Mövzu Qlobal iqtisadi trendlələr Plan



Yüklə 175,12 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.04.2023
ölçüsü175,12 Kb.
#126102
1   2   3   4   5   6   7   8
AİİP Mövzu 3

dördüncü mərhələyə qədəm qoyulur. Artıq texnologiya bütün dünya dövlətlərinə 
yayılmış və istehsalı məhdudlaşdıəran lisenziyaların müddəti qurtarmış, yəni 
texnologiya bir sərbəst mal vəziyyətinə gəlmişdir. Yerli sənaye xarici və daxili 
bazarları əldən buraxdıqca daxili istehsal sürətlə aşağı düşür. 


Nəhayət, yenilikçi ölkə özünün daxili bazarını da tamamilə itirdikdən sonra 
məhsulun həyat dövrləri tamamlanmış olur. Ölkədə daxili istehlak var, lakin bu 
istehlak tamamilə idxal hesabına təmin edilir. Növbə artıq yeni texnologiyalarındır. 
əslində, bir tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə, digər tərəfdən yeni 
texnologiyalar axtarışı davam edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir 
prosesdir. 
Əmtəənin həyat dövrlərini tipik olaraq keçən bir çox əmtəə nümunələri vardır. 
Bunlar arasında məsələn, tekstil, radio, ağ-qara və rəngli televiziya, yarımkeçirici 
mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır. 
Bu nəzəriyyənin klassik bir nümunəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ və 
Yaponiyanın radio istehsalçıları arasında baş vermişdir. ABŞ istehsalçıları 
müharibədən sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük 
ABŞ-ın malik olduğu radio texnologiyasına əsaslanırdı. Bir neçə ildən sonra 
Yaponiya ABŞ-ın texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə 
edərək bazarın əhəmiyyətli bir hissəsini ələ keçirdi. ABŞ tranzistor texnologiyasını 
inkişaf etdirməklə yenidən üstünlüyü əldə etdi. Lakin Yaponiya yenə texnologiyanı 
təqlid edərək ABŞ-ı qabaqladı.
Son illərdə texnologiyanın yenilikçidən təqlidçiyə keçmə müddəti, yəni əmtəənin 
həyat dövrlərinin zaman müddəti olduqca qısalmışdır. Bu da ABŞ kimi yenilikçi 
ölkələri daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri 
sürətləndirməyə sövq edir. 
Beləliklə, bu modelə görə, ticarət ilk olaraq sənayeləşmiş ölkələrdə müqayisəli 
baxımdan bol olan amil tərəfindən (əsasən də ixtisaslı işçi qüvvəsi) inkişaf etdirilən 
texnologiyaya əsaslanır. Daha sonra isə daha az inkişaf etmiş ölkələr təqlid və 
istehsal standartlaşması vasitəsilə nisbətən ucuz əməyə əsaslanan bir müqayisəli 
üstünlük əldə edirlər. 

Yüklə 175,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin