Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Mövzu: Psixologiyanın əsas nəzəriyyələri və onların inkişafı



Yüklə 152,92 Kb.
səhifə10/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   6   7   8   9   10   11   12   13   ...   81
Mövzu: Psixologiyanın əsas nəzəriyyələri və onların inkişafı

İxtisas: Tarix müəllimliyi

Kurs: I

Fənn: Psixologiya

Mövzu: V

Ədəbiyyat siyahısı:

  1. Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.

  2. Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014

  3. Bayramov Ə.S. Şəxsiyyətin aktual psixoloji məsələləri. Bakı, 1981.

Plan:

  1. XX əsrdə yaranan əsas psixoloji nəzəriyyələr. Biheviorizm və Neobiheviorizm nəzəriyyəsi.

  2. Geştalt nəzəriyyəsi.

  3. Ziqmund Freyd və Psixoanalitik nəzəriyyə(dərinlik) və inkişafı.

  4. Koqnitiv, humanistik, genetik nəzəriyyə.

Müəllim: Aygün Rüstəmova

E-mail adresi: aygun-rustemova@inbox.ru

1). XX əsrdə yaranan əsas psixoloji nəzəriyyələr. Biheviorizm və Neobiheviorizm nəzəriyyəsi: Şəxsiyyət haqqında əsas nəzəriyyələr bunladır. 1.Biheviorizm nəzəriyyəsi: Biheviorizmin yaradıcısı Amerika alimi C.Uotson hesab olunur. 1913-cü ildə onun “Psixologiya biheviorist onu necə görür?” adlı əsəri çap olunur. Bununla da biheviorizmin əsası qoyulur. Biheviorizmin tədqiqat predmeti davranış idi və onun adı da buradan götürülmüşdür. Biheviorstlər davranışla bağlı orqanizmin ətraf mühitə daxili stimulunu, reaksiyasını başa düşürdülər. Psixologiya isə insan davranışını öyrənməlidir. Biheviorizmin əsas prinsipi S-R (stimul-reaksiya) formulasında əksini tapmışdır. Biheviorizmin yaranması dövrün, zamanın, xüsusilə, ABŞ-da sənayenin sürətli inkişafının tələbi idi. Biheviorstlərə görə, insan daxili aləmi olmayan, şüursuz, xarici təsirlərə cavab reaksiyası verən maşındır. Ona görə də insanı sənayenin inkişafına, Amerika həyat tərzinin tələblərinə uyğun şəkildə formalaşdırmaq mümkündür. Onlara görə, stimullar kompleksi lazım olan standart, şablon reaksiyalar formalaşdırmalıdır.Klassik biheviorstlər qaşılarına nəzəri baxımdan universal və hərtərəfli, çoxşaxəli məqsəd qoymuşdular. Lakin bunların praktikada həyata keçirilməsi o qədər də asan deyildir. Biheviorstlər hesab edirdilər ki, davranışın əsasını stimul və reaksiya arasındakı qarşılıqlı əlaqə təşkil edir və davranışın əsasında biogenetik(irsi) amillər deyil, sosiogenetik (ətraf mühit) amillər durur. Uotson sübut etməy çalışırdı ki, insan psixikasında anadangəlmə davranış aktları mövcud deyil. Yalnız bir sıra sadə instinktiv davranışı çıxmaq şərtilə. Bihevioristlər öyrənmənin həyat şəraitindən asılılığını əsas götürərək yaş dövrləri ideyasını qəbul etmirdilər. Hesab edirdilər ki, eyni yaş dövrünə daxil olan uşaqlar üçün ümumi qanunauyğunluğun olması mümkün deyil. Onlar sübut kimi müxtəlif yaşlı uşaqların məqsədyönlü təlim nəticəsində eyni işi görə, hətta oxşar nəticə əldə etmələrini göstərirdilər.Belə ki, onlar sübut edirdilər ki, məqsədyönlü təlim nəticəsində iki-üç yaşlı uşaqlar nəinki oxumağı, hətta yazmağı öyrənirlər.Deməli, dövrləşmə mühitdən asılıdır.Mühit necədirsə, uşağın inkişafı da ona uyğun olacaqdır. Biheviorizmin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərində Edvard Torndaykın (1874-1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878-1958) hesab olunur. Lakin o funksional məktəbin yaradıcısıdır. Doğrudur, onun yaradıcılığı biheviorizmin yaranmasının əsasını qoydusa da, biheviorizm nisbətən sonra yaranmışdır. Uotson belə qənaətə gəlir ki, nitq və təfəkkür eyni xassəyə malikdirlər. Yəni təfəkkür də nitq reaksiyasıdır və eyni əzələ hərəkəti lə müşahidə olunur. Uotson yazır: “Mənə eyni yaşda olan yüz uşaq verin. Mən müəyyən vaxtdan sonra onların hamısında eyni zövq və davranış formalaşdırım”. Neobiheviorizm nəzəriyyəsi: Biheviorizmin əsas müddəalarının şərhi, xüsusiləpsixikanın obyektiv tədqiqi ilə bağlı fikir ayrılığı konkret elmi problemlərin həlli ilə bağlı meydana çıxmağa başladı.U.Xanter və K.Leşli isə ilk eksperimentləri zamanı Uotsonun bir sıra ideyalarını şübhə altına aldılar. Xanter 1914-cü ildə eksperimental yolla ləngidilmiş reaksiyanı öyrənməyə başladı. K.Leşnin davranışın beyin mexanizmləri ilə bağlılığı sahəsində apardığı tədqiqatlarda sübut edirdi ki, mürəkkəb davranış aktları kompleks beyin rabitəsi ilə bağlıdır. Neobiheviorizmin ilk nümayəndələrindən biri E.Tolmen hesab olunur. O hesab edirdi ki, bütün canlılar üçün ümumi davranış qanunları mövcuddur və onlar özünü sadə davranış tərzində aydın şəkildə əks etdirirlər. Tolmen davranışın yalnız S-R formulu ilə öyrənilməsini yolverilməz hesab edirdi. Beləliklə, Tolmen S-O-R formulunu təqdim edirdi. Burada “O” daxili dəyişikliyi əks etdirir.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin