Tökmə qəlibi alınacaq pəstahın konstruksiyasına uyğun boşluğa malik elementlər yığımıdır. Boşluğa tökülmüş maye metal soyuduqda tökük formalaşır. Tökmə qəlibin əsas hissələri qəlib qutusu, qəlib qarışığı və içlikdir. Qəlib qutusu qəlib qarışığını saxlamaq, onu dağılmaqdan qorumaq və bir yerdən digərinə apar-maq üçündür. Qəlib qarışığı maye metala pəstahın formasını verməyə xidmət edir. Içlik pəstahın daxilindəki boşluqları formalaşdırır. Bundan əlavə, qəlibdəki boşluğu formalaşdırmaq, qəlibi hazırlamaq üçün tökmə modelindən istifadə edilir. Konstruksiyası pəstahın konstruksiyası ilə demək olar ki, eyni olan tökmə modeli (soyumuş metalın həcminin kiçilməsi ilə əlaqədar olaraq model pəstahdan bir qədər böyük olur), bir və ya bir neçə sökülə bilən hissədən ibarət tərtibatdır. O, ağacdan və ya metaldan hazırlanır.
Qəlib qarışığı odadavamlı materiallardan (məs., kvars qumu və s.) və əlaqələndiricilərdən (məs., gil, maye şüşə, sintetik qətran, sement, bitgi yağı və s.) hazırlanır. Içlik qarışığı daha möhkəm və odadavamlı olmalıdır.
Tökük aşağıdakı ardıcıllıqla hazırlanır: Hissənin cizgisinə (şək. 3.9, a) əsasən ağacdan və ya metaldan model (şək. 3.9, b) və içlik qutusu (şək. 3.9, e) hazırlanır. Model və içlik qutusu ayrılan konstruksiyalı olurlar.
Alt qəlib qutusu (8) lövhə (9) üzərinə qoyulur (şək. 3.9, c). Yarımmodel də (2) ayrılma səthi üzrə qutunun daxilində lövhə üzərinə qoyulur. Qutunun içərisinə qəlib qarışığı (4) tökülür və sixılaraq bərkidilir. Alt qəlib qutusu döndərilir. Yarımmodelin üzərinə modelin ikinci yarısı (1) qoyulur; tökmə sistemi modeli (10) və nəfəsliklər (5) yığılır. Üst qəlib qutusu (7), alt qəlib qutusu (8) üzərinə qoyulur (şək. 3.9, c). Onun içərisinə qəlib qarışığı tökülür və sıxılaraq bərkidilir. Sonra üst yarımqəlib qaldırılır. Hər iki yarım-model qəlibdən çıxarılır. Qəlibə içlik (11) qoyulur (şək. 3.9, d). O,
Töküyün hazırlanma ardıcıllığı:
a) hissənin cizğisi; b) model; c) və d) formanın hazırlanması;
e) içlik qutusu; f) içlik; g) tökmə forması; h) tökük
modellə formalaşdırılmış içlik oturacaqları üzərində yerləşdirilir. Içlik pəstahdakı boşluğun formasına malik olur. Içlik (şək. 3.9, f), öncədən, içlik qutularından (şək. 3.9, e) istifadə etməklə, içlik qarı-şığından hazırlanır. Onun möhkəmliyini təmin etmək üçün, o, quru-
ducu sobalarda qurudulur.
Metal əridilərək qəlibə tökülür (şək. 3.9, g). Bərkimiş metal töküyü formalaşdırır (şək. 3.9, h). Qəlib sökülür. Tökük çıxarılır. Onun daxilindəki içlik çıxarılır. Pəstahdakı tökmə sistemləri (12) və nəfəsliklər (13) kəsilir, tökük təmizlənir.
Qəlibdəki tökmə sistemi - tökmə kanalları və buxarlıq (nəfəslik) tökülən maye metalın qəlibin boşluğuna maneəsiz axmasını təmin edir.
Mürəkkəb konstruksiyalı pəstahlar - gövdə pəstahları, adətən, torpaq qəliblərə tökülür. Fərdi və kiçik seriyalı istehsalda əl ilə for-malaşdırılmış, iriseriyalı və kütləvi istehsalda maşınla formalaşdı-rılmış torpaq qəliblərdən istifadə edilir.
Əl ilə və bərkidilməmiş modelli koordinat lövhələri ilə maşın formalaşdırılması III dəqiqlik sinfində tökük almağa imkan verir.
Lövhələrdə bərkidilmiş ağac modellərin yarımformalardan çıxa-rılışı mexanikləşdirilmiş, maşınla formalaşdırılmış qəliblərə tökmə ilə II dəqiqlik sinfində pəstah alınır. Bu üsul seriyalı istehsalda əlverişlidir.
Metal modellərin yarımformalardan çıxarılması mexanikləşdi-rilmiş, maşınla formalaşdırılmış qəliblərə tökmə ilə I dəqiqlik sinfində pəstah alınır.
Pəstahda kütləvi istehsalda 20 mm-dən, seriyalı istehsalda 30 mm-dən, fərdi istehsalda isə 50 mm-dən böyük yuvalar tökmədən alınır.
Nisbətən sadə konstruksiyalı hissələrin pəstahları iri seriyalı və kütləvi istehsalda metal qəliblərə (kokil) tökülür. Töküyün dəqiqliyi və səth keyfiyyəti maşınla formalaşdırılmış torpaq qəliblərə tökmə-dən bir sinif (dərəcə) yüksək olur.
Yüksək keyfiyyətli pəstah almaq üçün təzyiq altında tökmədən istifadə edilir. Maye metal qəlibə təzyiq altında vurulur.
Əsasən, fırlanma konstruksiyalı pəstahlar mərkəzdənqaçma üsulu ilə tökülə bilərlər. Bunun üçün maye metal mərkəzi ox ətra-fında fırlanan qəlibə (qəliblərə) tökülür (şək. 3.10). Mərkəzdənqaç-ma qüvvəsinin təsiri nəticəsində maye metal qəlibin divarlarına sıxılır. Yüksək keyfiyyətli pəstah alınır.
Fırlanma konstruksiyalı qəlib (4) yastıqlar (8) üzərində, qurğunun gövdəsi (3) daxilində yerləşdirilir (şək. 3.10). Qəlib (4) bir tərəfindən çıxarılan qapaq (9) ilə təchiz edilmişdir. Tökmə zamanı qəlib boşluğundakı havanın çıxması üçün qapaqda (9) mərkəzi yuva nəzərdə tutulmuşdur. Qəlib (4) mühərrikdən (1) fırlanma hərəkəti alır. Arabacıq (7) üzərində yerləşmiş novla (5) çalovdan (6) qəlib
Şəkil 5.10a. Təzyiqlə tökmə üsulları.
Şək. 3.10. Mərkəzdənqaçma üsulu ilə tökük hazırlama
prosesinin sxemi
boşluğuna maye metal axıdılır. Qəlibin (4) səthinə tökülən maye metal (2) qəliblə (4) birlikdə fırlanır. Mərkəzdənqaçma qüvvəsinin təsiri ilə maye metal (2) qəlibin daxili səthi üzrə bərabər yayılır, qəlibin divarlarına sıxılır və bərkiyir. Qəlibin boşluğuna maye metal töküldükcə arabacıq (7) geri çəkilir, metalın formaya tökülməsinin müntəzəmliyi, pəstahın divarının qalınlığının stabilliyi təmin edilir. Pəstahı qəlibdən çıxarmaq üçün qapaq (9) çıxarılır. Qəlibin daxili formalaşdırıcı səthlərinin tökmə konusluluğu (230) pəstahın qəlib-dən asanlıqla çıxarılmasını təmin edir
Xüsusi üsullarla tökmə ilə pəstahalma baha başa gəlir. Lakin töküklərin dəqiqliyi və səth keyfiyyəti yüksək olur. Onlardan hissə hazırlanması nisbətən az mexaniki emal tələb edir. Nəticədə, qəbul edilmiş tökmə üsulu məmul istehsalının və istismarının səmərəliliyini təmin etməlidir.
Əl ilə formalaşdırılmış torpaq qəliblərə çuqun və polad tökük-lərin dəqiqliyi IT 17, səthin kələ-kötürlüyü isə Ra = 10 80 mkm üzrə; maşınla formalaşdırılmış torpaq qəliblərə töküklərin dəqiqliyi IT 16 …IT 17, səthlərinin kələ-kötürlüyü Ra=20 50 mkm; mərkəz-dənqaçma üsulu ilə tökmədə uyğun olaraq IT 12…IT 14; Ra = 10 40 mkm; Metal qəliblərə tökmədə isə IT 12…15, Ra= 20 25 mkm olur.
Dostları ilə paylaş: |