ilkin psixodiaqnostika adlanır.
İlkin psixodiaqnostika müəyyənedici xarakter daşıyır. Onun nəticələri əsasında ayrı-ayrı
uşaqlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsi müəyyənləşdirilir, sonrakı mərhələdə isə,
onların maksimum səviyyədə inkişafını təmin edə biləcək inkişafetdirici proqramlardan fərdi və
qrup halında istifadənin imkanları müəyyənləşdirilir.
Tövsiyə olunan inkişafetdirici proqramlar uşaqların yaradıcı qabiliyyətlərinin, intelektual
təşəbbüskarlığının, tənqidi təfəkkürünün, sosial –mənəvi və liderlik keyfiyyətlərinin aşkara
çıxarılmasına xidmət etməlidir. Qabiliyyətlərin müəyyən edilməsinə yönəldilmiş təlim
materialları orta məktəbin ümumi təlim proqramlarına daxil edilmiş məzmundan fərqlənməli,
özünün mürəkkəbliyi, yeniliyi və cəlbediciliyi baxımdan seçilməlidir. Belə proqram
materiallarına daxil edilən tapşırıqlar məzmunca dərin və düşündürücü olmaqla yanaşı, şagirdə
fərdi uğurlarını nümayiş etdirmək, ünsiyyət və şəxsiyyətlərarası sferaya aid imkanlarını sınaqdan
çıxarmağa şərait yaradır. Uşaqların yaradıcı qabiliyyətlərinin inkişafını “əgər...olsaydı, onda nə
Dostları ilə paylaş: |