Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Vərdiş, mümarisələr və bacarıqlar



Yüklə 152,92 Kb.
səhifə30/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   26   27   28   29   30   31   32   33   ...   81
4). Vərdiş, mümarisələr və bacarıqlar. Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda mü­vafiq vərdişlərbacarıqlar yaranır və onun həmin fəaliyyəti məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.İnsan hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu tənzim etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə başlayır, başqa sözlə həmin işin icrası bir növ avtomatlaşır. Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cürqismən avtomatlaşmışünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır, yalnız onların icra tərzləri avtomatlaşmış olur. Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsullarıdəyişilir. Nəticə­də insanın diqqəti iş üsullarını qavramaqdan azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. Bu zaman o, yalnız təyyarəni hansı üsulla yerə endirməyi planlaşdırır. İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsipsixologiyada antisipasisiya adlanır. Vərdişlər və mümarisələr. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, fəaliyyətin mənimsənilməsi bacarıq və vərdişlərlə nəticələnir. Bunun üçün biz fəaliyyət zamanı icra etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) təkrar etməli oluruq. Lakin hər cür təkrar fəaliyyətin mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz. Bunun üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. Mümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına, başqa sözlə iş və fəaliyyətinmənimsənilməsinə gətirib çıxarır. Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur. Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır. Məktəb təcrübəsi göstərir ki, ayrı-ayrı dərslərdə çox vaxt müəllimlər şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri icra etməyi tapşırırlar. Bu cür çalışma və mümarisələr onların tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur. Tətbiq olunan mümarisələrin miqdarı öyrənilən materialın xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir. Vərdişlərin yaranmasının digər qanunauyğunluğu onun tərəqqisitənəzzülündə özünü göstərə bilir.Hər hansı bir vərdiş hər hansı bir fəaliyyətə nə qədər çox, tez-tez tətbiq olunarsa və həyatda təkrar edilərsə o bir o qədər avtomatlaşmış və möhkəm olur. Əksinə əldə edilmiş vərdişdən uzun məddət fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdişlər get-gedə sönür, tənəzzülə uğrayır. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, insan hər hansı bir yeni vərdişə yiyələnərkən istər-istəməz belə bir qanunauygunluqla qarşılaşır: yeni məsələ ilə rastlaşan insan fəaliyyət zamanı artıq onda yaranmış, formalaşmış olan priyomlardan istifadə etməyə çalışır. Bu zaman insan artıq əvvəllər oxşar məsələlərin həllində tətbiq etdiyi priyomları yeni məsələnin həlli prosesinə keçirir. Burada fəaliyyət priyomlarının keçirilməsinin məvəffəqiyyəti öz həlli üsulları nöqteyi-nəzərindən həmin məsələlərin oxşarlığının nə qədər düzgün qiymətləndirilməsindən asılıdır. Məhz buna görə də həmin işlərin məqsədləri və obyektləri insan tərəfindən oxşar kimi qavranıldıqda, lakin həmin işlərin icra, nəzarət və mərkəzi tənzimolunma üsulları fərqləndikdə vərdişlərin mənfi keçirilməsi və ya interferensiya hadisəsi baş verir. Məsələn, kiril əlifbası ilə yazı vərdişlərinə yiyələnmiş adam birdən birə latın əlifbası ilə (latın qrafiki) yazmağa başladıqda ciddi çətinliklə qarşılaşır. Bu cür ləngimənin və ya interferensiyanın baş verməsinin əsas səbəbi əvvəl yaranmış vərdişin fəaliyyətə başlamasını təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A qıcıqlandırıcı və B reaksiyası arasında möhkəm şərti refleks-assosiasiya yaranmış olarsa, onda həmin A qıcıqlandırıcı ilə yeni B hərəki reaksiyası arasında assosiasiyanın yaranması çətinləşəcəkdir. Bu zaman assosiativ ləngimə və ya interferensiya özünü göstərəcəkdir. Psixoloji ədəbiyyatlarda interferensiyanın başqa növü­nün də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki, yeni vərdiş bu və ya digər şəkildə yarana və möhkəmlənə bilər. Lakin, hər halda, həmin yeni vərdişin tətbiqi lazım gəldikdə onun tətbiqinin ya ləngiməsi baş verə bilər, ya da yeni vərdişin əvəzinə əvvəl yaranmış, indiki halda lazım olmayan vərdiş özünü göstərə bilər. Bu zaman bir növ interferensiya reproduktiv ləngimə şəklində özünü göstərir. Çox vaxt şagirdlərin indi keçdikləri qayda əvvəl keçdiklərinə və əksinə, əvvəl keçdikləri qayda hal-hazırda keçdiklərinə ləngidici təsir göstərir. Adətən, bu hal ən çox mənimsəmənin ilk mərhələsində özünü göstərir. Bu cür hal psixologiyada retroaktiv və proaktiv ləngimə kimi qeyd olunur. Bəzən belə hal müəllimləri təəccübləndirir. Şagird öyrəndiyi qaydanı çox gözəl izah edir, qaydanı yazıya tətbiq etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda keçərkən buna aid yenicə yaranan müvəqqəti əlaqələrin təsiri altında əvvəlkinə aid səhvlərə yol verməyə başlayır. Bu cür halda retroaktiv ləngimə özünü göstərir. Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdiş­­lərlə yanaşı bacarıqlar da formalaşır. Bacarıqlar – qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. Vərdişlərdən fərqli olaraq bacarıqlar həmişə fəal əqli fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil edir. Zəruri əqli nəzarət bacarıqları vərdişlərdən fərqləndirən başlıca cəhətdir. 5).Fəaliyyətin növləri:Fəaliyyətin 3 növü var. oyun, təlim və əmək. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər. Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla əlaqədar olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tipli oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları inkişaf etdirilir. Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir. İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin