Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Biznes-planın strukturu və məzmunu



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə105/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   101   102   103   104   105   106   107   108   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

4.Biznes-planın strukturu və məzmunu 
 
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki. biznes-planın əsas 
bölmələrinin sayı və onlara qoyulan tələblər bir-birindən fərqlənir. Bunlardan 
aşağıdakıları qeyd edək: R.Q. Maniloyskinin redaktorluğu ilə nəşr olunmuş «Biznes-
plan» metodik materialında biznes-planın tərkib hissələrinin aşağıdakı bölmələrdən 


ibarət olması tövsiyyə edilir: 1. Xülasə 2. Əmtəə, məhsul, yaxud xidmət növü 3. Satış 
bazarı 4. Marketinq strategiyası 5. İstehsal proqramı 6. istehsalın təşkili 7. Müəssisənin 
təşküati-hüquqi forması 8. Maliyyə planı 9. Layihənin rentabelliyi. 
E.A. Utkin betə hesab edir ki, ilk baxışda biznes-planlar nə qədər bir-birindən 
fərqlənsələr də mahiyyətcə o, aşağıdakı bölmələrdən ibarət olmalıdır: biznes-planın 
qısa məzmunu (xülasə); fəaliyyəti, yaradılan yaxud mövcud müəssisənin və onun 
istehsal edəcəyi məhsulun təsviri; bazarın təhlili və tədqiqi; marketinq planı; istehsal 
və maliyyə planı; mövcud riskin qiymətləndirilməsi və sığorta.
Qərb ölkələri banklarından kredit almaq üçün biznes planın başqa strukturu 
qəbul edilmişdir. Bu struktur aşağıdakı bölmələrdən ibarətdir; 1. Giriş və ümumi 
informasiya. Bu bölmədə firmanın hüquqi forması, fəaliyyətin qısaca təsviri, 
müəssisənin tarixi və yaxın zamanlarda olan ən vacib cari dəyişikliklər haqqında 
məlumat verilir. 2. Müəssisənin rolunun qiymətləndirilməsi. Burada müəssisənin 
fəaliyyətinin ayrı-ayn ən vacib xarakteristikaları, bazarda mövqeyi, etibarlılığı, satış 
sistemi və bu kimi xüsusiyyətlər əhatə edilir, 3. Məhsulun təsviri və satış bazarı. 4. 
Tədqiqatlar və işləmələr. Bu bölmədə ən vacib proqramlar və təşəbbüslər də daxil 
olmaqla əsas tədqiqat istiqamətləri əks etdirilir. 5. İstehsal və istehsal gücü. 6. İşçi 
heyəti və əmək münasibətləri, 7. Təşkil və idarəetmə. 8. Maliyyə informasiyası. 9. 
Likvidlik. 10. Müqavilələr. 11. Mühasibat uçotunun digər məqsədləri. 
Biznes sahəsində tanınmış mütəxəssis Q.Berl biznesplanın daha yığcam sxemini 
təklif edir, belə ki, bütövlükdə biznes-planın aşağıdakı 5 bölmədən ibarət olmadığını 
tövsiyyə edir: 1. Zəruri olan vəsaitin məbləği də daxil olmaqla kredit sifarişinin 
məqsədi. 2. Şəxsi vəsait. 3. Biznesin təsviri 4. İdarəetmə 5. Müəssisənin maliyyə 
proqnozu və göstəriciləri. 
Biznes-planın hazırlanmasına «titul vərəqə»sindən başlanılır. Titul vərəqində 
aşağıdakı göstəricilər əks etdirilir:
- layihənin təşəbbüskan olan sahibkarlıq subyektinin adı, ünvanı və telefonlar; 
- mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən sənədlər; 
- vergi ödəyicisi kimi qeydə alınması;
- biznes fəaliyyəti üçün lisenziyanın olması (xüsusi icazə tələb olunduqda);


- müəssisənin bank rekvizitləri;
- layihənin hazırlanma yeri və vaxtı.
Biznes-planın iknicl səhifəsi onun strukturunu əks etdirməli olan mündəricat 
üçün ayrılır. Bundan sonra «giriş» hissəsi tərtib olunmalıdır. Burada biznes-planı tərtib 
olunma məsələləri və onu tərtib edən şəxslər qrupu göstərilir. Verilən layihənin 
yaranması və sahibkarlıq ideyasının zəruriliyinin izahı da məqsədəuyğundur. 
Biznes-planın birinci bölməsində sahibkarın ideyasının qısa məzmunu, əsas 
məqsədi, strategiyası və konkret vəzifələri göstərilməlidir. Biznes-planın ikinci 
bölməsində (fəaliyyət sahəsinin əsas xüsusiyyətləri) sahibkarın istiqamətləndiyi 
sahənin əsas xüsusiyyətləri (sərmayə, əmək və eimtutumluluğu, rəqabətin sərtliyi, 
sahənin rəqabət qüvvələri və cəlbediciliyi, mənfəetlilik norması ve i.a.) izah 
edilməlidirlər. Biznes-planın üçüncü bölməsində müəssisənin istiqamətləndiyi 
bazarlar və onun məhsullanın ünvanlandığı alıcılar qrupu haqqında ilkin təsəvvürlər 
formalaşdırılmalıdır. Dördüncü bölmədə göstərilmiş bazarlarda tədqiqatın məqsədləri 
və onun aparılması ardıcıllığı və metodları göstərilməli, vəzifələr qoyulmalı və alınan 
nəticələrin təhlili əsasında sahənin cəlbediciliyi haqqında əsaslandırılmış rəy irəli 
sürülməlidir. Beşinci bölmədə beş əsas elementə yer verilir;
- rəqabət;
- alıcıların kateqoriyası;
- işgüzarlıq mühiti;
- işçi qüvvəsi bazarı;
- marketinq planının elementləri: əmtəə, qiymət, satış, kommunikasiya. 
Biznes-planın «istehsal planı» bölməsində (bu bölmə yalnız istehsal sahələrində 
sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulur) sahibkar əsas tərəfdaşlarına sübut etməlidir 
ki, onün müəssisəsi tələb olunan dövr ərzində lazımi miqdarda və keyfiyyətdə məhsul 
istehsal edə bilər.
İstehsal planı adətən aşağıdakı bölmələrdən ibarət olur: 1) istehsal tsiklinin 
(dövrünün) xüsusiyyətləri; 2) müəssisənin yerləşdirilməsinin amillər üzrə təhlili: satış 
bazarına və təchizatçılara yaxınlıq; ixtisaslaşmış əmək ehtiyatlarının mövcudluğu; 
nəqliyyat xərcləri; infrastrukturun inkişaf səviyyəsi və s.; 3) tələb olunan istehsal 


amillərinin qiymətləndirilməsi və onlann dəyişmə dinamikası; 4) etibarlılıq, 
əməkdaşlıq təcrübəsi və digər amillər üzrə xammal və material təchizatlarının 
qiymətləndirilməsi; 5) istehsal prosesinə aidiyyəti olan, müəssisənin açılması və 
fəaliyyət göstərməsi müddətlərinə və xarakterinə təsir göstərən normativ aktlar; 6) 
istehsal xərcləri və onların dəyişmə dinamikası. 
«Təhlükələrin (risklərin) qiymətləndirilməsi və sığorta» bölməsində layihənin 
həyata keçirilməsi zamanı firmanın qarşısına çıxan problemlər aşkar edilir, bu 
risklərdən firmanın əsas müdafiə metodları göstərilir. Bu bölmə aşağıdakı əsas 
hissələrdən ibarət olur: 
- qarşıya çıxan (ehtimalı göstərilməklə) mümkün risklərin siyahısı və onların verə 
biləcəyi itkilər; 
- risklərin neytrallaşdırılması və profilaktikası üzrə təşkilatı tədbirlər;
- risklərdən sığortalanma proqramı.
Biznes-planın «maliyyə planı» bölməsində aşağıdakı nəticələr əks olunmalıdır:
-aparılmış və yoxlanmış bütün sahibkarlıq hesablamaları;
- nəzərdə tutulan ümumi mənfəət və mənfəətlilik norması, rentabellik səviyyəsi və 
sərmayələrin ödənmə müddəti.
Bu bölmədə hər şeydən əvvəl aşağıdakı istehsal xərcləri göstərilməlidir: 1) 
istehsalın yerləşdirilməsi üçün binalann icarəsi; 2) lizinq müqaviləsi üzrə istifadə 
olunan avadanlığa görə ödəmələr; 3) xammala görə ödəmələr; 4) qaimə xərcləri 
(elektrik enerjisi, su təchizatı, kanalizasiya, nəqliyyat xərcləri); 5) ümumi əmək haqqı 
fondu; 6) vergi və digər məcburi ödənclər; 7) sığorta ayırmaları (sığorta fonduna). 
Bütün bu xərc maddələri müəyyən istehsal həcmi səviyyəsi üçün hesablanır. 
Bundan sonra nəzərdə' tutulan miqdarda məhsulun bazarda satışından əldə olunacaq 
gəlir hesablanır. Gəlirlər və məsrəflər arasındakı fərq mümkün ümumi mənfəətə 
bərabərdir. Ümumi mənfəət göstəricisi bütün digər səmərəlilik göstəricilərinin 
hesablanması üçün baza rolunu oynaya bilər.
Bu bölmədə əsas diqqət sərmayə mənbəyinin dəqiqləşdirilməsinə 
yönəldilmişdir. Zəruri istehsal xərclərinin ümumi miqdarı və əsas kapital sahibkar 
tərəfindən ödənilməlidir (sahibkarın özünün maliyyə ehtiyatlarından, banklardan 


götürülmüş kreditlərdən və i.a.). Bu bölməni layihənin maliyyə cəhətdən 
qiymətləndirilməsi ilə yekunlaşdırırlar.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin