Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Metodika: Uşaqlarda proqnostik fəaliyyətin xüsusiyyətlərini öyrənməkməqsədilə 3 kartoçka dəsti təqdim olunur. Düzgün hesab edilən mülahizələr A



Yüklə 0,94 Mb.
səhifə35/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
Metodika:

Uşaqlarda proqnostik fəaliyyətin xüsusiyyətlərini öyrənməkməqsədilə 3 kartoçka dəsti təqdim olunur. Düzgün hesab edilən mülahizələr A ilə, yanlış mülahizələr isə B ilə işarə olunmalıdır. Uşaq düzgün və yanlış mülahizələri sərbəst olaraq qiymətləndirməlidir.

I dəstdəki 20 kartoçkada sıranın ardıcıllığı A, B, A, B......, II dəstdə 60 kartoçkanın ardıcıllığı B, B, A, A,....., III dəstdə isə 60 kartoçka A, B, B.... ardıcıllığı ilə düzülmüşdür. Uşaq hər bir sırada növbəti qoyulacaq hərfi deməlidir.

Bu metodika uşaqlarda normal və anomal psixi inkişaf göstəricilərini kəmiyyət və keyfiyyət baxımından təhlil edib qiymətləndirməyə imkan verir. Bu metodika ixtiyari diqqətin davamlılığı, keçirilməsi, paylanması, hafizənin yaddasaxlama, tanıma və yadasalma kimi aktlarının formalaşma səviyyəsi, təfəkkür əməliyyatlarının (ümumiləşdirmə) inkişafı, müvafiq proqnozlaşdırmanın sürəti haqqında nəticə əldə etməyə imkan verir.

Uşaqlarda sinir – psixi pozğunluqlar – reaktiv vəziyyətlər onların psixikasına zədələyici təsir göstərən amillərlə şərtlənir. Belə amillər uşaqda əzələlərin atması, kəkələmə, qorxu, sidik və nəcis buraxma, müvəqqəti karlıq, nitqin itməsi, keyiyib qalma, yeməkdən imtina etmə, sayıqlama ideyaları və s. meydana gəlməsinə səbəb olur.

Konfliktlər uşaqların təəssüratlarına ağır zərbə vurur. Ailədə və məktəbdə uşağa göstərilən zədələyici zorakı təsirlər uşağın şüurunda bu situasiyanı yaradan yad və ya doğma adama qarşı affektiv reaksiya doğurur, onu yaşadığı mühitə qarşı yadlaşdırır, öz mühitindən soyudur.

Psixi inkişafda geridə qalan uşaqlar gec gəzməyə və danışmağa başlayırlar. Bunlarda infantilizm, ixtiyari diqqət, məntiqi yaddasaxlama, məkan təsəvvürləri, qavrayış, təfəkkür kimi idrak prosesləri ilə əlaqəli olduğundan oxu və yazı vərdişlərini mənimsəməkdə, təlim fəaliyyətinə qoşulmaqda çətinlik çəkirlər. Lakin belə uşaqlar oxuduqları mətnləri və məsələlərin mənasını anlayırlar. Düzgün pedoqoji yanaşma və psixoloji korreksiya vasitəsilə belə uşaqlarda təlimdə və əqli inkişafda geridəqalmanı aradan qaldırmaq mümkündür.

Uşağın əqli cəhətdən qeyri – yetkinliyi ilə pedoqoji baxımsızlıq nəticəsində meydana gələn psixi inkişafdakı ləngiməni fərqləndirmək və onların ayrı-ayrılıqda diaqnostikasını keçirmək lazımdır. İnkişaf pozğunluğunun psixoloji diaqnostikası uşağın psixi inkişaf səviyyəsini və xüsusiyyətlərini aşkara çıxarmaq məqsədi daşımalı və uşağın təlimdəki uğursuzluğunu aradan qaldırmaq üçün fərdi korreksiya proqramının hazırlanmasına yönəlməlidir. İntellektual pozğunluğu müəyyən etmək məqsədilə intellekt testlərindən istifadə edilməli, nəticələri əsasında psixi pozğunluğun strukturu müəyyənləşdirilməlidir.

İnkişaf pozğunluqlarının psixodiaqnostikasında aşağıdakı əsas prinsiplər nəzərə alınmalıdır:

1. Müxtəlif mütəxəssislərin – psixoloq, müxtəlif ixtisaslı həkimlərin, loqoped və pedaqoqların iştirakı ilə uşağın öyrənilməsinə kompleks yanaşma;

2. Aşkar edilmiş psixi fəaliyyət pozğunluqlarının sistemli və keyfiyyətcə təhlili;

3. Uşağın yaş xüsusiyyətlərinin və “yaxın inkişaf zonası”nın nəzərə alınması.

Psixi inkişafda geridə qalan uşaqlarda görmə qavrayışı və əyani – obrazlı təfəkkürün inkişaf səviyyəsini müəyyən etmək məqsədilə tətbiq olunan metodikalardan biri S.Rozentsbeyq testinin uşaq variantıdır. Bu testlə iş zamanı uşaqlara kifayət qədər stimullaşdırıcı kömək göstərilə bilər. Uşaq tapşırığı düzgün həll edə bilmədikdə, ona ikinci dəfə cəhd göstərmək, yanlışlıq təkrarlandıqda isə üçüncü dəfə cəhd göstərmək təklif olunur. Psixi inkişafda geridəqalan uşaqlarda impulsivlik yüksək olduğuna və onlar tapşırığa zəif bələdləşdiyinə görə bu cür istiqamətləndirici kömək tamamilə təbii hesab olunur.

Test tapşırığı uşaq tərəfindən birinci cəhd zamanı düzgün həll edildikdə 1 bal, ikinci cəhd nəticəsində həll edildikdə 0,5 bal, üçüncü cəhdə görə isə 0,25 bal verilir. Bütün balların cəmi yekun olaraq ikinci və üçüncü cəhdlər nəticəsində toplanmış balları cəmləməklə hesablanır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin