Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Tədqiqata bu cür yanaşmanın üç əsas blokunu göstərmək olar



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə15/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   11   12   13   14   15   16   17   18   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Tədqiqata bu cür yanaşmanın üç əsas blokunu göstərmək olar:
 
a) 
Məhsulun keyfiyyətinin, onun istehlakçıların tələblərinə uyğun olmasının 
öyrənilməsi; 
b) 
Bazar tutumunun müəyyən edilməsi; 
c) Məhsul satışı formalarının və metodlarının öyrənilməsi. 


5. MALIYYƏ VƏ KONSULTATIV SAHIBKARLIQ. 
Kommersiya bankları. 
Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini 
kommersiya bankları və fond birjaları təşkil edir. Adı çəkilən bu iqtisadi strukturlar 
həm də bazar münasibətlərinin ən mühüm atributlarındandır. 
Kommersiya bankları səhmdar tipli maliyyə-kredit idarəsi olub, kommersiya 
təşkilatlarını haqqı ödənilməklə kreditləşdirir
pul əmanətlərinin (depozit) 
qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır. 
Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi depozitlərin faiz dərəcələri, cəlb 
edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir. 
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır

passiv 
(vəsaitlərin cəlb edilməsi); 
aktiv 
(vəsaitlərin yerləşdirilməsi); 
komissiyon 
vasitəçilik 
(müştərilərin tapşırığı ilə müxtəlif əməliy yatların yerinə yetirilməsi). 
Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin 
vəsaitlərinin cəlb edilməsindən ibarətdir. Bu banklar kommersiya xarakteri 
daşıyaraq kreditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərəcələri ilə 
verirlər. Kommersiya banklarının verdikləri kreditlər bu və ya digər səbəbdən 
vaxtında qaytarılmadıqda bank müəyyən ehtiyatlara malik olmalıdır. 
İstər respublikamızda və istərsə də digər keçmiş İttifaq respublikalarında 
kommersiya banklarını xarakterizə edən başlıca cəhət hazırda onların əksəriyyətinin 
böyük həcmdə uzunmüddətli kreditlər vermək imkanının olmamasıdır. Çünki, 
böyük həcmdə vəsait əksər kommersiya banklarında yoxdur. Ona görə də təsadüfi 
deyildir ki, kommersiya banklarının verdikləri uzunmüddətli kreditlər onların bütün 
aktivlərinin yalnız 3 faizini təşkil edir. İqtisadi cəhətdən inkşaf etmiş dövlətlərdə 
kommersiya banklarının gəlirlərinin başlıca mənbəyini uzunmüddətli kreditlər təşkil 
edir. Lakin eyni zamanda kommersiya banklarının gəlirləri sabit və etibarlı 
olmadığından onlar əksər hallarda müflisləşərək bankrot vəziyyətinə düşürlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin