Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Biznes-planın hazırlanması mərhələləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə103/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   99   100   101   102   103   104   105   106   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

2.Biznes-planın hazırlanması mərhələləri 
Azərbaycan Respublikasında biznes-planın hazırlanması üzrə sənəd 2002-ci ildə 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi) 
Sahibkarlara Kömək Milli Fondu tərəfindən hazırlanmış Metodik tövsiyələrdir. Bu 
sənəddə biznes-planın mahiyyəti, məzmunu, bölmələri və onların hazırlanmasına 
qoyulan tələblər şərh edilmişdir. Sahibkarlar kredit götürərkən bu tövsiyələr əsasında 
hazırianmış biznes-plan təqdim edirlər. 
Biznes-planın hazırlanmasında birinci mərhələ lazımi informasiyanın alınması 
mənbələrinin müəyyən edilməsini nəzərdə tutur. Biznes-planın hazırlanmasında ikinci 
mərhələ onun məqsədinin müəyyən edilməsidir. Məqsəd biznes-planın həll edəcəyi, 
problemlərin siyahısı əsasında müəyyən olunur.
Biznes-planın daxili və xarici məqsədləri aydınlaşdıqdan sonra üçüncü 
mərhələyə, yəni özünün məqsədli oxucularının dəqiq müəyyənləşdirilməsinə 
başlamaq olur. Bu yalnız təşkilatın daxili iştirakçısı olacaq, yaxud təşkilatın öz 
investoru görmək istədiyi xarici şəxs - səhmdarlar, kommersiya bankları, vençur 
kapitalisti. 
Biznes-planın daxili və xarici problemlərini qiymətləndirlərkən onların 
qarşılıqlı yaranma imkanları nəzərə alınmalıdır. Məsələn, xarici məqsəd - investorlann 
cəlb edilməsi; təkcə kreditor kimi deyil, biznesin tamhüquqlu iştirakçısı kimi şərait 
yaratmaq.
Sonrakı hərəkət - konkret ünvanın müəyyən edilməsi, biznes-planın layihəsini 
kimə göndərmək (səhmdar cəmiyyəti, kommersiya bankı, vençur firması).
Vençur (riskli) firması - sahibkarlıq layihələrinin onun həyata keçirilməsinin 


müxtəlif mərhələlərində maliyyələşdirilməsi, habelə ayrıca riskli biznes növünün 
maliyyələşdirilməsi sahəsində ixtisaslaşdırılmış təşkilatdır. Vençur kapitalının 
fəaliyyətində başlıca - ən yüksək mənfəət almaq məqsədilə riskli müəssisələrə vəsait 
qoymaq. 
Sonrakı mərhələ - tərtib olunan sənədin strukturunun müəyyənləşdirilməsidir. 
Adətən biznes-planda olur; titul vərəqəsi, xülasə, biznesin tarixi, əgər müəssisə artıq 
fəaliyyət göstərirsə, məhsulun (xidmətin) təsviri, sahənin vəziyyəti, əmtəə bazarının 
xarakteristikası, rəqiblərin qiymətləndirilməsi və rəqabət strategiyasının seçilməsi, 
istehsal planı, marketinq planı; təşkilati plan; maliyyə planı və riskin 
qiymətləndirilməsi; tədqiqat və işləmələr planı; risklərin sığortalanması və s.
Daha sonra biznes-planın bütün bölmələrini hazırlamaq üçün informasiyaların 
toplanması həyata keçirilir. Biznes-planlaşdırmada ən çətin mərhələ bilavasitə planın 
formalaşması mərhələsidir. 
Biznes-planı işləyib hazırlayarkən aşağıdakı tələbləri nəzərə almaq lazımdır: 
-biznes-plan obyektiv reallığı əks etdirən informasiya əsasında işlənib 
hazırlanmalıdır;
- təkliflər yığcam, aydın və dəqiq olmalıdır;
- biznes-planda təklif olunan ideyalar həddindən ziyadə ambisiyalı olmamalıdır;
- biznes-planın əsas təkliflərini xüsusi ayırmaq başlıca nəticələrini göstərmək 
lazımdır;
- biznes-plan üzərində iş üçün vaxtı düzgün seçmək vacibdir;
- biznes-planı tərtib edərkən planlaşdırmanın çeviklik kimi prinsipini unutmaq 
olmaz.
Ümumiyyətlə, biznes-planın tərtibində fərqli və ümumi cəhətlər çoxdur. İlk 
variant kimi biznes-planın işlənilməsini sxematik olaraq şəkil 14.1-də olduğu kimi 
göstərmək olar.




ğ 




ş 

ı 



Şəkil 14.1. Biznes-planın işlənməsi 
İqtisadi inkişafda həlledici rol oynayan insan resursları anlayışının ən mühüm 
tərkib elementlərindən biri də maddi marağın təmin edilməsidir. Şəxsi məqsəd 
sahibkarları nə istehsal etmək (məşğul olmaq) sualına optimal cavab axtarmağı tələb 
edir. Bundan sonra mövcud vəziyyət təhlil edilir. Təhlil iki istiqamətdə (makro- mühit 
və mikromühit) aparılır, hər iki alt sistemin zəif və güclü cəhətləri araşdırılaraq 
müəyyən edilir. Bu zaman üstün cəhətlərdən istifadə etmək və zəif cəhətləri aradan 
qaldırmaq əsasında biznesin əsas məqsədi, bu məqsədə müvafiq olaraq strategiya 
işlənir. Strategiyanın işlənməsi dedikdə, əsas məqsədin konkretləşdirilməsi prosesi 
başa düşülür. Bunun üçün əsas məqsəd özünün alt sistemlərinə, tərkib elementlərinə 
bölünür. Daha dəqiq desək, əsas məqsədə nail olmaq üçün biznesin ayrı-ayrı 
funksiyaları üzrə məqsədlər müəyyən edilir. Xarici və daxili mühitdə baş verən 
dəyişikliklərə əsasən istər əsas məqsəd və istərsə də strategiyada lazımi düzəlişlərin 
edilməsi biznesin dinamikliyinə müvafiq idarəetmə sisteminin tətbiq edilməsi 
deməkdir. Əks halda biznesdə müvəffəqiyyət qazanmaq mümkün deyildir.
Bundan sonra firmanın uzunmüddətli planı tərtib edilir. Bunun əsasında isə 
fəaliyyət proqramı kimi operativ biznes- plan tərtib edilir. 
Şəxsi məqsəd 
Vəziyyətin təhlili 
Əsas məqsəd 
Strategiya 
Alt məqsəd və məsələlər 
Uzunmüddətli plan 
Operativ biznes-plan 
Zəif və güclü cəhətlər 
İstehsal-maliyyə 
resursları 
Əmək resursları 
Maliyyə 
Məhsul 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin