Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya



Yüklə 152,92 Kb.
səhifə47/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   43   44   45   46   47   48   49   50   ...   81
Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox dərəcədə əyani – hissi obrazlarla qarışır. Anlayışlar və obraz- təsəvvürlər bu təfəkkür növündə ayrılmazdır.İnsan təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz, o, həmçinin təkcə hissi-əyani obrazlarla, anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz

Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur.Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə bağlayır.Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün zəruridir.

Təfəkkürün bu növündən istifadə etdikdə adam qav­radığı cisim və hadisələrin, icra etmiş olduğu praktik işin surəti əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir.Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi­zədən əldə edir, sonra dəyişdirir.Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir.Ona görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də adlandırırlar.Bəşəriyyətin tarixi inkişafı prosesində birinci növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir.Üç yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarakter daşıyır.Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək inkişaf etmiş növüdür.Adətən məktəb yaşı dövründə praktik təcrübə əsasında, ilk dəfə sadə şəkildə olsa da, mücərrəd təfəkkür yaranır və inkişaf edir.Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir. Təfəkkür xarakterinə görə nəzəri ,praktik; genişlənməsinə görə -diskursiv, intuitive;, Yeniliyinə görəreproduktiv, produktiv ola bilir.




Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin