Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   6   7   8   9   10   11   12   13   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

3. İSTEHSAL VƏ VENÇUR SAHIBKARLIĞI. 
Sahibkarlıq fəaliyyətinin növləri. 
Sahibkarlıq fəaliyyətinin müxtəlif cür
növləri mövcuddur. Hər hansı biznes fəaliyyəti bu və ya digər dərəcədə məhsul və 
xidmətlər istehsalı, mübadiləsi, məhsulun bölgüsü və istehlakı ilə sıx bağlıdır. 
Sahibkarlıq fəaliyyətinin aşağıdakı növləri: istehsal sahibkarlığı, kommersiya və 
maliyyə sahibkarlığı fərqləndirilir. Sahibkarlığın adı çəkilən növləri bir neçə 
yarmınövlərə bölünür. 
İstehsal sahibkarlığı fəaliyyətinin ən aparıcı növü hesab edilir. 
Burada 
məhsul, əmtəə istehsalı həyata keçiriİir, xidmətlər göstərilir, müəyyən mənada dəyər 
yaradılır. Lakin bazar iqtisadiyyatına keçid şəraitində bu sferanın fəaliyyəti müəyyən 
uğursuzluğa məruz qalmışdır. 


Belə ki,təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sistemi zəifləmiş, 
məhsul satışı kəskin surətdə aşağı düşmüş, müəssisənin maliyyə vəziyyəti 
pisləşmişdir. 
Bazar iqtisadiyyatına keçidin ilkin dövrlərində kommersiya sahibkarlığı daha 
geniş inkişaf etmişdir. Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını xarakterizə 
edir. Sahibkarlığm bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edilir. Bu sfera son 
zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir. Burada 
daha çox təşəbbüskar insanlar fəaliyyət göstərirlər. Əgər istehsal sahibkarlığında 
müəssisənin rentabelliyi 10-12 % həcmindədirsə, kommersiya firmalarında bu 
göstərici 20-30 % və daha çoxdur. 
İstehsal sahibkarlığının mahiyyəti. 
Sahibkarlıq fəaliyyətinin növləri bir-biri ilə 
qarşılıqlı əlaqədə olub, bir-birini tamamlayır. Sahibkarlıq fəaliyyətinin növləri 
içərisində istehsal sahibkarlığı ən prioritet sahələrdən olub daha çox mürəkkəbliyi 
ilə xarakterizə olunur. 
İstehsal amilləri. 
Məlum olduğu, kimi iqtisadiyyatda istehsal amillərinə istehsal 
fondlan, işçi qüvvəsi və informasiya xidməti daxildir. İstehsal fondlan da öz 
növbəsində əsas və dövriyyə fondlanna bölünür. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin