Polyak mənşəli ingilis iqtisadçısı Tadeuş Rıbçinski 1955-ci ildə,
hələ tələbə
olarkən belə bir fakta
diqqət yetirmişdir ki, sənayenin hər hansı sahələrinin sürətli
inkişafı çox zaman digərlərinə mənfi təsir göstərir. O özünün
teoremində göstərir
ki,
istehsal amillərinin birinin artan təklifi bu amilin nisbətən daha intensiv
istifadə edildiyi sahədə istehsalın və gəlirlərin artımına və bu amilin nisbətən
az intensiv istifadə edildiyi sahədə isə istehsalın və gəlirlərin azalmasına
gətirib çıxarır. Alim özünün nəzəriyyəsi ilə sübut etmişdir ki, istehsal sahələrinin
birində artım ilə digərlərində depressiya və hətta tənəzzül arasında
birbaşa əlaqə
var. Rıbçinski teoremi “Holland sindromu”nu bir daha təsdiq edir.