yaradıcılığının riyazi texnologiyası üzrə elmi nəzəriyyəyə istinad edir. Psixodiaqnostika bu
yolla konkret praktik məsələlərin həlli üçün psixodiaqnostik metodikaların repertuarını yaradır
və onlardan istifadə edir. Bu metodikalarda psixoloji diaqnozun qoyulması sınanılan şəxs
haqqında kifayət qədər sürətli və etibarlı şəkildə məlumatların əldə edilməsini təmin edir.
Psixoloji diaqnoz – şəxsiyyətin qabiliyyətləri, motivləri kimi davamlı xüsusiyyətlərin ilk
kompleks qeydə alınmış formasıdır. Psixodiaqnostikanın əsas məqsədi fərdin psixi və şəxsi
inkişafını tam təmin etməkdən ibarətdir. Psixodiaqnostik müayinənin nəticələri əsasında
qoyulmuş diaqnoz nəticə olaraq öyrənilən keyfiyyət və ya xüsusiyyətin inkişaf etdirilməsi və ya
korreksiyası haqqında mütəxəssislər üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur ki, bunun
əsasında pedaqoq, tərbiyəçi və praktik psixoloqlar inkişafetdirici tədbirləri həyata keçirirlər.
Dostları ilə paylaş: |