Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə təmasə az həvəsliliyə , mübahisələrə və söyüşə meyillidir; Ləngiyən tip – orta ünsiyyət, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir.
Pedant (xırdaçı) tip – münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə meyllilik xüsusiyyətlərinə malikdir.
Həyəcanlı tip – ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az halarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyllidirlər.
Dostları ilə paylaş: |