Movzu PƏstahalma üsullari. PƏStahin mexaniKİ emal marşrutunun iŞLƏNMƏSİ



Yüklə 0,91 Mb.
səhifə5/7
tarix05.12.2022
ölçüsü0,91 Mb.
#120435
1   2   3   4   5   6   7
Movzu 4a

4.3.5. Qaynaqetmə ilə pəstahalma

Bu üsulla polad materialdan hazırlanan, nisbətən mürəkkəb konstruksiyalı gövdələrin pəstahları alınır. Gövdənin ayrı-ayrı bölmələri (hissələri) üçün pəstahlar (pəstahcıqlar) iqtisadi baxımdan əlverişli olan pəstahalma üsulu ilə hazırlanır. Pəstahcıqların emal edilməsi mümkün olan səthləri təmiz və ya yarımtəmiz emal edilir. Sonra onlar biri-birinə qaynaq edilərək gövdənin pəstahı alınır. Odur ki, bu halda, pəstahalmanın qaynaq etmə adlandırılması, əslində, şərti xarakter daşıyır.


Qaynaqetmə ilə pəstahalma 30-40 %-ə qədər materiala qənaət etməyə imkan verir, mexaniki emalın həcmi azalır. Mexaniki emalın bir hissəsinin kiçik ölçülü və kütləli pəstahcıqlarda aparılması mürəkkəb olmayan texnoloji sistemdən istifadəyə şərait yaradır. Pəstahların əməliyyatlararası daşınması asan və ucuz başa gəlir. Emal olunmuş səthlərə nəzarət də sadələşir. Nəticədə, hissənin istehsalının səmərəliliyi yüksək, onun maya dəyəri isə aşağı olur.

``


BMU




“Maşınqayırma texnologiyası” kafedrası



2021


5.6.1. Emal əməliyyatlarının qurulması özəllikləri


Hər bir əməliyyatın layihələndirilməsi üçün aşağıdakı məlumat olmalıdır:


- pəstahın emal marşrutu;
- pəstahın bazalaşdırılması və bərkidilməsi sxemi;
- bu əməliyyatda hansı səthlər hansı dəqiqlik ilə emal olunmalıdır;
- əvvəlki əməliyyatlarda hansı səthlər hansı dəqiqlik və keyfiyyət ilə emal edilmişdir;
- emal payı;
- əməliyyat axın xətti üçün layihələndirilirsə, buraxılış tempi.
Emal marşrutu işlənəndə əməliyyatın planlaşdırıldığı nəzərə alınaraq bu mərhələdə əməliyyatın məzmunu ətraflı işlənilir və dəqiqləşdirilir, keçidlərin ardıcıllığını və bunların vaxta görə üst-üstə salınması imkanlraı aydınlaşdırılır.
Mexaniki emal marşrutunu layihələndirən zaman seçilmiş avadanlıq tiplərini nəzərə almaqla kəsən alətlər və tərtibatlar seçilir və ya bunların layihələndirilməsinə tapşırıq hazırlanır.
Kəsmə rejimi elementləri və vaxt normaları hesablanır və avadanlığın markası dəqiqləşdirilir (gücə görə).
Sazlama ölçüləri hesablanır və sazlama sxemləri tərtib olunur.
Texnoloji əməliyyatı layihələndirəndə ədəd vaxtının kiçildəlməsinə çalışmaq lazımdır. Axın iş üsulunda xəttin verilmiş məhsuldarlığını təmin etmək baxımından əməliyyatın ədəd vaxtı iş tempi ilə üzlaşdırılmalıdır.
Ədəd vaxtını iki yol ilə azaldırlar:
- ədəd vaxtının təşkiledicilərinin azaltmaqla;
- həmin təşkiledicilərin vaxt üzrə üst-üstə salmaqla.
Əsas vaxtı yüksək məhsuldar kəsən alət və kəsmə rejimləri tətbiq etmək, emal paylarını kiçiltmək, səthlərin emalında keçidlərin və gedişlərin sayını azaltmaq, eyni zamanda bir neçə texnoloji keçidi yerinə yetirməyə imkan verə nemal sxemləri tətbiq etmək yolu ilə azaldırlar.
Köməkçi vaxtı (tk) dəzgahın köməkçi gedişlərinin vaxtının azaldılması, emal prosesinin səmərəli qurulması, pəstahın yerləşdirilməsi və seçilməsi vaxtının azaldılması yolu ilə kiçiltmək olar. Ədəd vaxtı təşkiledicilərinin eyni zamanda yerinə yetirilməsi və bunların əsas vaxt elementləri ilə mümkün qədər üst-üstə salınması nəticəsində ədəd vaxtına bunun ust-üstə düşən təşkiledicilərinin ancaq Ən böyüyü (limitləyici) daxil olur.
Texnoloji keçidlərin toplanması (eyni zamanda yerinə yetirilməsi) imkanları texnoloji əməliyyatın qurulması sxemindən asılıdır.
Eyni zamanda emalda iştirak edən alətlərin sayına görə təkalətli və çoxalətli, eyni zamanda dəzgahda yerləşdirilmiş pəstahların sayına görə təkyerli və çoxyerli emal sxemləri göstərmək olar. Texnoloji əməliyyatlar bu sxemlərin müxtəlif kombinasiyaları şəklində qurula bilər: təkyerli təkalətli, təkyerli çoxalətli, çoxyerli təkalətli, çoxyerli çoxalətli.
Dəzgah əməliyyatlarını (texnoloji əməliyyatları) yerinə yetirən zaman əməli vaxtın (tən) elementlərinin üst-üstə düşmiə imkanları emal olunmaq üçün yerləşdirilən pəstahların, istifadə olunan alətlərin sayından vəpəstahların alətlər ilə emal olunması ardıcıllığından asılıdır.
Keçidlərin vaxt üzrə üst-üstə düşmə xüsusiyyəti alətlərin emal zamanı ardıcıl və ya eyni zamanda işləməsi bir neçə pəstahı kəsən alətlərə nisbətən paralel və ya ardıcıl yerləşməsindən asılı olur. Keçidlərin eyni zamanda yerinə yetirilib-yetirilməsinə görə əməliyyatlar paralel, ardıcıl və paralel-ardıcıl sxemlər üzrə qurula bilər.

10.02

Maşın istehsalı texnologiyas-2. (mühazirələr)





Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin