Movzu PƏstahalma üsullari. PƏStahin mexaniKİ emal marşrutunun iŞLƏNMƏSİ



Yüklə 0,91 Mb.
səhifə4/7
tarix05.12.2022
ölçüsü0,91 Mb.
#120435
1   2   3   4   5   6   7
Movzu 4a

4.3.4. Təzyiqlə pəstahalma

Məlumdur ki, metala təsir edərək onda axıcılıq həddinə bərabər və ondan yüksək təzyiq yaratdıqda o, maye kimi “axma” qabiliyyə-tinə malik olur və onu əhatə edən “qabın” formasını alır. Metal qızdırıldıqda isə onun bu xassəsi təzyiqin daha kiçik qiymətlərində özünü göstərir. Təzyiqlə pəstahalma üsulları metalın bu xassəsinə əsaslanır. Yüksək özlülüyə (plastikliyə), maye halında aşağı axıcılıq qabiliyyətinə malik materiallardan (məs., müxtəlif növ poladlar) pəstahlar təzyiqlə formalaşdırma ilə alınırlar. Bəzən, böyük dia-metrli və pilləli konstruksiyaya malik hissələr üçün profilli yayıqlardan doğrama pəstahlar iqtisadi baxımdan səmərəli olmur. Belə hallarda təzyiqlə pəstahalma üsulları daha əlverişli olur. Buraya qaynar soyuq halda sərbəst döymə və ştamplama daxildir.


Pəstah istehsalında sərbəst döymə və ştamplamanın müxtəlif növlərindən istifadə edilir. Lakin onların mahiyyəti eynidir. Sərbəst döymədə döyəc (1) və stol (3) arasında yerləşdirilən ilkin materiala (2) ardıcıl zərbələr endirilir (şək. 5.5). Material sərbəst olan, yəni zərbəyə perpendikulyar istiqamətdə axır. Pəstahın tələb olunan ölçülərini alanadək döymə davam etdirilir.
Sərbəst döymədə və ştamplamada istifadə edilən ilkin material, adətən, dairəvi profilli çubuq yayıqdan doğranılır. Doğranacaq çubuq tikəsinin həcmi döyüləcək və ya ştamplanacaq pəstahın həc-minə bərabər və ya ondan bir qədər (tullantının həcmi qədər) böyük götürülür. Beləliklə, təzyiqlə pəstah hazırlamada yol verilən itkilər nəzərə alınır.
Ştamplama müəyyən formalı boşluğa (pəstahın formasına uyğun) malik qapalı «qabın» içərisində pəstahın təzyiqlə, zərbələrlə həcmi formalaşdırılmasıdır. Bu qabı matrisa (4) və puanson (2) adlanan hissələr - alətlər üzərində açılmış oyuqlar və səthlər forma-laşdırır (şək. 5.6). Puanson (2) tutqac vasitəsilə presin hərəkətli



Şək. 5.5. Sərbəst döymə ilə Şək. 5.6. Ştamplama ilə
pəstahalma sxemi pəstahalma sxemi

hissəsinə – çəkicə (1), matrisa (4) isə stola (5) bərkidilir. Matrisanın oyuğuna qoyulmuş ilkin materiala (3) təzyiq puanson vasitəsi ilə verilir. Matrisapuanson ştampın (pəstah formalaşdırıcı alətin) əsas işçi hissələridir. Ştamplamanın başlanğıcında proses sərbəst döymə kimi gedir. Tədricən materialın sərbəstliyi məhdudlaşır. Onun matrisa və puanson səthləri ilə təmas sahəsi böyüyür. Ştamp-lamanın sonunda pəstahın bütün səthləri matrisa və puansonla təmasda olur, o həcmi təzyiqə, həcmi deformasiyaya məruz qalır.


Ilkin materialın qızdırılması xüsusi termiki peçlərdə aparılır. Sərbəst döymə pnevmatik, hidravlik və buxar çəkiclərində, preslərdə yerinə yetirilir. Ştamplama müxtəlif növ çəkiclərdə, preslərdə, üfüqi döymə maşınlarında, rotasyon-döymə maşınlarında və s. icra edilir.
Təbəqə ştamplama ilə təbəqə materiallardan pəstahlar və hətta hissələr ştamplanır (doğranır).
Təbəqə ştamplama ilə hissələr və ya yarımfabrikatlar bir və ya bir neçə ştampla, bir və ya bir neçə mövqedə zolaq yayıqlardan formalaşdırılır. Zolaq yayıqların qalınlığı dəyişdirilmədən, onlarda dairəvi və müxtəlif profilli yuvalar kəsilir, əymə və qatlama işləri görülür. Matrisa və puanson arasındakı təbəqə materiala puanson onun bütün kontur üzrə kəsilməsi üçün lazım olan qüvvədən böyük qüvvə ilə təsir edərək, materialı matrisanın boşluğuna tərəf basır və onu kəsir. Puanson və matrisanın kəsən tilləri arasındakı ara boşluğu z = (0,02  0,22)t olur. Burada t təbəqə materialın qalınlı-ğıdır.
Təbəqə ştamplamada kontur üzrə kəsmə, əymə və s. puansonun matrisaya nəzərən birgedişli işçi hərəkəti ilə yerinə yetirilir.
Adətən, böyük ölçülü pəstahlar fərdi və kiçik seriyalı istehsalda sərbəst döymə ilə alınırlar. Iri seriyalı və kütləvi istehsalda kiçik və orta biçimli hissələr üçün ştamplama ilə pəstahalma daha səmərə-lidir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin