3). Hisslərin keçirilmə formaları: Hisslərin keçirilmə formaları: Hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya. Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət təsirini göstərə bilir. Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Frustrasiya.Frustrasifa - (latınca frustrasio – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır.Depresiya - insan özünə, öz daxili aləminə qapanır, kənar təsirlərə əhəmiyyət vermir. Depresiya hərəkət reaksiyasının və intellektual fəaliyyətin ləngiməsi, psixi vəziyyətin zəifləməsi ilə təzahür edən mənfi emosional hələtdir. Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər. Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s. Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur. Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür. Empatiya -başqa adamları başa düşmək, anlamaq, onların emosional vəziyyətinə şərik olmaqdır Ambivalent –ikili hisslərdə razılıq və narazılıq birləşir, biri digərinə keçə bilir. Məs: qısqanclıq insanda məhəbbət və nifrət hissinin birləşməsini meydana çıxarır.
Dostları ilə paylaş: |