Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


)Psixi hadisələr və onların qrupları



Yüklə 152,92 Kb.
səhifə4/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   2   3   4   5   6   7   8   9   ...   81
2)Psixi hadisələr və onların qrupları: Psixi hadisələrin təsnifi və onunstrukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr. Psixiproseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. Psixi hadisələr özləri də 3 yerə ayrılır: idrak proseslər, emosional proseslər, iradi proseslər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqinda məlumatlarin qavranılmasi və işlənməsi ilə bağli olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür,təxəyyülü aid etmək olar. Emosional proseslərə insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir. Emosional proseslərə sevinc, kin, kədər, məhəbbət daxildir. İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri aradan qaldırmaq, öz davranışını idarə etmə şəraitində aydın şəkildə göstərir. İradi proseslərə qərar qəbulu, çətinliklərin aradan qaldırılması, motivlər mübarizəsi, davranışı idarə eləmək daxildir. Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənirlər. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. aid etmək olar. Psixi halətlərə dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq daxildir. Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələrini aid edirlər. Şəxsiyyətin psixi xassələri özlərininyüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki,bu xassələrin inkişaf səviyyəsi, eləcə də psixi proseslərininkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın təkrarolunmazlığını, fərdiyyətini təmin edir. Psixiproses termini psixi faktın prosessuallığmı, dinamikasını nəzərə çapdırır. Misal: əlimə tikan batdı. Ağrı duyğusu əməle gəldi. Ağrı davam etdi ve müəyyən müddətdən (10 saniyədən, 5 dəqiqədən, bir ve ya bir nece saatdan) sonra kəsildi. Psixi h a 1 ə t termini psixi faktın nisbi davamlılığını bildirir. Misal: tələbə qız küçədə yoldaşları ilə şit hərəkət edirdi. Bir də gördü ki, əmisi о biri küçədən keçir. о, - utandı ve tez özünü yığışdırdı. Ancaq hiss etdi ki, emisi onun küçədə şit hərəketini gördü. Qızın nə isə qanı qaraldı ve bu bir nеçə gün davam etdi. Psixi xassevəya psixi xüsusiyyət tərmi­ni isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Misal: iki şagird təsəvvür edin. Biri tənbəldir, digəri əməksevərdir. Biri oturduğu yerdən ayağa qalxmaq istəmir, о biri isə işdən doymur. Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir elm kimi belə tərif vermək olar: psixologiya obyektivgerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin