Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı tələblərə əməl etməlidir
səhifə 57/70 tarix 01.01.2022 ölçüsü 0,94 Mb. #104275
Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı tələblərə əməl etməlidir.
Konsultasiyanın keçirilməsi zamanı valideynlər hiss etməlidirlər ki , psixoloq onların övladlarının tərbiyəsində xeyrxah və səmimi mövqe tutmuşdur , o, bu tədbirləri görüntü xatirinə keçirmir , əksinə, valideynlərə uşağın tərbiyəsində əməli kömək göstərmək istəyir.
Valideynlərə verilən tövsiyyələr konkret olmalı, ailənin həyat şəraitini , uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Hər bir konsultasiya valideynlərə nə isə yeni , faydalı bir şey verməli , onların pedaqoji və psixoloji biliklərini genişləndirməlidir.
Konsultasiyanın uğurlu olması bir çox cəhətdən psixoloqun səriştəsindən, valideynlərə qarşı həssaslıqdan, onun təlqinetmə və inandırma məharətindən asılıdır.
Konsultasiya hazırlıq tələb edir. Psixoloq valideynlərin suallarına elmi cəhətdən əsaslandırılmış cavablar verməlidir.
Valideynlərə tövsiyyələr verməzdən əvvəl psixoloq valideyni ona müraciət etməyə məcbur edən faktı ətraflı öyrənməli , elmi ədəbiyyatlara istinad edərək , həyati nümunələrə əsaslanaraq , sübutlar gətirməyi bacarmalıdır.
Dostları ilə paylaş: