Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Yanacağa sərf olunan dövriyyə vəsaitlərinin normativi əsas xam­­mal və materiallar üzrə hesablanma qaydasından istifadə olun­­­maqla müəyyənləşdirilir



Yüklə 315 Kb.
səhifə14/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1654327859

Yanacağa sərf olunan dövriyyə vəsaitlərinin normativi əsas xam­­mal və materiallar üzrə hesablanma qaydasından istifadə olun­­­maqla müəyyənləşdirilir. Yanacağın sərfi hesablanarkən isteh­sal və qeyri-istehsal ehtiyacları üçün yanacağın sərf olunması nəzərə alın­malıdır. İstehsal ehtiyacları üçün yanacağa tələbat is­teh­sal proq­ra­mı və məhsul vahidinə məsrəf norması əsasında müəy­yən olunur; qeyri-istehsal ehtiyacları üzrə isə yanacağa tələ­bat yerinə yetirilən işlərin həcminə görə hesablanır.
Taralara dövriyyə vəsaitlərinin norması onların hazırlanması saxlanması üsullarından asılıdır. Buna görə də ayrı-ayrı sahə­lər­də taralara tələbatın hesablanması metodları bir-birindən fərqlənir.
Məhsulların qablaşdırılması üçün iri taralardan istifadə edən müəs­­­­si­sə­­lərdə məsrəf norması xammal və materiallarda olduğu kim hesablanır.
Hazır məhsulun qablaşdırılması üçün istifadə olunan və dəyəri onun (məhsulun) topdansatış qiy­mətinə daxil edilən və həm də öz istehsalı olan taralar üzrə günlük ehtiyat norması taranın hazır­lan­­masından məh­sulun qablaşdırılmasına qədər onun (taranın) an­barda qaldığı müddətlə müəyyən olunur. Əgər müəssisənin öz is­teh­salı olan taraların dəyəri ha­zır məhsulun topdansatış qiy­mə­ti­nə de­yil, ümumi və əmtəəlik məhsulun dəyərinə daxil edi­lir­sə, onun üçün nor­mativ hesablanmır, çünki o hazır məhsul nor­mativində nəzərə alınır.
Qaytarılmaq şərti ilə xammal və ma­terallarla birlikdə alınan taralar üzrə dövriyyə vəsaitlərinin nor­ma­tivi taranın dəyərinin ödə­nilməsi anın­­dan taranın qaytarılması ilə məhsul alandan həmin məb­ləği müəs­sisəyə geri ödəməsinə qədərki müddətdən ası­lıdır. Xam­mal, material, his­sə və yarımfab­ri­kat­­la­rın anbarlarda və sexlərdə saxlanması üçün nə­zər­də tutul­muş taraların dəyəri tara­lar üz­rə dövriyyə vəsaitlərinin nor­ma­tivi müəyyən olunarkən nəzərə alın­mır, çünki onların bir hissəsi əsas fondlar kimi uçota alınır, bir his­sə­si isə azqiymətli və tezköhnələn əşyaların tərkibinə daxil edilir.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin