qabiliyyətlərin psixodiaqnostikasını həyata
keçirən psixoloq ilk növbədə uşaqda artıq formalaşmış qabiliyyətlərin səviyyəsini, onları
şərtləndirən təbii imkanların xarakterini müəyyənləşdirməyə, təlim və tərbiyə proseslərinin
qabiliyyətlərin formalaşmasına təsir imkanlarını araşdırmağa xüsusilə diqqətlə yanaşmalıdır.
Psixoloq müvafiq metodikaların köməyi ilə uşaqların həm ümumi, həm də xüsusi
qabiliyyətlərini müəyyənləşdirmək imkanına malik olmalıdır. Bu məqsədlə ümumi və xüsusi
qabiliyyət testlərindən istifadə etmək məqsədəuyğundur.