Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Təfəkkürün formaları və fərdi xüsusiyyətləri



Yüklə 152,92 Kb.
səhifə48/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   44   45   46   47   48   49   50   51   ...   81
3). Təfəkkürün formaları və fərdi xüsusiyyətləri: Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə. Məfhum (anlayış) cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır.Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir.Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir. Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyəaid olur.Məsələn, «Günəş», Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xasolan mühüm əlaməti əks etdirir.Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur.Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır.Məsələn, «ev», «ağac» məfhumları konkret məfhumlardır.Mücərrəd məfhumlar isə bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s. Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır. Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və s. növləri də vardır.Əqli nəticə -vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəbfikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır.Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır.Əqli nəticənin əsas qiyməti bundadır.Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı olaraq adamlar ağlın keyfiyyətlərinə görə bir-birlərindən daha çox fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi, tənqidiliyi və s. Aid etmək olar.Ağlın dərinliyi cisim və hadisələr arasındakı və onların daxilindəki ən əsas, başlıca əlamətləri tapmaq bacarığından ibarətdir. Dərin ağla malik olan adam zəruri sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və hadisələri dərindən və hərtərəfli öyrənir.Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət keyfiyyətlərdəndir.Bu keyfiyyət xüsusilə insandan ani bir vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziy­yətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiy­yətinin meydana gəlməsinə səbəb olur.Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir.Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz bu cür müstəqillikdə öz əksini tapır.Həmin keyfiyyətə malik olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur.Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur.Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı uğun­suz­luğu asan­lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin