Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya



Yüklə 152,92 Kb.
səhifə69/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   ...   65   66   67   68   69   70   71   72   ...   81
Mövzu: Qabiliyyət

İxtisas: Tarix müəllimliyi

Kurs: I

Fənn: Psixologiya

Mövzu: XIX

Ədəbiyyat siyahısı:

  1. Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.

  2. Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014

Plan:

  1. Qabiliyyətin ümumi xarakteristikası. İstedad.

  2. Ümumi və xüsusiqabiliyyətlər.

  3. Talant, dahilik, Qabiliyyətlər və irsiyyət, maraqlar.

Müəllim: Aygün Rüstəmova

E-mail adresi: aygun-rustemova@inbox.ru
1). Qabiliyyətin ümumi xarakteristikası. İstedad: Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. İnsanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir. Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixi xassəsi başa dü­şülürQabilliyyətlərin bilik, bacarıq və vərdişlərlə əlaqəsi psixoloji cəhətdən aktual problemdir. Qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarçılıqlı əlaqədardır, lakin onları eyniləşdirmək ol­maz. Əgər müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq müəyyən bilik, bacarıq və vər­dişlər sisteminə malik olub - olmamasını görə onun qabiliyyətli və ya qabiliyyətsiz olması haq­qında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən isə zərərli addım atır. Qabiliyyət və istedad. Psixoloji ədəbiyyatı nəzərdən keçirdikdə müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir fəaliyyəti mü­vəf­fəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətinmüvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi istedad adlanır. Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Buraya müşahidəçilik, didaktik, komunikativ, perseptiv, peda­qoji təxəyyül, yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir. İstedadın növləri: bədii istedad, akademik istedad, konstruktiv (texniki) istedad, psixolomotor istedad, sosial istedad, pedaqoji istedad.İnsanın nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı fərdi-psixoloji xüsusiyyətlərin müvəffəqiyyət qazandırıcı imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət xarakteristikası kimi özünü göstərir. Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsiXIXəsrin sonları və XX əsrin əvvəllərinə təsadüfedir. Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirildi. Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və məsələlərdən ibarətdir. Testlərin həllinin müvəffəqiyyətlilik dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) bal və xalların cəmi ilə hesablanır. Adətən, testlər getdikcə mürəkkəbləşən testlər batareyasında birləşdirilir. Testlər batareyası həll edilib qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaşdırılır. Bu əqli istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə imkan verir. Bəs intellektin səviyyəsini necə müəyyən etmək, onu necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911) həyata keçirmişdir. Əqli cəhətdən geri qalan uşaqlar problemini öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindən müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapşırıqlar hazırlayıb ondan istifadə etməyi təklif etdi. A.Bine digər fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Nəticədə yeni - Bine-Simon testləri yarandı.Bu testalogiyada yeni istiqamət oldu.Bu testlə yoxlanan uşaq öz həmyaşıdları tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin