Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Şəxsiyyətin eksperimental nəzəriyyəsi



Yüklə 152,92 Kb.
səhifə18/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   14   15   16   17   18   19   20   21   ...   81
Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. . Burada birinci növbədə diqqəti cəlb edən Q.OlportQ.Merreyin persionoloji nəzəriyyəsidir..Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir.Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir.İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun­müddətli inkişaf prosesinin nəticəsidir.Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən»,«ideal mən» və «sosial mən» obrazlarını aid etmək olar. «Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. «İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur.Burada insanın özü haqqında idealları xüsusi yer tutur.«İdeal mən» obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can atır. «Sosial mən» digər mən – obrazlardan fərqlənir.Burada insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər?Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxış edir.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin