Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya



Yüklə 152,92 Kb.
səhifə11/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   7   8   9   10   11   12   13   14   ...   81
2). Geştalt nəzəriyyəsi: Geştaltpsixologiya istqaməti XX əsrin 20-ci illərində Almaniyada yaranmışdır. Onun yaradıcıları M.Veytqeymer, V.Keler, K.Koffka və K.Levindir. Geştaltpsixologiya ilə bağlı ilk əsər 1912-ci ildə Veytqeymer tərəfindən çap olunsa da onun rəsmi yaranma tarixi I dünya müharibəsindən sonraya aid edilir. Digər nəzəriyyələrdən fərqli olaraq geştaltpsixologiyanın nümayəndələri psixologiyanın predmetinə psixikanın məzmunu, idrak prosesləri, eləcə də şəxsiyyətin inkişaf dinamikası və strukturunu aid edirdilər.Bu nəzəriyyənin başlıca ideyası ondan ibarətdir ki, psixikanın əsasında şüurun ayrı-ayrı elementləri deyil, bütöv geştaltlar durur. Geştalt fəlsəfəsinə görə adam öz ehtiyaclarını ödəmək üçün ətrafıyla bir uyğunlaşma meydana gətirməyə çalışmaqdadır.Bu səbəblədir ki Geştalt yanaşması çalışarkən adam mərkəzə alınmaqla birlikdə ətrafı ilə olan qarşılıqlı təsiri də bütüncül bir şəkildə ələ alınmaqdadır. Geştalt terapisinin məqsədi, adamın o anda etibarlı olan təcrübəsini yəni nə istədiyini, nə etdiyini, necə etdiyini, nə hiss etdiyini açıq olaraq qəbul etməsini təmin edərək fərqliliyini artırmaqdır. Müalicənin hər mərhələsindəki fərqindəlik; ətrafı bilmə, seçki etmənin məsuliyyətini alma, özünü bilmə və qəbul etmə bacarığıdır. Başqa bir deyişlə özü ilə və ətrafıyla təmas qura bilmə bacarığıdır.Geştaltpsixologiya ilk, həm də uzun müddət yeganə psixologiya məktəbi idi ki, şəxsiyyətin keyfiyyətləri və strukturunu eksperimental yolla öyrənmişdir. Geştaltpsixologiya nəzəriyyəsinin nümayəndələri Maks Vertqeymer, K.Koffka, V.Keler, Kurt Levini göstərmək olar. K.Koffka (1886-1941) uşağın ətraf mühiti necə qavradığını və davranışının ondan asılılığını öyrənir. Koffkaya görə, psixi inkişaf prosesi 2 paralel prosesdən – yetkinləşmə və təlimdən asılıdır. O göstərirdi ki, bu proseslər bir-birindən asılı deyil. Koffkanın tədqiqatları göstərdi ki, uşaq doğularkən xarici mühiti dumanlı və obyektə adekvat olmayan şəkildə qavrayır. Çağa insan surətini dumanlı qavrayır. Səs, sifət, saç, hərəkət geştaltları tədricən qavranılır. Yalnız 6 aylıqdan sonra dumanlı surətlər tədricən aydınlaşır. Oxşar tədqiqatlar digər tanınmış bir alim V.Keler (1887-1967) intellektual inkişaf üzərində aparır. Keller uşaqlarda təfəkkür prosesinin tədqiqi ilə bağlı çoxsaylı eksperimentlər aparır. Eksperimentlər zamanı o, psixi inkişaf və təlimin də rolunu müəyyənləşdirdi.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin