Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Mövzu 15. Biznesin maliyyələşdirilməsi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə107/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   103   104   105   106   107   108   109   110   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Mövzu 15. Biznesin maliyyələşdirilməsi 


 
Plan: 
1. Maliyyə menecmenti 
2. Françayzinq 
3. Faktorinq 
4. Vençur kapitalı 
1. Maliyyə menecmenti 
 
Müəssisənin maliyyəsi, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti prosesində və 
onun maliyyə ehtiyatlarının formalaşdırılması və paylanması ilə əlaqədar ortaya çıxan 
pul münasibətləri kimi özünü əks etdirir. Müəssisənin daxil olduğu bütün maliyyə 
münasibətləri, aşağıdakı münasibətləri özündə cəmləşdirən bir neçə istiqamətdə 
qruplaşdırılır:
- Xammal, material və yanacağın tədarükü, məhsulun dəstələrlə yığılması, hazır 
məhsulun realizə olunması, yeni binaların, sexlərin, anbarların, yaşayış binalarının 
tikilməsi, yüklərin daşınmasında və s. sahələrdə başqa müəssisə və təşkilatlarla 
birlikdə. Bu münasibətlər qrupu əsas amildir və müəssisənin fəaliyyətinin maliyyə 
nəticəsi ondan asılıdır;
- Müəssisə daxilində sexlər, briqadalar arasında maliyyə xərcləri alınan gəlirin 
bölüşdürülməsində iştirakı ilə əlaqədar;
- Əmək haqqının verilməsi, aksiya üzrə dividendləri, verginin tutulmasında 
müəssisənin işçiləri ilə;
- Kreditlərin alınması və ödənilməsində bank xidmətlərinin haqq-hesabında bank 
sistemi ilə. Bu sadəcə hesabat və kreditvermə sistemi deyil, həm də yeni münasibətlər 
formasıdır: faktorinq, trast, girovlar və i.a ;
- Vergi və digər ödənişlərin müxtəlif səviyyədə büdcəyə ödənməsində dövlət maliyyə 
sistemi ilə;
- Mülkiyyətin, müəssisənin ayrı-ayrı kateqoriyalı işçilərinin, ticari və maliyyə 
risklərindən sığortası üzrə sığorta şirkətləri və təşkilatları ilə;
- İstehsalat və maliyyə aktivləri ilə əməliyyatlar üzrə məhsul, xammal və fond birjaları 
ilə;
- özəlləşdirmə, investisiyanın yerləşdirilməsi və s, üzrə müxtəlif investisiya institutları 


(investisiya fondları, şirkətlər ilə);
- Əmək kollektivlərinin üzvü olmayan aksionerlərlə. 
İstənilən müəssisənin maliyyə fəaliyyətinin əsas istiqaməti, müəssisənin 
istehsal-təsərrüfatını pul vəsaiti ilə təmin edən, həmçinin onun sadə və geniş təkrar 
istehsalı üçün istifadə olunan pul fondunun yaranmasıdır. Müəssisənin maliyyə 
münasibətləri və pul fondları sxematik olaraq cədvəl 15.1-də verilmişdir.


Cədvəl 15. 1 
Müəssisənin maliyyəsi 
Maliyyə münasibətləri 
Pul fondları 
Digər müəssisələrlə: 
- Xammal, material və s. göndərənlər 
ilə; 
-Hazır məhsul alanlar ilə;
-İnşaat təşkilatları ilə;
-Nəqliyyat təşkilatları ilə; 
- Auditor firmaları ilə; 
- Hüquq fiımaları ilə 
Nizamnamə kapitalı
- Əsas vəsait fondu; 
- Dövriyyə vəsaiti fondu
-Əlavə kapital; 
- Ehtiyat kapitalı; 
- İnvestisiya fondu ; 
- Yığım fondu; 
- Amortizasiya fbndu 
Müəssisə daxilində: 
-Müəssisənin işçiləri ilə; 
- Filial, sex və briqadaları ilə
Digər mənbləər
-Tələbat fondu; 
- Əmək haqqnıı ödəmək üçün fond; 
- Büdcəyə ödəmələr üçün fond; 
- Valyuta fondu 
Maliyyə-kredit sistemi ilə 
-Müxtəlif səviyyəli büdcələrlə; 
- Qeyri-büdcə fondları ilə; 
- Kommersiya bankları ilə 
Digər fondlar 
Digər bazar institutları ilə 
-Sığorta təşkilatları ilə; 
- İnvestisiya fondu ilə 
Nizamnamə kapitalı - müəssisənin şəxsi vəsaitinin əsas mənbəyidir. Onun 
miqdarı təşkilatın nizamnaməsində göstərilir və qoyulmuş qaydada qeydiyyatdan 
keçir. Nizamnamə kapitalının əsas və dövriyyə kapitalları yaradılır. Bunlardan isə 
uyğun olaraq əsas və dövriyyə vəsaitinin yaradılmasına sərf edilir.



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin