Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Vençur kapitalı aşağıdakı sxem üzərində hərəkət edir



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə114/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   107   108   109   110   111   112   113   114   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Vençur kapitalı aşağıdakı sxem üzərində hərəkət edir. Vençur kapitalisti 
müvafiq kompaniya yaradaraq investorlardan pul yığımı təşkil edir. Sonra sahibkar 
və cəlbedici biznes layihəsi axtarışı aparır. Müvafiq layihə ekspertizasından sonra 
investora nizamnamə fondu və ya səhmlər paketi müqabilində, bir neçə ii müddətinə 
mübadilə zəminində fəaliyyət təklif olunur. Burada vençur kapitalisti investor və 
sahibkar arasında bir növ vasitəçi rolunu oynamış olur. Burada tərəflər riski 
bölüşdürür, uğur perspektivində isə mənfəət sahibinə çevrilirlər. İnvestorlar burada 
prosesin idarəedici funksiyasını da öz üzərlərinə götürə bilərlər. Qeyd olunmalıdır 
ki, belə fəaliyyət, adətən, məhdud zaman kəsiyində yüksək risk və mənfəət üçün 
hesablanır. Vençur kapıtalı xüsusi investisiya növü olaraq 3-5 illik mərhələdə 
strategiyasını qurur. 


Ümumilikdə, vençur kapitalı elmi-texniki işləmələrin kommerilizaslyasının 
sürətləndirilməsinə xidmət edir. Belə bir fikir hakim kəsilmişdir ki, məhz vençur 
biznesi mühəndis dühasının, alim potensialı və istedadının tam dövriyyədə hərəkəti 
üçün biznes fəaliyyətində yeganə və doğri bir istiqamətdir. 
Daha çox ehtiyacları olan kimi və orta sahibkarlığın inkişafına sərmayə 
qoyuluşunda potensial investorlar risk baxımından çətinlik çəkirlər. Kifayət etməyən 
məlumatsıztıq investisiyon riski artırır. Qeyd olunmalıdır ki, toplanan təcrübə 
beynəlxalq aləmdə belə proseslərə yardımçı olan təşəbbüsləri artıq gerçəkliyə 
çevirmişdir. Kredit riskini azaltmaq məqsədilə inkişaf etmiş ölkələrdə müvafiq 
ixtisaslaşmış kredit agentlikləri, kontorları və yaxud daha çox kredit büroları 
anlamında yayılmış qurumlar təşkil edilir. Belə bürolar vençur biznesinin inkişaf 
etdirilməsində əhəmiyyətlidir. Müştərilər haqqında informasiyalar toplamaq, onların 
kredit ödəmək qabiliyyətini müəyyənləşdirmək, hazırlanmış göstəricilər sisteminə 
müvafıqliyini təyin etmək bu büroların iş qayəsinnin təməlində durur. İnvestorlar 
kredit verməmişdən əvvəl məhz bu qurumlar vasitəsilə müştərilərin ödəniş 
qabiliyyətlililiyni müəyyənləşdirirlər. Müvafiq kredit büroları Rusiyada intişar 
tapmaqdadır. Hətta burada uyğun mərkəzi təşkilatın yaradılması ideyası da 
reallaşmışdır. Respublikamızda belə qurumların təşəkkülü, müddət tələb edən bir 
prosesdir. Şübhəsiz ki, normativ-hüquqi aktların təkmilləşdirilməsi bu istiqamətdə 
yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunaraq, ölkəmizin iqtisadi dirçəlişinə, 
kredit risklərin azalmasına, sərmayələrdən rasional istifadəyə kömək edəcəkdir. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin