növlərində müvəffəqiyyətinin zəruri şərtidir. Yüksək idrak qabiliyyətlərinə malik olan uşaq
geniş məlumatlılığa, zəngin lüğət fonduna və təxəyyülə, məntiqi mühakimə qabiliyyətinə, tənqidi
təfəkkürə, inkişaf etmiş intuisiyaya malik olan uşaqdır. Qabiliyyətli uşaqlar ətraf xarici aləmə
qarşı olduqca həssas olur, hər şeylə maraqlanır, praktik əhəmiyyətli məsələlərə üstün əhəmiyyət
verirlər. İxtiyari diqqət, yaxşı hafizə, davamı maraqlar, qarşıya qoyduğu məqsədə çatmaq üçün
təkidlilik onları səciyyələndirən ən əsas xüsusiyyətlərdir. İdrak qabiliyyətlərinin üstünlüyü ilə
yaşıdlarından fərqlənən uşaqlarda dərin və çoxcəhətli maraqların olması diqqəti cəlb edir. Belə
uşaqlar uğursuzluqdan olduqca qəmgin olur, sarsıntı keçirirlər. Onlar ətrafda baş verən hadisələrə
həssas və tədqiqatçı münasibəti ilə yanaşırlar. Çətin və mürəkkəb məsələlərin həllinə həvəslə
qoşulan qabiliyyətli uşaqlarda müstəqillik meyli güclü olur. Onlarda ədalət hissi, haqqın
tərəflərini tutmaq təşəbbüsləri, ayrı-ayrı fəaliyyət növlərində, xüsusilə ünsiyyət prosesində
özünüaydın biruzə verir. Onlar canlı təxəyyülə, zəngin fantaziyaya malik olsalar da, səbrsizlik və
dözümsüzlük kimi hallar belə uşaqların emosional-iradi sferasında üstün xüsusiyyətlər kimi
nəzərə çarpır. Küyə və qorxuya düşmə, yaşıdları ilə ünsiyyətə qoşulmaqda çətinliklərin olması
onların çox vaxt qapalılığına səbəb olur.
Məktəbdə təhsil alan şagirdlərin sırasından üstün qabiliyyətli uşaqların müəyyən edilməsi,
onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə yönəldilən pedoqoji səylərin səmərəliliyi
psixoloqun həyata keçirdiyi diaqnostik işlərin nəticəsi olaraq verdiyi rəylərdən və tövsiyyələrdən
əhəmiyyətli dərəcədə asılıdır. Psixoloq belə rəyləri tərtib etməzdən əvvəl nəzərə almalıdır ki,
fiziki və psixi cəhətdən sağlam və normal olan hər bir uşaq yaxşı qabiliyyətlərin
formalaşdırılması üçün müəyyən potensial qabiliyyət sahibidir, ona görə də, əsas məsələ heç də
qabiliyyətin indiki anda olub-olmaması deyil, əksinə, mövcud təbii imkanların məhv olmasının
qarşısının alınmasından ibarət olmalıdır. Psixoloqun bu istiqamətdə aparacağı işlərin sistemi
Dostları ilə paylaş: |