Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə101/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   97   98   99   100   101   102   103   104   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Təşkilati struktur. Strateji planlaşdırmanı həyata keçirən firmaların təşkilati 
idarəetmə strukturlarının təhlili əsasən aşağıdakı suallara cavabların verilməsini təmin 
etməlidir.
1) Firmanın mövcud təşkilati idarəetmə strukturu hansı dərəcədə seçilmiş 
strategiyanın reailaşdırılmasını təmin edə bilər? 
2) Firmanın idarəetmə bölmələri arasında strateji ve operativ idarəetmə 
funksiyalanın optimal bölüşdürülməsini necə həyata keçirmək mümkündür?
Təşkilati mədəniyyət. Digər mühüm strateji dəyişikliklər sırasında yeni 


seçilmiş strategiyanın reallaşdırılmasında firmanın təşkilati mədəniyyətinin həmin 
strategiyaya uyğunlaşdırılmasını qeyd etmək lazımdır. Bir çox hallarda bu məsələ 
təşkilati quruluşların yenidən qurulmasından daha mürəkkəb və miqyaslı olur. 
Təşkilati mədəniyyətin əsas vəzifəsi firmada komandanın yaradılmasından, bütün 
əməkdaşların fəaliyyət və davranış istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.
Təşkilati mədəniyyət firmada hökm sürən, bütün kollektiv tərəfindən 
müzakirəsiz qəbul edilən və tutduğu vəzifədən asılı olmayaraq əməkdaşların davranış 
xarakterini və mənasını müəyyən edən qaydaların, normaların, düşüncə tərzinin, 
ənənələrin və dəyərlərin məcmusu deməkdir. 
Mövzu 14. Biznes-plan
 
Plan: 
1. Biznes-planın mahiyyəti, məqsəd və vəzifələri 
2. Biznes- planın hazırlanması mərhələləri 
3. Biznesin restrukturizasiyası 
4. Biznes-planın strukturu və məzmunu 
5. Biznes-planın reallaşdırılması 
 
1. Biznes-planın mahiyyəti, məqsəd və vəzifələri 
Biznes-plan 
müəssisənin fəaliyyətinin planlaşdırılmasının mütərəqqi 
formasıdır. Biznes dünyasında müvəffəqiyyət əhəmiyyətli dərəcədə indiki vaxtda və 
gələcək dövrdə müəssisənin fəaliyyətindəki dəyişiklikləri başa düşmək və nəzərə 
almaqdan asılıdır.
Biznes-plan sahibkarların üzləşdikləri başlıca problemlərin təhlil edildiyi və 
onların həllinin əsas üsullarını müəyyənləşdirən sənəddir. Məhz biznes-planın köməyi 
ilə menecer bazarda baş verə bilən dəyişiklikləri və gözlənilməz problemləri 
qiymətləndirmək imkanına malikdir.
Biznes-plan müəssisənin inkişaf planıdır, müəssisənin mövcud fəaliyyətinin 
inkişafı və yeni fəaliyyət növünün mənimsənilməsi, biznesin yeni növ və formalarını 
yaratmaq üçün zəruri olan sənəddir. Sahibkara öz biznesini yaradarkən texniki 
vasitələr almaq və dövriyyə fondunu formalaşdırmaq üçün investisiya qoyuluşu tələb 


olunur. Aydındır ki, müəssisənin nizamnamə kapitalının həcmi biznes fəaliyyətini 
genişləndirmək üçün çox vaxt kifayət etmir. Buna görə də sahibkarın öz vəsaitinə əlavə 
investisiyanın, yəni maliyyə təşkilatlarının kredit resurslarının və potensial 
investorların vəsaitlərinin cəlb edilməsi zərurətə çevrilir. Əlavə maliyyə resursları 
almaq üçün biznes layihəsinin iqtisadi səmərəliliyi əsaslandırılmalıdır. Biznes 
layihəsinin reallaşdırılmasından alınacaq nəticələrin kompleks təhlili aparılır və 
biznes-planda əks etdirilir. Biznes-planın strukturu zəruri investisiyanın həcmindən, 
biznesin miqyasından, firmanın maliyyə sabitliyinin səvlyyəsindən, həmçinin firma 
tərəfindən təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən 
asılıdır.
Biznes-plan sahibkarlara imkan verir ki, öz imkanlarını və biznes layihəsinin 
səmərəliliyini qiymətləndirsin və onun məqsədəuyğunluğu haqqında əsaslandırılmış 
qərar qəbul etsin. Biznes-planın sahibkarlar üçün nə demək olduğunu planlaşdırma 
sahəsində tanınmış mütəxəssis Q.Rayen belə qiymətləndirmişdir; «özünü düşünmək 
və özünü satmaq».
Biznes-plan biznesin müasir və gələcəyi haqqında obyektiv və məqsədə 
uyğunluğu təmin edən məlumatları və mühüm aspektləri əks etdirən kompleks 
sənəddir. Başqa sözlə, biznes-plan biznesin optimallaşdırılmasının plan proqramıdır. 
Biznes-planlaşdırma aşağıdakı problemlərin həllinə imkan verir:
- müəssisənin tədiyyə qabiliyyətini müəyyənləşdirir, sahibkarlıq fəaliyyətində riskləri 
azaldır;
- biznesin inkişaf perspektivlərinin kəmiyyət və keyfiyyət göstəricilərini 
konkretləşdirir;
- potensial investorların diqqət və marağını artırır, dəstəyini təmin edir;
- planlaşdırmanın müsbət təcrübəsini əldə etməyə kömək edir.
Ənənəvi plandan fərqli olaraq biznes-planın təşkili bütün tərəfdaşların, maraqlı 
şəxslərin mənafeyini nəzərə alır. İnvestorlardan başqa belə şəxslər potensial 
istehlakçılar və malgöndərənlər kimi çıxış edirlər. Adətən biznes-plan sahibkar ilə 
investorlar və partnyorlar arasında danışıqlar aparmağa başlamaq üçün zəmin sayılır. 
Şəkil 14.1-də biznes-planın tərtibi və reallaşdırılması sxemi verilmişdir.


Şəkil 14.1. Biznes-planın tərtibi və reallaşdırılması sxemi
Biznes-plan, strateji plan kimi, uzun dövrü əhatə edə bilər (adətən 3-5 ili, bəzən 
daha çox). Bununla belə strateji plan ilə biznes-plan arasında bir sıra fərqlər vardır:
- biznes-plan müəssisənin inkişafının kompleks məqsədinə deyil, yalnız onlardan 
birinə - hansıkı müəyyən biznes növünün yaranması və inkişafı ilə bağlı, yaxud 
müəyyən tədbirin həyata keçirilməsi ilə əlaqədar məqsədə yönəldilir. Biznes-plan 
adətən müəssisənin inkişafına yönəlir, halbuki strateji plan müəssisənin strategiyasının 
başqa tiplərinə əsaslanır.
- strateji plan vaxtın artması ilə proqramdır. Hər il plan yerinə yetirildikcə strateji plan 
təhlil olunur və korrektə edilir. Biznes-plan isə müvəqqəti çərçivədir, başa çatanda 
qarşıya qoyulan məqsədə mütləq nail olmalıdır.
Beləliklə, biznes-plan- sənəd, texniki-iqtisadi əsaslandırma (TİƏ) sayılır. TİƏ 
sənaye obyektlərinin yaradılması və inkişafı üçün spesifik plan sənədidir. Məhz buna 
görə də TİƏ- nin strukturunda layihənin istehsal-texniki aspektlərinə xüsusi diqqət 
yetirilir, gələcək biznesin kommersiya və bazar problemləri isə açıqlanmır.
Texniki-iqtisadi əsaslandırmanın tərtib edilmə metodikası Birləşmiş Millətlər 
Təşkilatı tərəfindən sənayenin inkişafı üzrə işlənib hazırlanmışdır. Həmin metodikaya 
uyğun olaraq TİƏ materialları aşağıdakı ardıcıllıqla şərh edilir: 1. Ümumi ilkin 
məlumatlar və şərait. 2. Bazar və müəssisənin gücü. 3. İstehsalın maddi amilləri. 4. 
Müəssisənin yerləşdiyi yer. 5. Layihə-konstruktor sənədi. 6. Müəssisənin təşkili və 
üstəlik xərclər. 7. Əmək resursları. 8. Layihənin həyata keçirilməsi müddətinin 
planlaşdırılması. 9. Layihənin maliyyə-iqtisadi qiymətləndirilməsi.
Planlaşdırmanın 
effektivliyinə nəzarət 
Biznesin inkişafrnın 
plan proqramı 
Qeyd olunan planın 
praktiki
reallaşdırılması 
Nail olunmuş naticənin 
qiymətləndirilməsi 


Qeyd etmək lazımdır ki, biznes layihələrinin əsaslandırılması forması kimi 
biznes-plan planlaşdırma sferasından texniki-iqtisadi əsaslandırmanı tədricən 
sıxışdırıb çıxarır. 
Biznes-planın işlənib hazırlanmasında əsas məqsəd mövcud imkan və 
resurslardan daha səmərəli istifadə edərək müəssisənin mənfəətini (gəlirini) 
maksimum artırmaqdır. Bununla yanaşı müəssisənin inkişaf strategiyasından asılı 
olaraq biznes-planın müxtəlif məqsədləri də ola bilər.
Biznes-planın yerinə yetirdiyi funksiyalar firmadaxili və firmaxarici 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin