2). Təfəkkürün növləri: Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir
Nəzəri təfəkkür, öz predmetinin qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir, birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır bilik formaları anlayışlar, hökmlər, əqli nəticələrdir.Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir.Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir.Onlar arasında fərq nisbidir.