Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Koqnitiv, humanistik, genetik nəzəriyyə



Yüklə 152,92 Kb.
səhifə13/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   9   10   11   12   13   14   15   16   ...   81
4). Koqnitiv, humanistik, genetik nəzəriyyə: Genetik nəzəriyyə:Bu nəzəriyyənin əsasını Jan Piaje qoymuşdur. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipd ən asılılığını öyrənir. Piaje təfəkkürün inkişafında təlimin rolunu inkar etmirdi. Lakin təlimin roluna yanaşması, yaşlıların və mühitin roluna az əhəmiyyət verməsi digər psixoloqlar tərəfindən tənqid edilirdi. Piaje ilk dəfə uşaq təfəkkürünün özünəməxsus tərəflərini öyrəndi.Koqnitiv nəzəriyyə:Koqnitiv psixologiyada psixika koqnitiv reaksiyaların və reaksiyaların yalnız xarixi stimulların deyil, həm də daxili motivin dəyişməsilə baş verən proses kimi qəbul edilir. Koqnitiv psixologiyada alınmış məlumatların konkret və dəqiq təhlili aparılır. Humanist psixologiya:İlk yaradıcısı Q.Olportdur. Humanist psixologiyanın təşəkkül tapmasında Maslounun xidmətləri böyükdür. Humanist psixologiyaya görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, həm də daha ali tələbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizə tələbatları və s. kimi sırf insana məxsus olan tələbatlar aiddir (heterostaz prinsipi). Maslouya görə, insanı öz qabiliyyətini, potensialını nümayiş etdirməyə məhz bu sonuncular təhrik edir. İxtiyari bir fəaliyyət məhz bu tələbatdan meydana çıxır. Elə buna görə də humanist psixologiyanın mənəvi atası adlanır.Humanist psixologiyada əsas yeri insana inam, insanın özünütəsdiqi, özünüreallaşdırma, özünüdərk tutur.ABŞ –da yaransa da, Avropada daha çox öz təsdiqini tapdı.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin