Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


).Şəxsiyyət haqqında əsas nəzəriyyələr



Yüklə 152,92 Kb.
səhifə16/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   12   13   14   15   16   17   18   19   ...   81
3).Şəxsiyyət haqqında əsas nəzəriyyələr: Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yun­qun analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar. Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür. Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin