Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Qrup şəklində konsultasiyaların təşkili üçün psixoloq aşağıdakı nümunədə təxmini plan tərtib edə bilər



Yüklə 0,94 Mb.
səhifə58/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
Qrup şəklində konsultasiyaların təşkili üçün psixoloq aşağıdakı nümunədə təxmini plan tərtib edə bilər:

1. Tərbiyədə pedoqoji takt nə deməkdir?

2. Pedaqoji taktın vacib şərtləri:


  • uşaqları yaxşı tanımaq, onların davranış motivlərini öyrənmək;

  • tələbkarlıqda və məhəbbətdə ölçü hissini gözləmək;

  • uşaqlarla münasibətdə özünün hər bir hərəkətinin mümkün nəticələrini irəlicədən görməyi bacarmaq;

  • uşağın şəxsi ləyaqətinə hörmət bəsləmək, inam və tələbkarlığı uzlaşdırmağı bacarmaq;

  • valideynlərin tələblərinin uşaqların yaş və fərdi xüsusiyyətlərinə, onların hərəkətlərinin tonuna və xarakterinə uyğunluğu;

3. Tərbiyənin müxtəlif metodlarının (rəğbətləndirmə və cəzalandırma) tətbiqi zamanı pedoqoji taktın gözlənilməsi.

Konsultasiya başa çatdıqdan sonra psixoloq onun mətnini qısa tezislər mətnində öz iş otağındakı valideynlər üçün zonada yerləşdirməlidir.

Əgər psixoloq alınan məlumatdan əmin olsa ki, uşağın yaş böhranı uzanır və mürəkkəbləşir, birinci növbədə valideynlərə yaş böhranı anlayışını başa salmaqla yanaşı, böhranda uşağın cavabdeh olmadığını bildirməlidir.

Valideynlərə həm də məlumat vermək lazımdır ki, hər böhranı şərti olaraq üç hissəyə bölmək olar: köhnə idarəetmə dağılır, yenisi isə hələ formalaşmayıb; bu istiqamətdə iş asta gedir və yaxın zamanda keyfiyyət dəyişikliyinin yeni ilk görüntülərini gözləmək olar. Valideyn bu zaman xüsusən köhnənin dağılmasına mane olmamalıdır. Çünki dağılanın yerində yenisi ucalır. Valideynin belə bir vəziyyətlə barışması üçün onu inandırmaq çox mühüm şərtdir. Digər tərəfdən, valideyn öz etalonuna uyğun uşağın özünü aparması ilə bağlı olaraq ona nəinki təsir göstərməməli, əksinə, uşağa məhəbbətini nümayiş etdirməlidir. Valideyn, “kiçik addımlar”- la uşağa yanaşmalı, uşaqda gələcəyə inam yaratmalıdır.

Bu konteksdə xüsusi diqqət yetirmək lazımdır ki, uşaq sözügedən böhran dövründə nəinki sevgi hissləri qəbul etsin, həm də ətrafdakılara öz sevgisini versin. Hər bir böhrün uşağın öz daxili aləminə dərindən yeni baxışı ilə bağlıdır. Bu baxış potensial imkanlarını reallaşdırmaq, başqalarına nəyə qadir olduğunu təsdiq etmək üçün lazımdır.

Valideynlər yadda saxlamalıdırlar ki, uşaq bir tərəfdən sərbəst olmağa can atır, həmişə bu sərbəstliyə istiqamətlidirsə, digər tərəfdən, onu tam reallaşdıra bilmir. Deməli, uşağa bu sərbəstlikdən düzgün istifadə etmək qaydaları öyrədilməlidir. Bu dövrdə tərbiyənin mühüm elementi sərbəstliyin valideyn və uşaq tərəfindən identik düşünülməsidir. Məsələn, uşağın sərbəstliyi dedikdəvalideyn mənzili sahmana salmağı, uşaq isə nə vaxt istədi yatmağı, musiqiyə qulaq asmağı nəzərdə tutursa, deməli, konflikt qaçılmazdır.

Sonda qeyd etmək yerinə düşərdi ki, yeniyetmə dövrün yaş böhranı zamanı valideyn üçün uşaqla ümumi dil tapmaq sonuncu şans kimi qiymətləndirilir. əgər uşaq görsə ki, o, başa düşülür, deməli, gələcəkdə valideynlə birgə anlaşma təmin edilib, əks təqdirdə anlaşılmazlıq getdikcə dərinləşərək dəfedilməz maneəyə çevrilə bilər. Psixoloqun vəzifəsi məhz birincisini təmin etməkdə valideynlərə köməklik göstərməkdədir.

Məktəb psixoloqunun valideynlərlə işi bir neçə istiqaməti əhatə edir;



  • ailə situasiyasına müdaxilə etmədən uşağın tərbiyəsində ailənin təsirini artırmaq üçün əməkdaşlıq mühitinin yaradılması;

  • uşaqların aktual həyat problemləri ilə əlaqədar maarifləndirmə və konsultasiya işləri;

  • valideynlərin sorğuları əsasında uşaq -valideyn ünsiyyəti məsələləri ilə bağlı konsultasiyaların keçirilməsi;

  • valideynlərin psixoloji cəhətdən himayə edilməsi.

Psixoloqun ailə ilə işi ailəyə sistemli dinamik model kimi yanaşmağı tələb edir. O, valideynlərin mövqelərinə və problemlərinə həssaslıq və hörmətlə yanaşmalı, müxtəlif söhbətlər və sorğular keçirməklə onların problemlərini öyrənməli, təhlil etməli, düzgün məsləhət və tövsiyələr verməlidir. Bu istiqamətdə aparılan işlərin sistemində uşağın inkişaf xüsusiyyətlərinin öyrənilməsi, əhəmiyyətli yer tutur. Psixoloq bu məqsədlə valideynlərlə aşağıdakı tipli anket sorğuları keçirə bilər:


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin