Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Xarakter haqqında tədqiqatların əsas istiqamətləri



Yüklə 152,92 Kb.
səhifə65/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   61   62   63   64   65   66   67   68   ...   81
2). Xarakter haqqında tədqiqatların əsas istiqamətləri: Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipo­logiyasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə məxsusluğu ara­sında bağlılıq haqqında elm-fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmişdir.XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran­mağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarak­terinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və özünü müdafiəyə meyillilyi qeyd etmək olar. XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy­yə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar;- 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli, hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar, fəal, inadkar).orta səviyyə - ətraf mühitdə öz yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar-1) praktik olmayan nəzəriyyəçilər,idealistlər (alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər – realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti dəyişdirməyə çalışan insandır.- Bu insanlara şüurluluq, ruhi duyğuların uzlaş­ması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak­terin daha dəqiq anlaşılmasına gətirib çıxardı. E.Fromm adamları bir şəxsiyyət kimi dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.E.Fromun fikrincə mazoxist tipə malik olan adam uğur­suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü­nü günahkar sayır.Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcüd şəraitə uyğunlaşır.Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.

K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coş­qunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anar­xist tiplərə də ayırmaq olar. İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın xarakterinin formalaş­masından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur. Xarakter əlamətləri çoxdur aşağıdakı kimi xarakterizə edirlər.1) Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik,doğruçuluq, kobudluq,qayğıkeşlik, tələbkarlıq. 2) Əməyə münasibəti ifadə edən xarakter əlamətləri:-əməksevərlik, tənbəllik, məsuliyətlilik.3) İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, şöhrətpərəstlik. 4) Şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, pintilik, qayğıleşlik.




Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin