Sığortaehtiyatı – gətirilən xammal və materialların, yanacağın və s.-nin miqdarı və vaxtaşırlığında kənarlaşmalar baş verdiyi hallarda istehsalıın fasiləsizliyini təmin etmək məqsədilə yaradılır; cari ehtiyatdan fərqli olaraq sığorta ehtiyatının ölçüsü sabit kəmiyyətdir. Firmanın normal iş fəaliyyəti zamanı bu ehtiyat toxunulmazdır.
Mövsümi ehtiyat – naviqasiya ilə əlaqədar nəqliyyatın işləməsində uzunmüddətli fasilə, xammal və materialların istehsal və ya tədarükünün mövsümi olması, xammal və materialların mövsümi istehlakı ilə əlaqədar yaradılır. Mövsümi ehtiyat da cari ehtiyat kimi dəyişkəndir. Başqa sözlə, bu növ ehtiyat özünün maksimum həddinə materialın gətirilməsində, fasilənin başlanmasında, mövsümiliyin qurtarması zamanı minimum həddinə çatır.
İstehsal ehtiyatlarının idarə edilməsinin başlıca məqsədi onların elə həcmini müəyyən etməkdir ki, o, təkrar istehsal prosesinin fasiləsizliyini minimum ehtiyatlarla və xərclərlə təmin etsin. Buna ehtiyatların normalaşdırılması, yəni ehtiyat normalarının müəyyən edilməsi, onların səviyyəsinə daim nəzarət edilməsi və mütəmadi olaraq onların faktiki həcminin müəyyən edilməsi, normaya uyğun gəlməsi üzrə tədbirlər həyata keçirmək sayəsində nail olmaq olar.
Əsas xammal və materiallardan orta ehtiyat norması orta cari (cari ehtiyatın maksimum və minimum həcminin yarısı), sığorta və hazırlıq ehtiyatları normalarının cəminə bərabər götürülür. Bu ehtiyat normasından iki material partiyasının göndərilməsi arasındakı vaxt intervalında ehtiyat formasında mövcud olan material resurslarının ümumi miqdarını və onların saxlanması ilə əlaqədar olan xərclərin məbləğini hesablamaq üçün istifadə edilir.
Haqqında bəhs olunan hər 4 növ istehsal ehtiyatlarının hesablanma qaydaları haqqında «Firmada maddi-texniki təminat» adlı fəsildə ətraflı bəhs olunacaqdır.
Köməkçi materiallara avans edilmiş dövriyyə vəsaitlərinin normativi iki əsas qrup üzrə müəyyən olunur: Birinci qrupa böyük miqdarda və müntəzəm istifadə olunan materiallar daxildir. Bu qrup üzrə normativlər əsas xammal və materiallar üzrə hesablandığı kimi hesablanır.
İkinci qrupa az miqdarda və nadir hallarda istifadə olunan köməkçi materiallar daxildir. Bunlar üzrə normativlər analitik metodla, keçmiş illərin məlumatları əsasında hesablanır.