Mövzu 10
MORFOLOGİYANIN TƏDRİSİ İSMİN, SİFƏTİN, SAYIN, ƏVƏZLİYİN, FEİLİN, ZƏRFİN TƏDRİSİ METODİKASI. MORFOLOJİ TƏHLİLİN APARILMA QAYDASI
Plan
1. Morfologiyanın tədrisi haqqında ümumi məlumat
2. İsmin tədrisi metodikası
3. Sifətin tədrisi metodikası
4. Felin tədrisi mteodikası.
5.Əvəzliyin tədrisi metodikası
6.Morfoloji təhlilin aparılma qaydası
ƏDƏBİYYAT
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
Morfologiyanın tədrisi haqqında ümumi məlumat.
Qrammatikanın əsas şöbələrindən biri olan morfologiya sözün qrammatik mənalarını öyrənir, söz və onun formalarını tədqiq edir.
Morfologiya təliminin iki bölməsi vardır:
Sözün quruluşu və söz yaradıcılığının formaları haqqında təlim.
Nitq hissələri haqqında təlim.
Morfologiyadan ibtidai kurs şagirdlərdə dilin əsas elementlərinə – sözün quruluş və formalarına şüurlu münasibətin yaranmasına aid anlayışların verilməsini nəzərdə tutur. Burada kök və şəkilçi, şəkilçilərin növləri, nitq hissələri, sualları, qrammatik əlamətləri və s. əhatə olunur.
İbtidai siniflərdə «Nitq hissələri» anlayışı bir neçə il ərzində tədricən mənimsədilir. II sinifdən başlanan sadə təlim III-IV siniflərdə genişləndirilir və elmi məlumat verilir. Şagirdlərə «Nitq hissələri», «İsim», «Sifət», «Say», «Əvəzlik»,«Fel» haqqında anlayışlar aşılanır. Deməli, şagirdlər IV sinfi bitirəndə nitq hissələrinin əsas əlamətlərini öyrənir, əşya, əlamət və keyfiyyət, hərəkət anlayışlarını aydın dərk edirlər.
Ümumiyyətlə, morfologiyanın tədrisi şagirdlərin orfoqrafik savadlılığını inkişaf etdirir, nitq mədəniyyətinin yüksəlməsində böyük rol oynayır. Təfəkkürün inkişafına da xidmət edir.
QEYD: Morfologiya yunanca morfos (forma) və loqos (söz) sözlərinin birləşməsindən əmələ gəlib. Loqos sözünə bir çox elm adlarında rast gəlmək olar: filologiya, arxeologiya, leksikologiya və s. Ona görə də bu sözü «elm sahəsi» kimi də başa düşmək olar. Dilimizdəki hər bir söz müəyyən nitq hissəsinə aiddir.
Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edilir. Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə köklü dəyişikliklər, islahatlar gedir. Azərbaycanda təhsil islahatının əsas prinsipləri demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırmadır. Bunlar şagirdin, hər şeydən əvvəl bir şəxsiyyət kimi formalaşması və hərtərəfli inkişafının həllinə yönəlmişdir. Qeyd olunanların səmərəli həlli üçün təlim prosesinə daim diqqətlə yanaşmaq,qabaqcıl dövlətlərin təcrübəsindən istifadə etmək çox faydalı olardı. Ənənəvi təlim metodları ilə yanaşı, yeni metodlardan isifadə şagirdlərin dərsdə passivliyinin qarşısını alır, şüurlu mənimsəməyə şərait yaradır. Nəticədə, təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və hadisələrə tənqidi yanaşmağı, müstəqil bilik almağı, fərdi inkişaf etmək bacarığı tərbiyə edir.Son dövrdə Azərbaycanın orta məktəblərində Avropanın inkişaf etmiş bir sıra dövlətlərin təhsil sistemində istifadə olunan interaktiv təlim metodları tətbiq edilir.Bu da öz effektini verir . Bu təlim metodlarından orta məktəbin həm yuxarı , həm də ibtidai siniflərində istifadə edilə bilər .Biz həmin metodların hamısı haqqında deyil, yalnız ibtidai sinifdə nitq hissələrinin tədrisi prosesində istifadə edilməsi mümkün olanlar haqqında danışacağıq.Belələrindən klasteri (şaxələndirmə), dəyirmi masa, Venn diaqramını, iki hissəli gundəlik strategiyasını və s. göstərmək olar. Orta məktəbdə ana dilinin tədrisinin bir sıra məqsəd və vəzifələri var. Ana dilimiz olan Azərbaycan dili yaşadığımız müstəqil Azərbaycan respublikasının dövlət dilidir. Bu dili hər bir azərbaycanlı yaxşı öyrənməli və sevməlidir. Bununla yanaşı, digər fənləri, elmləri öyrənmək üçün də Azərbaycan dili bir açar rolunu oynayır. Ana dilini yaxşı bilmədən tədrisi bu dildə aparılan bütün digər fənləri mənimsəmək qeyri-mümkündür. Deməli, Azərbaycan dilinin yaxşı öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Orta məktəbdə Azərbaycan dilinin tədrisinin iki başlıca 2 təlim məqsədi var. 1. Şagirdlərdə düzgün yazı savadı aşılamaq; 2. Şagirdlərdə gözəl nitq qabiliyyəti formalaşdırmaq . Bütün bunları həyata keçirmək üçün Azərbaycan dilinin tədrisinə bəsit şəkildə olsa da, ibtidai siniflərdən başlanılır.İbtidai siniflərdə dilin öyrədilməsində nitq hissələri haqqında anlayışların formalaşdırılmasının da böyük əhəmiyyəti vardır. Ibtidai siniflərdə nitq hissələrinin tədrisi ardıcıl şəkildə aparılmalı, istər ana dili, istərsə də oxu dərslərində yeri gəldikcə təkrarlanmalı, əlaqələndirilməlidir. Nitq hissələrinin tədrisi sadədən mürəkkəbə doğru aparılır. Əvvəlcə nitq hissələri haqqına anlayışlar verilməli, növbəti siniflərdə isə proqramda nəzərdə tutulan ayrı-ayrı məlumatlar rabitəli şəkildə öyrədilməlidir. Nitq hisələrinin öyrədilməsi zamanı ənənəvi yollarla yanaşı, interaktiv təlim metodlarından istifadə əverişlidir. Nitq hissələri haqqında yeni məlumatlar verilərkən ənənəvi yollardan istifadə etmək daha məqsədəuyğundur. Bu zamn müəllimin izahı, problem situasiya üsullarından istifadə edə bilər. Şagirdlərin nitq hissələrinin yaxşı mənimsəmələri məqsədi ilə sorğular aparmaq, müqayisə üsulundan istifadə etmək olar. Məsələn, ismin tədrisi başa çatdıqdan sonra şagirdlərin həmin nitq hissəsi ilə bağlı aldıqları bilikləri möhkəmləndirmək məqsədi ilə müəyyən praktik çalışmalar tərtib edilə bilər. Bu zaman şagirdlərin cavabları sinifdə müzakirə edilib, səhvlər şagirdlər tərəfindən düzəldilərsə, bu, daha effektli olar. Artıq ikinci bir nitq hissəsi öyrənildikdən sonra isə müəllim həmin nitq hissəsini əvvəl keçdiyi ilə müqayisə edərək oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyi tapşıra bilər. Bunun üçün müvafiq yeni təlim metodlarından istifadə etmək səmərəli nəticə verər. Bu isə şagirdlərin fəallığını təmin etməklə yanaşı, onların məntiqi təfəkkürünü inkişaf etdirir. Digər tərəfdən isə mövzu şagirdlər tərəfindən daha yaxşı mənimsənilir. Hər bir nitq hissəsinin tədrisi başa çatdıqda bu üsuldan istifadə etmək olar. Klaster (şaxələndirmə)metodu .Klaster hər hansı bir mövzu və ya firkin mümkün qədər açilmasına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə 3 yönətlmə, həm də düşünmə mərhələsində istifadə etmək olar. Şaxələndirmə metodunu keçirmək üçün iri ağ kağız götürülür. Kağızın mərkəzində hər hansı termin, söz, cümlə və s.yazılır . Klaster metodundan IV sinifdə nitq hissələrinin tədrisinin yekunlaşdırılması mərhələsində (eləcə də ayri-ayrı nitq hissələri haqqında aldıqları bilikləri möhkəmləndirmək məqsədilə) istifadə etmək olar. Məsələn, müəllim şagirdlərin nitq hissələri haqqında aldıqları bilikləri möhkəmləndirmək məqsədilə qruplara verilmiş kağızın ortasına “nitq hissələri “sözlərini yazır . Qrup şagirdləri onlara verilmiş tapşırığı bildikləri kimi klasterləşdirirlər, sonda müəllim kağızları lövhədən asır və ümumiləşdirir. Nəticədə aşağıdakı formada bir sxem alınır: Dəyirmi masa metodu. Bu zaman da sinif qruplara bölünür. Hər qrupa bir vatman kağızı və qrupun şagirdlərinin sayı qədər rəngli marker verilir. Hər şagird ona verilən rəngli marker ilə yazmalıdır. Yazılı Dəyirmi masa elə metoddur ki, bu zaman tapşırıq yazılmış vərəq qrupun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim şəxs əvəzlikləri nitq hissələri isim nə? hara? kim? sifət necə? nə cür? hansı? əvəzlik fel məsdər şəxsə görə dəyişmə zamanları gələcək zaman keçmiş zaman indiki zaman 4 mövzuya aid hər hansı bir fikri yazır, sonra vərəq qrupa verilir.Qrup şagirdlərinin hər biri mövzu ilə bağlı öz mülahizələrini vərəqə əlavə edir. Məsələn, müəllim kağızın üzərində bir söz yazır: “Oxuyacağam”- şagirdlərdən biri yazır: feldir, o biri yazır: gələcək zamandır, başqası yazır: I şəxsin təkindədir və s. “Dəyirmi masa” metodunda bütün nitq hissələrinin öyrədilməsi zamanı istifadə etmək olar. Konseptsual cədvəl. Bu üsuldan nitq hissələrinin öyrədilib başa çatdıqdan sonra tətbiq edilməsi məsləhətdir. Çünki bu üsulun tətbiqi zamanı 3 və dah çox obyektin müqayisəsi nəzərdə tutulur. Nitq hisələrinin tədrisi zamanı aşağıdakı formada cədvəl qurmaq olar: Qrammatik mənası Hansı suallara cavab olur. Qəbul etdiyi şəkilçilər Isim, əşyanın əlamətini bildirir. Kim? nə? hara? Hal şəkilçiləri sifət əşyanın adını bildirir Necə? nə cür? hansı? ------ Əvəzlik Isim, sifətin yerində işlənir. əvəz etdiyi nitq hissələrinin sualları Hal şəkilçiləri fel əşyanın hərəkətini bildirir. nə edir? nə etmiş? nə edəcək? Zaman, şəxs şəkil- çiləri Venn diaqramı kəsişən iki və daha artıq çevrə üzərində qurulur.Çevrənin üst –üstə düşdüyü hissədə kifayət qədər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin ümumi cəhətləri qeyd olunmalıdır. Venn diaqramı vasitəsilə oxşar və fərqli cəhətləri vermək olar.Məsələn, müxtəlif 2 və daha çox nitq hissəsi müqayisə obyekti kimi götürülə bilər.Tutaq ki, isim və fel müqayisə olunur: 5 isim fel Müqayisə üçün dörd nitq hissəsi də götürülə bilər. Bu zaman cevrələrin kəsiyini artırmaq lazım gələcək.Məsələn, isim sifət əvəzlik fel Bu üsullar şagirdlərdə düşünmə, analizetmə bacarığı aşılayır, dərsdə şagird fəallığını təmin edir. Beləliklə, müəllim yaradıcı olmalı, şagirdlərin dilimizi yaxşı öyrənmələri üçün birinci növbədə sevdirməli, ana dilimizin gözəlliyini, ahəndarlığını yeri gəldikcə xatırlatmalıdır. Bildirməlidir ki, doğma dilimiz olan Azərbaycan dili bu gün təkcə respublikamızda deyil, dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənimizin ünsiyyət vasitəsidir, eyni zamanda, dünyanın inkişaf etmiş dillərindən biridir. Ona görə də Azərbaycan dilini hər bir azərbaycanlı sevməli, qorumalı və öyrənməlidir. Çünki vətəni sevmək, eyni zamanda, ana dilimizi sevmək deməkdir. Bunun üçün isə hələ ibtidai sinifdən ana dili dərslərinin yaxşı təşkil edilməsi, verilən bilik, bacarıq, vərdişlərinin şagirdlər tərəfindən yaxşı mənimsənilməsinə nail olmaq lazımdır. Bu, dilimizin müxtəlif hissələrinin tədrisində də nəzər alınmalı, Fərqli. Əşyanın adını bildirir.kim?nə? hara sualına cavab verir, hallanır. I Fərqli. Əşyanın hərəkətini bildirir,nə edir?nə etmiş? nə edəcək? sualına cavab verirşəxsə zamana görə dəyişir, məsdər forması var. Oxşar, Hər ikisi nitq hissəsidir. Hər ikisinin qram matik mənası var 6 ənənəvi təlim metodları və yeni interaktiv üsullardan kombinə olunmuş şəkildə istifadə edilməlidir..
2.İsmin tədrisi metodikası
Nitq hissələri anlayışı ibtidai siniflrədə bir neçə il ərzində öyrədilir. Buna da iri ilkin texnika və tərifsiz məlumat savad təlimi dövründə aşılanır.
İsim bəhsi üzrə şagirdlərə I-II siniflərdə sadə anlayışlar öyrədilir, kim? nə? hara? Suallarına cavab olan sözləri çalımalarda işlədirlər.
Şagirdlər ilk dəfə III sinifdə xüsusi isimlərə aid anlayışalırlar. Bu prosesdə ölkə, şəhər, kənd, dağ, çay, göl, heyvanlara verilən adların da xüsusi isim olduğunu və böyük hərflə yazıldığı haqda da məlumat verilir.
IV sinifdə bu məlumatlar genişləndirilir. İsimlərin ümumi və xüsusi olması, xüsusi isimlərin ilk hərfinin böyük yazılması çalışmalar üzərində işlə möhkəmləndirilir, sonra «İsmin hallanması» mövzusu tədris olunur. Burada ismin altı halı olduğu və hal şəkilçiləri öyrədilir. İsimlərin hallanarkən orfoqrafiyaları haqqında da məlumat verilir. Bu sinifdə tək və cəm isimlərin hallanmasına aid elmi məlumatda şagirdlərə çatdırılır: «Tək isimlər hallanarkən hal şəkilçiləri söz köklərinə artırılır: vətən, vətənin, vətənə…; cəm isimlər hallanarkən hal şəkilçiləri cəm şəkilçilərindən sonra yazılır: telefonlar, telefonların, telefonlara və s.»
Sonu q və k samiti ilə bitən isimlərin hallanarkən q-ğ-ya (Yiy, Yön., Təs. hallarda), k-nın isə y- ya keçməsidə çoxlu yazılı çalışmalar üzərində işlə öyrədilir.
İsmin tədrisi prosesində görülən işlər şagirdləri sistematik kursda ismə dair proqram materialını mənimsəməyə hazırlayır.
3. Sifətin tədrisi metodikası
II sinifdə sifət terminini «əşyanın necəliyini bildirən sözlər» kimi əvəz edir. Mövzuya dair ilkin işlər əşyanın əlamət, xassə və keyfiyyəti üzərində müşahidə əsasında gedir və mənimsənilən məlumatlar çalışmalarla möhkəmləndirilir. Müxtəlif tipli çalışmalar şagirdləri yaradıcı işə qoşur, onların düşünmə və nəticə çıxarma
qabiliyyəti inkişaf edir. Beləliklə, onlara qrammatik və orfoqrafik anlayışlar aşılamaqla yanaşı, məntiqi təfəkkürlərinində inkişafına zəmin yaranır.
III-IV siniflrə də sifətin əlamət və keyfiyyət bildirən sözlər olduğu göstərilir:
«Varlığın əlamətini və keyfiyyətini bildirən sözə sifət deyilir. Sifət necə?, nə cür?, hansı? Suallarından birinə cavab verir» (III sinif, Azərbaycan dili, Bakı – 2010, səh. 126).
Dərslikdə əlamət və keyfiyyət sözlərinə də aydınlıq gətirilir:
«Əlamət dedikdə gözlə görünən, yəni zahiri xüsusiyyətləri nəzərdə tutulur. Varlığın gözlə görünməyən daxili xüsusiyyətləri isə keyfiyyət adlanır. Məsələn,
Rəng – yaşıl (paltar)
Əlamət forma – böyük (bina)
Ölçü - dairəvi (hovuz)
Dad – acı, şirin, turş
Keyfiyyət mənəvicəhətlər - utancaq qız
İnadkar uşaq və s.
Sifətin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb
Sadə - uzun, ağ, turş və s.
Düzəltmə sifətlər – isim və fellərə sözdüzəldici şəkilçi artırmaqla (isim) + lı – maraqlı
Qorx (fel) + unc – qorxunc
Mürəkkəb sifətlər iki sözün birləşməsindən yaranır. Məsələn, enli+kürək = enlikürək (oğlan), dağ + üstü = dağüstü (park)
Çalışmalar vasitəsilə şagirdlər sifətin mənası, ismə aid olması, sualı ilə tanış olur, bir nitq hissəsi kimi onun haqqında bilik qazanırlar. Bu prosesdə sinonim, antonim sifətlər üzərində şagirdlərdə işlədilməsi də biliyin şüurlu mənimsənilməsinə kömək edir.
II. 1. Feilin tədrisi metodikası
Feilə aid anlayışlar II sinifdə praktik çalışmalar əsasında qurulur. III sinifdə şagirdlər zaman anlayışı, zamanların adları, hər bir zamana aid suallar və qrammatik əlamətlər – şəkilçilərlə tanış olurlar. Bu mövzu II sinifdə piləlilik prinsipinə əsasən öyrədilir. Bu sinifdə feilin şühudi, keçmiş zaman, qəti gələcək zamanları öyrədilir. II pilə isə IV sinfə saxlanılır.
IV sinifdə şagirdlər məsdərlə, onun –maq, -mək şəkilçisi ilə düzəldiyi, isim kimi hallandığı, hallanarkən yiyəlik, yönlük və təsirlik hallarda q-nın ğ-ya, k-nın
y-ya keçməsi öyrədilir.
IV sinifdə şagirdlərə düzəltmə fellər tədris olunur. Burada – la4, -lan2, laş2 sözdüzəldici şəkilçilərlə düzələn feillər üzərində iş aparılır. Mürəkkəb feillərin tədrisi şagirdlərin lüğətini artırır.
«Feilin zamanları» mövzusunun tədrisində şagirdlər felin zamanları, onun sualları və şəkilçiləri ilə tanış olurlar. Bununla yanaşı, bütün zamanların şəxsə və kəmiyyətə görə dəyişməsi haqqında məlumatda alırlar.
IV sinifdə şagirdlər feilin keçmiş və gələcək zamanının iki forması ilə də tanış olurlar. Burada şagirdlərə öyrədilir ki, şəxs şəkilçiləri zaman şəkilçilərindən sonra gəlir və ahəngə uyğun yazılır:
bil-di-m, bil-di-k, bil-miş-əm, bil-miş-ik
bil-di-n, bil-di-niz, bil-miş-əm, bil-miş-siniz
bil –di, bil-di-lər, bil-miş, bil-miş-lər
dəl-ər-əm, gəl-ər-ik, gəl-əcəy-əm, gəl-əcəy-ik
gəl-ər-sən, gəl-ər-siniz, gəd-əcək-sən, gəl-əcək-siniz
gəl-ər, gəl-ər-lər, gəl-əcək, gəl-əcək-lər
2.Əvəzliyin tədrisi metodikası
III sinif şagirdləri əvəzliklə nitq hissələrini əvəz edən söz kimi tanış olurlar: «Nitq hissələrinin yerində işlənə bilən sözlərə əvəzlik deyilir» (Azərbaycan dili, III sinif üçün dərslik, Bakı – 2010, səh. 153).
III sinifdə uşaqlar «Şəxs, işarə və sual əvəzlikləri» haqqında məlumat alır, onların xüsusiyyətlərinə dair sadə anlayışlar qazanırlar.
IV sinifdə onlar əvəzliyin isim, sifət və sayları əvəz edə bilməsinə aid çalışmalar üzərində işləyir, mən- biz, sən – siz, o – onlar əvəzliklərinin mənası üzərində aydın məlumat qazanırlar.
Şagirdlər bu əvəzliklərin kim? Sualına cavab verdiyini və şəxs əvəzliyi adlandığınıda öyrənirlər. Bu mövzunun tədrisində şagirdlərə öyrədilir ki, şəxs əvəzlikləri tək və cəm olur.
Sonra şəxs əvəzliklərinin hallanmasına aid məlumat verilir: şəxs əvəzlikləri isim kimi hallanır: mən, mənim, mənə, məni, məndə, məndən və s.
IV sinifdə şagirdlər işarə əvəzlikləri ilə tanış olur, öyrənirlər ki, «O, bu» həm şəxs, həm də işarə əvəzliyi kimi işlənir. «o, bu» şəxs əvəzliyi kimi işləndikdə cümlədə mübtəda olur, özündən sonra vergül tələb edir, kim?, nə? Suallarından birinə cavab olur: məs,
O, Azərbaycanın fəxridir.
Bu, dahi şair Nizami Gəncəvinin məqbərəsidir.
«o, bu» əvəzliyi cümlədə təyin vəzifəsində işləndikdə özündən sonra vergül tələb etmir və hansı sualına cavab verir. Məs, O adam çalışqandır. Bu musiqi bizimdir.
Ümumiyyətlə, mövzuya aid şifahi və yazılı şəkildə aparılan çalışmalar təlimin şüurlu mənimsənilməsi və möhkəm yadda saxlanılmasını göstərir.
Bununla yanaşı, şagirdlərə öyrədilməlidir ki, «o, bu» əvəzlikləri cümlədə şəxs əvəzlikləri olduqda müstəqil işlənir, işarə əvəzliyi olduqda isimdən əvvəl gələrək sifət olur və onu izah edir.
Mövzunun tədrisində çalışmalar üzərində iş, şagirdləri yaradıcı işə qoşur, müstəqilliyə alışdırır, onların düşünmə, qəti nəticə çıxarma qabiliyyətini inkişaf etdirir, nitq və təfəkkürləri zənginləşir.
Morfoloji təlimin aparılma qaydaları
Qrammatikanın tədrisi metodları içərisində ən geniş yayılanı qrammatik təhlildir. Qrammatik təhlildə məqsəd şagirdlərin qrammatik biliklərini artırmaq, şifahi və yazılı nitqdən istifadə etmək üçün onlarda vərdişlər yaratmaq, onlara orfoqrafiya və durğu işarələrindən vərdişlər qazandırmaqdır.
Qrammatik təhlilin ən çox istifadə olunan növlərindən biri morfoloji təhlildir. Morfoloji təhlilin aparılma qaydası aşağıdakı kimidir:
A) sözün tərkibinə görə:
Sözü kök və şəkilçiyə ayırmaq;
Şəkilçilərin özlərini bir-birindən təcrid etmək;
Şəiklçilərin vəzifələrini göstərmək;
Sözün quruluşunu demək;
B) Nitq hissələrinə görə:
Sözü nitq hissəsi kimi aydınlaşdırmaq;
Sözün nitq hissəsi kimi qəbul etdiyi şəkilçinin növünü izah etmək.
Morfoloji təhlil üçün seçilən cümlənin həcmi II sinifdə 4, III sinifdə 6, IV sinifdə 9 sözdən artıq olmamalıdır.
MÖVZU:11
Sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi.
Cümlənin baş və ikinci dərəcəli üzvlərinin tədrisi .Sadə və mürəkkəb cümlələrin tədrisi. Cümlənin intonasiyaya görə növlərinin tədrisi.
Plan
«Söz birləşməsi» və «Cümlə» mövzularının öyrədilmə metodikası.
Cümlə üzvlərinə aid anlayışların öyrədilmə metodikası.
Baş üzvlərin tədrisi
Cümlənin II dərəcəli üzvlərinin tədrisi
a)Sadə və mürəkkəb cümlələrin tədrisi.
b)Cümlənin intonasiyaya görə növlərinin tədrisi
ƏDƏBİYYAT
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
III sinif şagirdlərinə «Söz birləşmələri» mövzusuna dair sadə məlumat aşılanır. Məktəblilər bu prosesdə öyrənirlər:
Mənası bir-biri ilə bağlı olan iki sözə söz birləşməsi deyilir: gözəl çiçək, məktəb binası, çayın sahili. Söz birləşməsindəki sözlərin biri əsas, digəri asılı olur. Bunu sualların köməyi ilə bilmək mümkündür: 3) nəyin sahili? – çayın.
necə çiçək? – gözəl; 2) nə binası? – məktəb
Söz birləşməsi bitmiş bir fikir bildirir. Mübtəda ilə xəbər birlikdə söz birləşməsi yaratmır. Onların birləşməsi fikir bildirməklə cümlə əmələ gətirir»
Şagirdlər söz birləşmələri və cümlələr üzərində müşahidə aparır, fərqi aşkara çıxarır və beləliklə, mövzunun şüurlu mənimsənilməsinə hazırlanırlar. Məsələn,
Söz birləşməsi
|
Cümlələr
|
Bulaq suyu
|
Bulağın suyu şirin olur
|
Taxıl zəmisi
|
Taxıl zəmisi dalğalanırdı
|
Ana vətən
|
Ana vətənim Azərbaycandır
|
Xəzərin sahili
|
Xəzərin sahili sərindir
|
Beləliklə, söz birləşmələrinə aid çalışmalar üzərində iş anlayışların aşılanması və möhkəmlənməsinə xidmət edir.
III sinif şagirdlərinə çatdırılır ki, söz birləşmələri iki müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir.
Söz birləşmələrini əmələ gətirən sözlərdən biri tabe söz, digəri tabeedici olur. Bir qayda olaraq tabe söz tabe edicini izah edir, konkretləşdirir, onun təyini olur. Məsələn,
Qalın kitab, balaca həyət, ahəngdar səs, qədim kitabələr, körpə ağac və s. Burada I tərəf ikinciyə yanaşır, necə? nə cür? hansı? Sualına cavab verməklə, II tərəfin təyini vəzifəsini daşıyır. Yəni bu birləşmələrdə I tərəf asılı, II tərəf əsas sözdür. Məsələn:
şirin
|
Çörək
|
sərin
|
Hava
|
söz
|
külək
|
çay
|
Su
|
Sonra şagirdlər öyrənirlər:
«Düzəltdiyiniz cüt sözlər söz birləşmələri adlanır. Söz birləşmələri iki cür olur: şəkilçisiz yaranan söz birləşmələri, şəkilçilərlə yaranan söz birləşmələri»
Məsələn,
1) günəşli şəhər, pəncərə şüşəsi, yaz havası, quş yumurtası, məktəbin həyəti, meyvənin şirəsi, sulu xörək, quş yuvası, taxıl biçini;
2) müqəddəs torpaq, azğın düşmən, yeddi oğul, yeni mənzil, kiçik məktub, geniş tala, ilk bahar və s.
Sonra şagirdlər öyrənirlər ki, «Nitqimiz cümlələrdən ibarətdir. Cümlə bitmiş fikri bildirir»;
«Sözlər mənasına görə müəyyən ardıcıllıqla düzüləndə bitmiş fikir bildirir. Cümlə bir və ya bir neçə sözdən əmələ gəlir və s.
Dostları ilə paylaş: |