Mövzu Psixologiyanın tədrisində müasir təlim metodları və təlim prinsipləri Plan


Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir



Yüklə 33,33 Kb.
səhifə2/8
tarix17.11.2022
ölçüsü33,33 Kb.
#119629
1   2   3   4   5   6   7   8
elşən müəllim mühazirə 2

Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır. Müəllim şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəaliyyətinə rəhbərlik etməyi bacarmalıdır. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi, həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır.
Proqramlaşdırılmış təlim metodları klassik metodlar kimi səciyyələnir və təlimi nəzəri cəhətdən xarakterizə edir və onun tətbiqinə kömək edir. İdrak fəaliyyətinin psixoloji məzmununu, məqsədi və üsulu tədris proqramlarında öyrənmə proseslərində öz əksini vahid şəkildə tapmışdır. Proqramlaşdırılmış təlim haqqında ideyanın ilk dəfə 1954-cü ildə B.F.Skinner irəli sürmüşdür. O, gösərirdiki, hər hansı bir davranışa yalnız bu davranışı gerçəkləşdirməklə yiyələnmək, əməli isə ancaq əmələ çevirməklə mənimsəmək mümkündür. Skinner əməlləri xarici hərəki aktivliklə , davranışı isə onların həcmi ilə eyniləşdirir.

Proqramlaşdırılmış təlimin texnologiyasının əsasında B.F.Skinner 2 tələb irəli sürmüşdür:


-nəzarətdən özününəzarətə keçmək;
-pedaqoji sistem iştirakçılarının özünü təlimə keçirmək.


Təlim proqramını aşağıdaki, prinsipləri özündə əks elətdirir:
-Məlumatlılıq. Şagirdə yeni informasiya verilməlidir, yeni informasiyasız ümumiyyətlə, təlim yoxdur.
-Əməliyyatlılıq. Verilən informasiyanı işləməklə bağlı iştirakçılarda fəallıq olmalıdır.
-Əks əlaqə. İştirakçıların əməllərinin davamlı korreksiyası həyata keçirilməlidir.
-Təlim materiallarının həcmi (təlim informasiyası böyük axınla deyil, ayrıca kadrlarla verilir).
-Addım-addım texnoloji prosesi- Addımın tərkibinə 3 qarşılıqlı əlaqəli həlqə – informasiya, əks əlaqə əməliyyatı və nəzarət daxil edilir.
-Fərdi temp və təlimdə idarəçilik.
-Təlimdə texniki vasitələrdən istifadə.
Bu prinsiplər əsasında qurulan proqramlar öyrənilən predmetə dair müəyyən informasiyanın geniş əhatəsini özündə əks etdirir.



Yüklə 33,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin