Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə27/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   23   24   25   26   27   28   29   30   ...   70
Debillik- anadangəlmə oliqofreniyanın yüngül və daha geniş formasıdır. Onun dərin, mülayim, ifadəli və yüngül formaları mövcuddur. Debilliyin erkən uşaq yaşı dövründə bir sıra kliniki əlamətləri özünü göstərir. Belə uşaqlarda bədən quruluşunun uyğunsuzluğu, hərəki koordinasiyanın zəifliyi və sifətin mənasız görkəmi diqqəti cəlb edir. Debil uşaqlar gec, təxminən 3-5 yaşlarında yeriməyə və danışmağa başlayır, onların nitqi müvafiq yaş normasından geri qalmış olur. Belə uşaqlar çox vaxt küt və fərsiz olur, ən sadə uşaq oyunlarının mənasını anlamırlar. Onlarda psixi inkişaf tempi aşağı olur. Çox az hallarda tək-tək debillər onlar üçün müvafiq olan yardımçı internat məktəbləri formal olaraq bitirməyə nail olsalar da, əslində onların böyük əksəriyyəti 2-4-cü siniflərədək təhsil ala bilirlər.

Debillər müstəqil fəaliyyətin tam subyekti kimi mütəşəkkil fəaliyyət qabiliyyətinə malik olmur, daim qulluğa ehtiyac duyurlar.

Debilliyin daha yüngül forması nisbətən gec aşkar edilir. Belə xəstələr bəzən ümumtəhsil məktəblərinə daxil ola bilir, lakin tez bir vaxtda onların hətta ən yüngül dərs materialını qavramağa qabil olmadıqları aşkar edilir. Onların dərs proqramını mənimsəməsi üçün görülən pedoqoji tədbirlər, müəllimlərin səyi müsbət nəticə vermir. Bir qayda olaraq belə xəstələr 2-3-cü sinifdən sonra kəmağıllar üçün olan yardımçı məktəbə və ya bu tipli internat məktəblərinə keçirilirlər. Bu tipli məktəblərdə xüsusi təhsil metodlarının tətbiq edilməsi sayəsində xəstə uşaqlar zəif dərəcədə olsa da, yazmaq, oxumaq, hesablamaq vərdişinə, hətta bəzi cüzi biliklərə yiyələnməyə nail olurlar. Belə uşaqlar əşyalar və hadisələr arasındakı fərqi yalnız xarici əlamətlərinə görə müəyyən edə bilirlər.

Onlar atalar sözlərinin, zərb məsələlərin məcazi mənasını anlamırlar.

Fəal, məqsədyönlü diqqətin zəifliyi meydana çıxır, xəstələrin diqqəti tez yayınır, müəyyən bir şey, hətta maraqlı olan söhbətlər, əhvalat üzərində təsbit edilmir. Onların nitqi söz kasadlığı ilə xarakterizə olunur.

Yardımçı məktəblərdə xəstələr bəzən adi istehsalat vərdişlərinə, stereotip və mexaniki əməyə yiyələnə bilirlər. Belə olan halda onlar primitiv əmək qabiliyyətinə malik olmaqla müvafiq müəssisədə işləyə bilirlər.

Debillər yardımçı məktəbi bitirməyə nail olsalar da, onlar bilik ehtiyyatlarının kasadlığı, görüş səhnəsinin məhdudluğu, müstəqilliyin və təşəbbüskarlığın olmaması, psixi proseslərin ləngliyi və inertliyi ilə fərqlənirlər. Onlar üçün yeni şəraitə, vərdiş etmədikləri rejimə düşmək həll edilməz problem yaradır. Ağıl zəifliyinin daha yüngül ifadəsi xəstələrdə çox gec və adətən onlar üçün vərdiş etdikləri həyat stereotipinin dəyişilməsi ilə əlaqədar aşkar edilir. Onların bir hissəsi texniki peşə məktəbini bitirməyə müvəffəq olur. Belə xəstələrdə debillik əlamətləri təhsili davam etdirmək istədikdə, ordu sıralarına çağırıldıqda və s. səbəblə bağlı tibbi komissiyadan keçdikdə aşkar edilir.

Debil xəstələrin xarakteroloji xüsusiyyətləri müxtəlif dərəcədə ifadəli iki əsas variant arasında səciyyələnir; bir tərəfdən -son dərəcə oyanıqlıq, qıcıqlanma, qarayaxalıq, konfliktlik və hiperseksuallıq, digər tərəfdən isə tormozlanma, süstlük, apatiya və ətrafa qarşı etinasızlıq. Çox vaxt qeyd edilən təzahürlər mülayim tərzdə ifadə edilirlər, bəzi hallarda isə debil şəxslərin xarakteroloji xüsusiyyətləri psixopatiyalara xas olan patologiyanın müxtəlif variantlarını xatırladırlar.

Debillərin sağlam adamlardan fərqi ondadır ki, bu xəstələr ətrafı dərk etmək ehtiyacına malik olmurlar, onlarda hər şeyə maraq yaransa da, hər şeyi öyrənmək, bilmək həvəsi olmur.

İradi sferanın ümumi xüsusiyyəti onlarda səviyyəsiz maraq və məqsədin impulsiv davranışla, təlqinliyin yüksəlməsi və öcəşkənliklə əlaqələnməsindən ibarət olur.

Buna baxmayaraq yüngül debillik dərəcəsində olan şəxslər öz hərəkətlərini korreksiya etmək və onların nəticələrini qabaqcadan görmək imkanına malik olurlar.

Müşahidələr göstərir ki, eyni psixi qüsur səviyyəsinə malik olan debil xəstələrin bəziləri ətrafdakılara qarşı xeyirxah münasibəti, sadiqliyi, qulluq göstərmə təşəbbüsü, işdə və məişətdə çalışqanlığı və s. pozitiv əməlləri ilə fərqlənirlər. Onlar hətta evlənib ailə qurur, qayğıkeş ər, valideyn olurlar. Qohumlarının, yaxın adamlarının xeyir-şər işlərində fəal iştirak edirlər.

Bununla yanaşı, onu da göstərmək lazımdır ki, debil xəstələrin çox hissəsi şəxsi qiymətini şişirtməyə, qabiliyyətini böyütməyə çox meylli olurlar. Onların əksinə olaraq digər qrup xəstələr öz qüsurlarını başa düşərək utanırlar, eyblərini gizlətməyə, onu nə ilə isə kompensasiya etməyə çalışırlar.

Digər tərəfdən debil xəstələrin şəxsiyyətinin əlverişsiz mikrososial şəraitdə formalaşması, onlarda təhsilə və əməyə, eləcə də birgəyaşayış normalarına qarşı neqativ münasibətlərin yaranmasına səbəb olur. Belə xəstələr delilivet (cinayətkar) davranışlı xəstələr dəstəsinə asanlıqla cəlb edilir, siqaret çəkmək (bəzən narkotik vasitələr qəbul etmək) və spirtli içkilər qəbuluna erkən yaşlarından başlayır, oğurluq və digər hüquqa zidd hərəkətlər törədirlər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin