Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Təşkilati məsələlərlə bağlı aparılan



Yüklə 0,94 Mb.
səhifə68/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   62   63   64   65   66   67   68   69   70
Təşkilati məsələlərlə bağlı aparılan.

Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s.bu kimi məqamlara aydınlıq gətirmək daxildi.

Psixoloq konsultant psixoloji konsultasiyada “etik kodeks”ə riayət etməlidi.”Etik kodeks” psixoloji konsultasiyada pasiyentə peşəkar yardım göstərmədə mühüm bir məqamdı ki, bunu da hər bir peşəkar psixoloq fəaliyyətində əsas götürməlidir.Etik kodeksə əsasən aşağıdakılar aid edilir.Psixoloq-konsultant pasiyentə konsultasiya prosesi haqqında tam şəkildə informasiya verməlidir.Məxfilik məsələsini birinci görüş zamanı müzakirə etmək lazımdır.
T.D.Marsinkovskaya qeyd edir ki, “Uşaq bağçası” şəraitində psixoloji məsləhətvermə-psixoloqun təklifedici xarakterə malik psixoloji köməyə ehtiyacı olan insanlarla kommunikativ qarşılıqlı təsir sistemidir.Məktəbəqədər tədris müəssisələrində məsləhətvermə onun funksiyasının xüsusiliyi ilə mütənasiblikdə yalnız uşağın problemləri, onun inkişaf xüsusiyyətləri ilə əlaqədər keşirilməlidir.Ona görə də təsiretmə dolayı yolla valideyn və pedaqoqların vasitəsilə həyata keçirilir.
Məsləhətvermə proseduru standart olur:

c)Salamlaşma;

d)Müraciətin səbəbinin aydınlaşdırılması;

e)Gözlənilən nəticənin aydınlaşdırılması;

f)Qısa xülasə, problemin həlli variantların işlənilməsi;

g)Gözlənilən nəticəni əldə etmək üçün müştərinin hərəkətlərinə və qərarına düzəliş vermək.


Təhsil sistemində konsultasiya prosesi zamanı “ciddi dəlili olmayan” müştəri ilə işləmək geniş yayılmışdır.Belə situasiya psixoloq şəxsi təşəbbüsü əsasında həll olunmuş problemlərə qayıdış cəhədində özünü göstərir.Yeni fəaliyyətə başlayan psixoloqların məsləhətvermə sahəsində çox vaxt təcrübələri olmadığından əziyyət çəkirlər.Bu problemin büruzə verməsi tədris sistemində mövcud olan boşluqla əlaqədardır.Bununla belə, problemlər bilavasitə iş prosesində həll edilir.Konsultasiya prosesində bir neçə məqamları yadda saxlamaq lazımdır.
Problemin səbəbi aydın görünsə belə, nəticə çıxarmağa tələsmək olmaz.Aşağıdakı qaydalara nəzər salaq:
1. Savadlı psixoloq-konsultant müştərisinə qərarının həllini tapmağa kömək edir;

  1. Konsultasiya prosesində məsləhət vermək olmaz.Psixoloq bununla da müştərinin verdiyi qərarın məsuliyyətini öz üzərinə götürür;

  2. Daha səmərəli strategiya-mövqelərin bərabərliyini təmin edən əməkdaşlıq;

  3. Konsultasiya şəxsən uşağın qohumları ilə deyil, bilavasitə tərbiyəsi ilə məşğul olan insanlarla aparılır.

  4. Əgər müştərini situasiyanın nəticələri razı salırsa, “özünə əziyyət vermək” lazım deyil, enerjini qorumaq lazımdır.

Nəzəri hazırlığın səviyyəsinin artırılması üçün bu ədəbiyyata müraciət etmək olar.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin