2).Hisslərin funksiyası: Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir:siqnal, tənzimetmə və kommunikativ funksiya.Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik.Bundan sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə müəyyən dəyişikliklər edirik.İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir.Bu hisslərin tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspressiyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.Beləliklə, həmin kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn: kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verirş müxtəlif şəkildə keçirilə bilir.