müəyyən süjet xətti olur. Elmi-kütləvi əsərlərdə həyatın inikası başqa cür olur. Bədii əsərlər tərbiyəvi vəzifələrin həyata keçirilməsinə xidmət edir.

Elmi-kütləvi mətnlərdə mövzunun müəyyən əşyalığı olur. Hər hansı hərəkət, əmək prosesi və s. mövzunun predmeti ola bilər. Bu materiallar dilvəüslubunagörədəfərqlidir.

Elmi-idraki mətnlərdə sözlər dəqiq işlənir, cümlənin quruluşu ciddi olur, elmi terminlərdən də istifadə olunur. Burada elmli xarakterli səbəb nəticə əlaqələri olur. Bu əsərlərin tədrisində uşaqların elmi dünyagörüşü formalaşır. Burada kimya, fizika, astronomiyaya aid elmi məlumatlar da uşaqlara çatdırılır.



MÖVZU: 8

OXU ÜZƏRİNDƏ İŞİN XÜSUSİYYƏTLƏRİ. SİNİFDƏNXARİC OXUNUN METODİKASI.OXU DƏRSLƏRİNƏ VERİLƏN STANDARTLAR

Plan

  1. Sinifdənxaric oxunun məqsəd və vəzifələri.

  2. Sinifdənxaric oxu üzrə işin təşkili.

  3. Sinifdənxaric oxu üzrə işdə bədii ədəbiyyatın əhəmiyyəti

ƏDƏBIYYAT

1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün

I. Bugünki məktəbliləri ədəbi təhsili, tərbiyəsi və inkişafında proqram üzrə keçilən dərslərlə yanaşı, sinifdənxaric oxu dərsləri də mühüm rol oynayır.İbtidai siniflərdə uşaqların ətraf aləmlə – təbiət və cəmiyyətdə baş verən bütün hadisələrlə tanışlıq üzrə artmaqda olan tələbatını yalnız sinif oxusu ilə təmin etmək mümkün deyil. Sinif oxusu prosesində şagirdlərin əldə etdikləri məlumatlar sinifdənxaric oxunun köməyi ilə dolğunlaşır, tamamlanır. Sinifdənxaric oxu sinif oxusunun davamı, şagirdlərin ana dili sahəsində hazırlanmalarının zəruri vasitəsidir.Sinifdənxaric oxuya həsr olunmuş dərslərin proqrama daxil edilməsi şagirdlər üçün tövsiyə olunan kitabların oxunmasını, müəllim üçün isə onların rəhbərlik etməsini məcburi işə çevirir.Sinifdənxaric oxu şagirdlərdə kitaba məhəbbət və daxili ehtiyac hissi oyadır, müntəzəm oxuya adət tərbiyə edir, onların dünyagörüşünü, bədii zövqünü inkişaf etdirir.Oxu dərslərində qarşıya qoyulan başlıca məqsəd şagirdlərin müstəqil mütaliəyə cəlb edilməsi yolu ilə onların ideya-mənəvi, estetik inkişafı, bədii zövq tərbiyəsi, mütaliə bacarıqlarının və mütaliə marağının formalaşdırılmasıdır.

Bir sözlə, sinifdənxaric oxu təlim-tərbiyə işinin ayrılmaz hissəsi olmaqla böyük təhsil və tərbiyəvi əhəmiyyətə malikdir. O, uşaqlara yüksək əxlaqi keyfiyyətlər aşılayır, doğma vətənimizin gələcək qurucularının tərbiyə olunmasını təmin edir.

II. Sinifdənxaric oxu üzrə işin təşkili

Sinifdənxaric oxu bütövlükdə oxu prosesinin tərkib hissəsi olduğundan, bu sahədə isə təlimin ilk günlərindən – savad təlimi dövrünədək başlamaq məsləhət görülür. Həmin vaxtdan başlanan buişin xarakteri, həcmi, məzmunu ildən-ilə dəyişməklə məktəbi başa vuranadək davam edir.Savad təlimi məşğələlərin çox can sıxıcı,yorucu olmamasına yol verməmək məqsədilə müəllim şagirdləri maraqlı,rəngli şəkilləri olan sadə uşaq kitabları ilə tanış edir,kiçikhəcimli ədəbi əsərləri onlara oxuyur,oxunmuş parçalar üzərində söhbətlər təşkil edir.

Şagirdlər əlifba təlimini başa vurduqdan sonra oxu texnikasına yiyələndiklərindən müstəqil mütaliəyə başlaya bilərlər.Bu dövrdən sinifdən xaric oxuya həftədə bir saat vaxt ayrılır.Əslində həmin saatda bu və ya digər uşaq kitabının,ədəbi parçanın oxunması ilə yanaşı,şagirdlərin müstəqil oxuduqlarından da söhbət açılır.Şagirdlərin sinifdənxaric oxusuna II sinifdədə həftədə 1 saat ayrılır.Onlar III-IV siniflərdə müstəqil mütaliə üzrə müəyyən vərdişlərə yiyələndikdən sonra iki həftə ərzində oxuduqlarının yekunlaşdırılmasına 1 saat vaxt ayrılır.Sinif oxusu ilə sıx bağlı olan,sinifdə keçilən Mövzulara tabe edilən belə məcburiyyət oxudan əlavə şagirdlərin müstəqil mütaliəsi də təşkil edilir.Müstəqil mütaliə özbaşına,kortəbii mütaliə kimi başa düşülməməlidir.Sinifdə xaric oxunun bu növü müəllim, kitabxanaçı,valideyn və başqa yaşlının məsləhəti və köməyi ilə getməlidir. Müəllim hər bir şagirdin mütaliə marağının dairəsini, oxu texnikasına yiyələnmək səviyyəsini,ümumi inkişafını nəzərə alaraq müvafiq əsərin oxunmasını tövsiyyə etməlidir.Bu zaman şagirdin bir tərəfli marağına qarşı müxtəlif xarakterli bədii hekayələr oxuması,yaxud sonluğu dəhşətli hadisələrlə bitən qorxulu nağıllar oxumağa adət etmiş uşağın yüngül xarakterli əsərlər,komik səhnələr oxuması onun həyatındakı boşluğu doldura bilər.

Müəllim çalışmalıdır ki,şagird yalnız bədii əsərlər deyil, elmi kütləvi əsərlər oxumağa vərdiş etsin.Bunun yerinə yetirilməsinə məktəb kitabxanaçısı da cəlb cəlb edilməlidir.Kitabxanada kartotekadan əlavə şəkilli siyahı,yeni kitablar lövhəsi də olmalıdır .Şəkilli siyahıda hər bir kitab haqqında qısa annotasiya verilməlidir.Kitabxanada ədəbi səhnəciklərin,kitab sərgilərinin, viktarinaların, görüşlərin təşkili çox vacibdir.Bütün bunların köməyi ilə şagirdkitabın yalnız şəkillərinə baxmaq,yaxud yoldaşınıyamsılamaq məqsədi ilə deyil ,şüurlu seçir.Kitabın seçilməsində müəllim,həmçinin kitabxanaçı istiqamət verə bilər.Kiçik yaşlı məktəbli bir müddət kitab oxumağı bacarmır,kitabın şəkillərinə baxmaq, onu vərəqləməklə kifayətlənir.Ən yaxşı halda kitabın maraqlı yerlərini oxuyur,məzmunu ilə tanış olduqdan sonra kitabxanaya qaytarır.Şagird müstəqil seçdiyi kitabı qaytararkən kitabxanaçı dialoq şəraitində uşağın onu oxuyub oxumadığını,məzmununu necə başa düşdüyünü nə kimi tərbiyəvi nəticə çıxardığını müəyyən edə bilər.

Sinifdənxaric oxunun III forması onun evdə təşkilidir.Müəllim hər bir şagirdin evdə kitabxanasının təşkilinə nail olmalıdır.Ev kitabxanasının yaradılması və uşağın müstəqil mütaliəsinin təşkili, onun yaşının müvafiq kitabın seçilməsi ilə əlaqədar müəllim valideynlərə məsləhət verməlidir.Uşağın ad günündə, bayramlarda valideynlərin, qohumların, uşağa maraqlı kitab hədiyyə vermələri bir adət şəklini almalıdır. Valideynlərin kitabı düzgün seçmələri, kitabın oxunub oxumadığını müəyyənləşdirməli,müzakirə keçirmələri,uşağın nələri öyrəndiklərini aşkara çıxarıb düzgün məsləhət vermələri üçün ilk növbədə onların uşaq ədəbiyyatına bələd olmaları zəruridir.Sinifdənxaric oxu dərsləri təşkil edilərkən müəllim şagirdlərinin ümumi hazırlığını,sinifdənxaric oxu vərdişlərinə yiyələnmək səviyyələrini məktəb və uşaq kitabxanaları ilə necə əlaqə saxlamalarını,evdə kitabxanaların olub-olmamasını,valideynlərin mədəni səviyyələrini öyrənməlidir.

Azkomplektli məktəb şəraitində sinifdənxaric oxu dərsləri təsviri incəsənət,əmək təlimi məşğələləri ilə birləşdirməlidir. Belə dərslərdə 2-3 sinfi birləşdirmək məsləhət görülmür.Bəzi hallarda,xüsusilə I sinifdə sinifdənxaric oxu məşğələləri dərsdənkənar vaxtda keçirmək olar. Azkomplektli məktəb şəraitində əsər həm I ,həm də III ,yaxud, həm II, həm də IV sinif şagirdlərinin maraq ndairəsinə uyğun gəlsə də, anlama və mühakimə yürütmə səviyyələri müxtəlif olduğundan dərs gözlənilən nəticəni vermir. Sinifdənxaric oxunun təşkilində müəyyən sistemin gözlənilməsi vacibdir.Sinifdənxaric oxu üçün I mərhələ – hazırlıq mərhələsi adlanır. I sinifdə savad təlimi dövründə sinifdənxaric oxu müstəqil deyil, müəllim tərəfindən aparılır. Müəllim şagirdləri maraqlı, rəngli şəkilləri olan uşaq kitabları ilə tanış edir, onlara şeir, hekayə və nağıllar oxuyur, oxunmuş parçalar üzrə söhbətlər təşkil edir.

Sinifdənxaric oxunun başlanğıc mərhələsində şagirdlərə bəzi gigiyenik qaydalar da öyrədilməlidir. 1. «Uzanıb oxumaq gözə ziyandır. 2. Kitabı vərəqləyəndə barmağın dilinə vurma. 3. Oxuyarkən düz əyləş, kitabın üzərinə əyilmə. 4. Oxuyarkən elə əyləş ki, işıq sol tərəfdən düşsün. 5. Gözlərin yorulanda oxuma. 6. Yaxşı işıqlandırılmış otaqda oxu. 7. Yorğunluq hiss etdikdə oxumağı saxla. 8. Yeyə-yeyə oxuma. 9. Yeyəndən azı yarım saat sonra oxu. Minikdə, gəzə-gəzə oxuma» və s.

Sinifdənxaric oxu üçün əsas mərhələ II sinifdən başlayır, III-IV siniflərdən tutmuş, təlim illərinin sonunadək davam etdirilir.

II sinifdə sinifdənxaric oxu məşğələlərinə onu dərslərinin hesabına həftədə bir saat ayrılır. Bu prosesdə şagirdlər müstəqil mutaliə-oxu üzrə müəyyən vərdişlərə sahib olurlar.

III-IV siniflərdə sinifdənxaric oxuya iki həftədə bir saat verilməsi nəzərdə tutulur.

Həmin dövr ərzində məkəblilər tədricən oxunun ən mühüm keyfiyyətlərinə yiyələnir, nisbətən iri həcmli (3-4 səhifəlik) mətnləri oxuyub məzmununu yadda saxlamağı, müfəssəl, seçmə və yığcam danışmağı, təhlil etməyi, hadisələri və qəhrəmanları qiymətləndirməyi bacarırlar. Şagirdlər sadə ədəbi janrlar – hekayə, şeir, nağıl, dastan, təmsil, hətta rəvayət və əfsanə, həmçinin kiçikhəcmli folklor nümunələri üzərində müsahibə aparır, onları fərqləndirirlər. Şagirdlərin məntiqi təfəkkür və təxəyyülü xeyli inkişaf etdiyindən onlara elmi-idrakı (kütləvi) mətnlər təqdim etmək, xüsusilə, vətənimizin tarixinə dair həqiqətləri öyrətmək mümkün olur.

Məktəblilər kitabın idrak əhəmiyyətini dərk etdikcə, onlarda kitaba maraq güclənir, müstəqil oxuya meyl artır. Ən əsası isə onların bilik dairəsi savadlarının səviyyəsi yüksəlir, luğət ehtiyatları zənginləşir.

III-IV siniflərdə sinif oxusu ilə sıx bağlı olan, sinifdə keçilən mövzulara tabe edilən belə məcburi oxudan əlavə şagirdlərin müstəqil mütaliəsinin də təşkili zəruri hesab olunur.

Bununla yanaşı, sinifdənxaric oxu ilə sinif oxusunun qarşılıqlı əlaqədə təşkili işə çox fayda verir. Həmin əlaqəni müxtəlif yollarla həyata keçirmək mümkündür.

«1. Sinif oxusu zamanı öyrənilən, müzakirə edilən mövzu, mənəvi problemlə səsləşən əsərlərin «Ana sözü» dərs vəsaitindən seçilib sinifdənxaric oxu dərslərində müzakirə edilməsi.

2. Eyni janrda yazılmış əsərlərin oxusu ilə sinifdənxaric oxusunun əlaqəli təşkili və müzakirəsi.

3. Eyni müəllifin əsərlərinin həm sinif oxusu, həm də sinifdənxaric oxu üzrə dərslərdə müzakirə edilməsi».

Nümunə üçün IV sinif üzrə «Oxu» və «Ana sözü» kitablarında «Azərbaycan – yurdum mənim» başlığı ilə verilmiş bölməsinin əlaqəli təşkilinə diqqət yetirək.

«Oxu» dərsliyində bu bölməyə Ə.Cavadın «Can, Azərbaycan!», Gəray Fəzlinin «Azərbaycan», «Kənarı güllü Araz» və s. əsərləri daxil edilmişdir.

«Ana sözü» vəsaitində isə həmin bölməyə B.Vahabzadənin «Azərbaycan», «Azərbaycan oğluyam», «Ana dili», N.Xəzrinin «Ey qəhrəman Azərbaycan», «Şuşanın yolları», S.Rüstəmin «Azərbaycanım», R.Zəkanın «Gözəl vətən», C.Novruzun «Vətənimdir» və s. əsərlərin oxusu msləhət bilinmişdir.

Bu əsərlərin tədrisi şagirdlərdə doğma dilə, xalqa, vətənə, əmək adamlarına məhəbbət hissi tərbiyə edir.

Müəllimin həmin mövzulara aid ümumiləşdirici sualları şagirdləri düşündürür, dərk olunmanı asanlaşdırır:

- Ocağı, eli, obanı, vətəni sevmək nə üçün hər bir Azərbaycanlının borcudur?

- Hansı əsərdən bildik ki, Azərbaycan çox qədim ölkə, xalqımız qədim xalqdır?

- Nə üçün Azərbaycanı sevməmək olmaz?

- Türk dilli ölkələrin adlarını sayın.

- Araz çayı mənbəyini haradan götürür?

- Araz boyu hansı abidələr var?

- «Vətən» doğma anamsan.

Anamın saf südüsən

Anamın süd nəğməsi,

Oxşaması, ninnisi,

Laylası, öyüdüsən» misalların Eldar Baxışın hansı şeirində oxudunuz? Və s.

III. Sinfdən xaric oxu üzrə işdə bədii ədəbiyyatın əhəmiyyəti

Tükənməz bilik mənbəyi olan kitab üzərində işləmək şagirdlərin lüğətini zənginləşdirir, söz mədəniyyətinin inkişafını təmin edir, əsərin ideya məzmununun mənimsənilməsinə kömək göstərir.

Uzun illər idi ki, respublikamızda ibtidai sinif şagirdləri sinifdənxaric oxu üçün öz yaş səviyyəsinə, maraq dairəsinə uyğun kitablar, bədii əsərlər tapmaq da çətinlik çəkirdilər. Xüsusən ölkəmizdə latın qrafikalı əlifba ilə çap olunmuş uşaq ədəbiyyatının azlığı, sinifdənxaric oxu dərsləri üçün nəzərdə tutulmuş vəsaitin olmaması istər müəllimlər, istərsə də şagirdlər üçün dərs prosesində ciddi problemlər yaradırdı. Problemin həlli üçün yollar axtarıldı.

Dahi rəhbər H.Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyul 2001-ci il tarixli fərmanında latın qrafikası ilə elmi və bədii əsərinin, lüğət və dərsliklərin, sinifdənxaric oxu üzrə tədris vəsaitlərinin, didaktik materialların çap olunması zərurəti xüsusi qeyd olundu və bu sahədə konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qarşıya qoyuldu.

2002-ci il ibtidai təhsilin bütün pillələri üçün «Ana sözü» dərs vəsaitlərinin nəşri ilə həmin məsələ öz uğurlu həllini tapdı. Bu dərs vəsaitləri B.A.Həsənli və Ə.Q.Quliyev tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 20 avqust 2002-ci il tarixli sərəncamı ilə bütün şəhər, rayon şöbələrinə ibtidai siniflərdə sinifdənxaric oxu dərslərində «Ana sözü» dərs vəsaitindən istifadə olunması barədə göstəriş vermişdir.

Böyük elm, maarif fədaisi Firudin bəy Köçərlinin xatirəsinə ehtiram əlaməti olaraq bütün «Anasözü» dərs vəsaitlərinin üz qabığında onun uşaqlarla birlikdə şəkli verilmişdir.

Sinifdənxaric oxu üçün dərs kitablarının olması ilə yanaşı, onun tədrisinə kömək edən metodik vəsaitlərində çox olması işin xeyrinədir.

Ümumiyyətlə, təhsil və tərbiyə işində sinifdənxaric oxunun çox mühüm əhəmiyyəti vardır. Görkəmli şəxsiyyətlər belə ən böyük təhsili oxuda – mütaliə də görmüşlər. Mütaliə insanda yüksək əxlaqi keyfiyyətlər tərbiyə edir, məlumatınıvədünyagörüşünügücləndirir.



Uşağın ibtidai siniflərdə mütaliəsi onun həyatında böyük rol oynayır, sonrakı inkişafına təsir göstərir, onda mənəvi keyfiyyət, nəcib xüsusiyyətlər tərbiyə edir, müəyyən davranış normları yaradır. O, öz istirahətini mədəni şəkildə qura bilir.

Sinifdənxaric oxu üçün matrealın seçilməsi. Sinifdənxaric oxu üçün matrealın seçərkən və onunla işi təşkil edərkən aşağıdakı şərtlərə əməl olunmalıdır.

  • Sinifdənxaric oxu məşğələlərində,əsasən, bədii əsərlərə üstünlük verilməlidir.

  • Kiçikyaşlı məktəblilərə təqdim olunan hər bir əsər onların əqlinə və hisslərinə təsir göstərməlidir.Əsl vətəndaş tərbiyə etmək üçün həm ciddi,həm komik,həm şən ,həm qəmgin mətinlər seçilməlidir.

  • Əsər seçərkən müxtəlif janrlar həm nağıl,həm hekayə ,həm təmsil,həm də seirlərin şeirlərin təqdim olunması nəzərdə tutulur.

  • Həm Azərbaycan,həm də xarici xalqlar ədəbiyyatını əhatə etməlidir.

  • Sinifdənxaric oxu üçün nəzərdə tutulmuş mətnin həcmi böyük olmamalıdır.I sinifdə 120-150 sözdən ibarət mətnlə başlanan bu iş IV sinifdə 150 səhifəyədək mətnin oxusu ilə başa çatır.

  • Ədəbi parçalar şagirdlərin marağını,bilik səviyyəsinə ətraf aləmlə tanışlığa uyğun olmalıdır.

  • Sinifdənxaric oxu məşğələləri mövzuya ,matrealın xarakterinə(bədii,elmi-kütləvi) görə rəngarəng olmalıdır.

  • Seçilmiş əsər dilinə,quruluşuna və bədii tərtibatına görə şagirdlərin hazırlığına uyğun olmalıdır.

  • Sinifdənxaric oxu üzrə tədbirlər (dərslər, səhnəciklər, görüşlər, viktorinalar müsabiqələr,sərgilər) növbələşdirilməlidirlər.

  • Hər bir dərs,məşğələ pillə-pillə şagirdləri müstəqil mütaliəyə doğru aparmalıdır.

  • Bu sahədə seçilən şagirdlər rəğbətləndirilməlidirlər.

II sinifdən başlayaraq sinifdənxaric oxunun hesabını aparmaq lazımdır.Hesabaalma xüsusi dəftərdə aparılmalıdır.Dəftərdə ayın tarixi,əsərin adı,müəllifi,əsas surətlərin adları,əsərdə nədən bəhs olunması,ən çox xoşladıqları parça (sitat) qeyd edilir.Belə hesablama şagirdlərin oxuduqlarını qaydaya salır,fikirlərini yazılı şəkildə ifadə etmək imkanı verir.Müstəqil mütaliə ilə əlaqədar ola bilər ki,şagirdlər oxuduqları əsər haqqında qeydi sinifdən asılmış cədvəldəki özlərinə məxsus cibciyə qoysunlar.Bir növ oyun şəklində aparılan bu iş onlar maraqlandırır və hər kəs yoldaşlarından daha çox oxumağa çalışır.IV sinifşagirdlərə oxuduqları əsərə qısa rəy yazmağı öyrətmək lazımdır.

Kitabla ünsiyyət mədəniyyəti .Kiçikyaşlı məktəblilərə kitabla rəftar etmə qaydaları da öyrədilməlidir.Yaxşı olar ki,müəllim onlara belə bir yaddaş versin:

  • Kitabı hara gəldi atma,cırma

  • Kitabı qatlama

  • Kitabın içinənə qələm,dəftər vəbaşqa əşyalar qoyma

  • Kitabın səhifələrni qatlama,əlfəcidən istifadə et

  • Kitabın səhifələrində qeydlər aparma

  • Kitabı çirklənmədən qoru,oxumğa başlamadan əvvəl əllərini yu

  • Yemək stolunun üstünə kitab qoyma

  • Oxuyub qurtardıqdan sonra kitabı yerinə qoy

  • Uzanıb oxumaq gözə zərərdir

  • Kitabı vərəqləyəndə barmağını dodağına vurma

  • Oxuyarkən düz əyləş,kitabın üstünə əyilmə

  • Yaxşı işıqlandırılmış otaqda oxu

  • Oxuyarkən elə əyləş ki, işıqsol tərəfdən düşsün

  • Gözlərinyorulanda oxuma

  • Şriftləri çox xırda olan kitabları oxuma

  • Gəzə-gəzə və yeyə-yeyə oxuma

  • Yeyəndən azı yarım saat sonar oxu

  • Kitabı qızmar Günəş altında,rütubətli yerdə saxlama

Bu qaydaların gözlənilməsi şagirdlərin sağlamlığını mühafizə etməkləyanaşı onların əqli fəaliyyətinə məhsuldar olmasına kömək göstərir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin