3). Temperamentin tipləri: 1. Sanqvinik temperament tipi -nə aid olan insan sanqvinik adlanır. Bu temperamentin əsasını sinir sisteminin qüvvətli, müvazinətlı, mütərəqqi yəni cəld tipi təşkil edir. Sanqvinik üçün səciyyəvi olan xüsusiyyətlər:reaktivlik, yüksək fəallıq, aktivliyin və reaktivliyin müvazinatda olması, reaksiyalar tempinin yüksəkliyi, davranışın yüksək plastikliyi onlara yeni adamlara tez alışmağa, bir işdən digərinə tez keçməyə imkan verir; xarici qıcıqlara olduqca həssasdırlar. Onların mimikası mütəhərrik və ifadəlidir. Əhval-ruhiyyələrini, insanlara və obyektlərə münasibətlərini üzlərindən oxumaq olar. Daim vəziyyətlərini dəyişir, əllərində nə isə oynadır, sürətlə yeriyir və tez-tez danınışırlar. 2.Xolerik temperament tipi– nə malik olan insan xolerik adlanır. Xolerik temperamentin fizioloji əsasını sinir sisteminin qüvvətli, müvazinətsiz (oyanma üstün olan) tipi təşkil edir. Xolerik üçün səciyyəvi olan xüsusiyyətlər: coşğundur, sifəti çox ifadəlidir, maraqları və həvəsi sabit və davamlıdır, çətinliklər qarşısında özünü itirmir. Yüksək reaktivlik, aktivlik və reaksiyalara cəlb olması, lakin çox vaxt reaktivliyin aktivlikdən üstün olması nəticəsində hövsələsizlik, səbirsizlik, az plastik, lakin çox rigiddir. 3. Fleqmatik temperament tipi – nə malik olan insan fleqmatik adlanır. Fleqmatik temperamentin fizioloji əsasını sinir sisteminin qüvvətli, müvazinətli və ətalətli (asta) tipi təşkil edir.Fleqmatik üçün səciyyəvi xüsusiyyətlər:sakitdir, onu güldürmək, həyacanlandırmaq, hirsləndirmək o qədərdə asan deyil. O, əhvalını pozmadan öz işini davam etdirir. Ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız göz yaşı axıdır. Hərəkətləri və yerişi ləng və astadır. Verilən suala dərhal cavab vermir. Başqaları ilə çətin dostlaşır. Digər tərəfdən o, mehriban və istiqanlıdır. Sanqvinik və xolerikdən fərqli olaraq fleqmatikdə reaktivlik azdır yəni onu güldürmək və hirsləndirmək çətindir. Onun emosional oyanıqlığı azdır yəni pis xəbərdən sonra zahirən çox sakit olurlar. Yüksək aktivliyi səbirli, təhkinli, soyuqqanlı olmaqda təzahür edir. Psixi tempi ləngdir. Fleqmatik temperament az plastikliyi, böyük rigidliyi və introverdliyi (keçmiş xatirələrlə yaşamaq) ilə fərqlənir. 4. Melanxolik temperament tipi -nə aid olan insan melanxolik adlanır. Melanxolik temperament tipinin fizioloji əsasını sinir sisteminin zəif tipi təşkil edir. Melanxolik üçün səciyyəvi xüsusiyyətlər: sakitdir, çox vaxt vəziyyətini dəyişmədən oturur və əlində nə isə oynadır. Əhvalı çox cüzi təsirdən dəyişir. O, ifrat dərəcədə həssasdır. Onda hisslər ləng oyanır. O, özünü tez itirir. Ağır söz eşitdikdə sıxılır, səsi dəyişilir və güclə eşidilir. O, öz hisslərini çox zəif ifadə edir. Melanxoliqin hərəkəti süs, zəifdir. O, ağır-ağır usandırıcı danışır. Bu tipə xas olan zəif reaktivlik və az aktivlik, onun nadir hallarda gülməsində, inamsızlıqda, tez-tez özünü itirməsində, işini axıra qədər çatdıra bilməməsində təzahür edir. Melanxolik temperament ləng psixi templə səciyyələnir.